293
imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intel-
lektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdi-
rilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğun-
laşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və
mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifə-
sini daşıyır.
Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamət-
ləri əhatə edir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar ali təhsil və orta ixtisas təhsili;
- dərəcələrin yüksəldilməsi;
- yaşlıların təhsili.
Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumların-
da, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq struktur-
larda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliy-
yətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqa-
məti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərə-
findən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartır-
ma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tət-
biq edilir.
***
İnsanı sınağa çəkən “dərdlər” çoxdur. Bizim subyektiv anlamımıza
görə, onların sırasında, bir qədər qəribə səslənsə də, işsizlik də var.
İşsizlik insana sanki gərəksizliyini, artıqlığını pıçıldayır, onu aramsız
əzablandırır... Amma bir təsəlli imkanının da varlığını unutmaq olmaz.
Dərdlər nə qədər çox saylı olsalar da, çarələrin sayı ən azı bir vahid
çoxdur. Əbəs yerə söyləməmişlər ki, min dərdin min bir dərmanı (çarəsi)
vardır. Yaxşı ki belədir...
Azərbaycanda hökumət tərəfindən uğurla icra edilən sosial -
iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən tədbirlərin əsas
hədəflərindən biri də işsizliyin azaldılması və məşğulluğun yüksəldilməsi
problemidir. Bu məqsədlə yeni iş yerlərinin yaradılması istiqamətində