305
təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil
prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;
tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-
mək;
şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda
seçkili vəzifələrə seçmək və seçilmək;
ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas
və elmi dərəcəsini yüksəltmək;
müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq
və təltif olunmaq;
təhsil müəssisələrində uzun müddət qüsursuz çalışan və
onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara
aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanıl-
maqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məslə-
hətçi-professor vəzifəsini tutmaq;
Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində işti-
rak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları
vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlamaq;
- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikası-
nın müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlə-
rinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim
nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formaların-
dan qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araş-
dırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkə-
nar tədbirlər keçirmək;
306
- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan
keçmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye-
tirmək.
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin
hüquq və vəzifələri
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahə-
sində hüquqlarına daxildir:
yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya
himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının
(qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiy-
yəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisə-
sinin idarə olunmasında iştirak etmək;
təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin
təkmilləşdirilməsi və maddi-texniki bazasının yaradılması üçün tək-
liflər irəli sürmək və könüllü yardımlar etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahə-
sində vəzifələrinə daxildir:
övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxs-
lərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait
yaratmaq, onların icbari orta təhsil almasının təmin olunması və mə-
nəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxslə-
ri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz
dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyər-
lərə hörmət ruhunda tərbiyə etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə
yetirmək.
307
8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi
Aşağıdakılar “Təhsil haqqında Azərbaycan Respublikasının
Qanunu” ilə rəsmiləşdirilmişdir.
dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə
müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar;
dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələ-
rində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara
qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən
adlı təqaüdlər verir və yardımlar göstərir;
təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial
müdafiə tədbirləri də tətbiq edilə bilər.
özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi
müəssisənin nizamnaməsi ilə tənzimlənir.
dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir.
Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin
funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş sta-
jı nəzərə alınaraq təyin olunur.
dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan
büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və
digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pe-
daqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara
görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya va-
lideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan
uşaqlar üçün xüsusi təhsil müəssisələrinin , istedadlı uşaqlar üçün
təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazi-
lərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək
haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş
qaydada əlavələr olunur.
pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili mü-
əssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər
Dostları ilə paylaş: |