318
əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə veril-
məsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək
mexanizmlərinin tətbiq edilməsi;
- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədri-
cən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;
- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və
stimullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar
yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;
- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə
olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosi-
al işçilərin hazırlanması;
- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu
imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olması-
na ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qə-
bul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunma-
sına nəzarətin gücləndirilməsi;
- dövlət uşaq müəssisələrində olan uşaqların sayının artması-
nın qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələ-
rindən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr
arasında sistemli preventiv tədbirlərin görülməsi;
- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara sə-
hiyyə və reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;
- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında
de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əməkdaş-
lığın təmin olunması.
Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün proqramda
aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar:
1) De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uyğun
səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik
bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsi
məqsədi ilə təkliflərin hazırlanması;
2) De- institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azal-
dılması və davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi;
3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqları-
nın qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və
319
qəbul edilməsi;
4) Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının
qarşısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə
meyarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil ol-
masına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə
mövcud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə
bağlı təkliflərin verilməsi;
5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə
dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərc-
lənməsinin monitorinqi mexanizmlərinin hazırlanması;
6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların
maddi təminatı ilə bağlı təkliflərin hazırlanması;
7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəa-
liyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanma-
sı və təsdiqi;
8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq
normativ-hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. ha-
zırlanması;
II. Təşkilati tədbirlərlə əlaqədar:
9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının
qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və
onların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi;
10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri ba-
zasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alter-
nativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edil-
mək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması;
11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçi-
lərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümü
dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçi-
lərin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi;
12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-
tərbiyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sayı-
nın azaldılması üçün müvafiq tədbirlərin görülməsi;
13) Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat
evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , li-
sey və gimnaziyaların yaradılması məqsədi ilə tədbirlərin görülməsi;
320
14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli tə-
lim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə
çevrilməsi;
15) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların
müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu
məktəblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün
tədbirlərin davam etdirilməsi;
16) De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün
tədbirlərin görülməsi;
17) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların
təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə
təmin edilməsi;
18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mü-
dafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçiril-
məsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəa-
liyyətinin genişləndirilməsi;
19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Ko-
ordinasiya qrupunun yaradılması.
III. Təbliğat və maarifləndirmə ilə əlaqədar:
20) Kütləvi informasiya vasitələri və digər yollarla de-institut-
laşdırma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbli-
ğatın aparılması.
IV. Monitorinqin aparılması üzrə tədbirlər:
21) Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların və-
ziyyətinin araşdırılması və monitorinqinin aparılması;
22) Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat
bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqla-
rın vəziyyətinin monitorinqinin aparılması;
23) Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların və-
ziyyətinin dövrü monitorinqinin aparılması.
Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində
olan uşaqların ailə mühitində inkişafı hüquqlarının qorunması və so-
sial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə
müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssi-
sələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz
Dostları ilə paylaş: |