299
edilməsi üçün böyük imkanlar yaradır. Distant təhsildən istifadə edərək
insanlar öz təhsillərini harada və nə vaxt davam etdirmək haqqında qərar
qəbul etmələrindən asılı olmayaraq təhsilə günün istənilən vaxtında daimi
çıxış imkanı əldə edə bilərlər.
Göründüyü kimi, təhsil sahəsində Azərbaycanın dövlət siyasətinin
əsas prinsipləri (bax: 6-cı mövzuda 3-cü yarımbaşlıq) ilə fasiləsiz təhsilin
problemlərinə dair ümumavropa səviyyəsində müzakirələrin aparılmasına
təşəbbüs kimi dəyərləndirilən memorandumun məzmununda yer alan
“Fasiləsiz təhsilin altı əsas prinsipi” arasında ziddiyyət yoxdur. Əksinə,
Avropa Birliyi dövlətlərində fasiləsiz təhsilin həyata keçirilməsi ilə bağlı
mövcud təcrübənin Azərbaycan gerçəkliyinə uyğun yaradıcılıqla tətbiqinə
dövlət siyasətinin əsas prinsipləri hüquqi baza yaradır
1
.
8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri
və sosial müdafiəsi
8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri
Təhsil sahəsində dövlətin vəzifələri “Təhsil haqqında Azər-
baycan Respublikasının Qanunu”nda aşağıdakı kimi müəyənləşdi-
rilmişdir:
təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək
və onun həyata keçirilməsini təmin etmək;
milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas pri-
oritetlərini müəyyən etmək;
milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli döv-
lət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata
keçirmək;
kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək də-
rəcəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;
təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının
həyata keçirilməsinin monitorinqini aparmaq;
milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını,
1
Daha ətraflı məlumat üçün bax: “Yaşlıların təhsili” mövzusunda keçirilmiş bey-
nəlxalq və milli konfransların bəyannamələri. Bakı: Borçalı, 2005, 44 səh.
300
beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin
yaradılmasını təmin etmək;
təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitləri-
nin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək
və dövlət təhsil müəssisələrinin müəyyənləşdirilməsini həyata keçirmək;
hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilmə-
si məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.)
düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəy-
yən etmək;
ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələ-
bə qəbulu planını müəyyənləşdirmək;
müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymət-
ləndirilməsini həyata keçirmək;
“tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq
və ondan istifadəni təmin etmək;
təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramla-
rını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət stan-
dartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə
müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad
etmək;
dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti
üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümu-
nəvi nizamnamələrini təsdiq etmək;
dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək,
bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inki-
şaf proqramlarının həyata keçirilməsini təmin etmək;
təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradıl-
masını təmin etmək;
təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların
verilməsi qaydalarını təsdiq etmək;
301
xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması
və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını
müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata
keçirmək;
təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü norma-
larını müəyyən etmək;
təhsil müəssisələrinin tikintisinə,maddi-texniki təchizatına
dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələb-
lərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya)
vermək və onu ləğv etmək;
ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təs-
nifatını təsdiq etmək;
təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti hə-
yata keçirmək;
təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini
həyata keçirmək;
təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən
etmək və akkreditasiyanı həyata keçirmək;
təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların at-
testasiyasının, o cümlədən yekun attestasiyanın aparılması qaydala-
rını müəyyən etmək və attestasiyanı həyata keçirmək;
təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə
bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti-
nin əlaqələndirilməsini təşkil etmək;
təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələn-
dirmək;
təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi
aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;
təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və di-
gər tədris vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini tə-
min etmək;
elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və
şərtlərini müəyyən etmək;
dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırıl-