|
Annotasiya
291
biri də bunun vasitəsi ilə ümumavropa ali təhsil məkanında ümumi
mühitin yaradılmasıdır. Tələbələrin, müəllimlərin mobilliyi bu məkanda
ali təhsil sisteminin vahid tam kimi formalaşmasına və bu cür hiss edilmə-
sinə ən yaxşı təkan verən amillərdən biridir. Ali təhsil sistemində hamı
tərəfindən qəbul edilən standartların mövcudluğu ümumi məkanın forma-
laşması üçün başlanğıc şərtdirsə, akademik mobillik bu birləşmənin prak-
tikada bilavasitə reallaşmasına aparan addımlardır. Ali təhsildə mobillik
təhsildən sonra məzunların Ümumavropa məkanında işə düzəlməsini
asanlaşdırır.
Burada bir qədər haşiyəyə çıxaraq qeyd edək ki, hal-hazıradək Av-
ropanın təhsil cəmiyyətindəki model (Boloniya prosesinin bütün tövsi-yə-
lərinə əsaslanan) heç də hamı tərəfindən qəbul edilməmişdir. İki səviyyəli
hazırlığın yayılması ilə bağlı baxışlarda yekdillik yoxdur ki, bu, Rusiyada
olduqca ziddiyyətlidir.
Məlum olduğu kimi, Rusiyada bakalavr və magistr dərəcələrinin
verilməsi XVIII əsrdə özünə yer almışdır. XVIII əsrdə Moskva Universiteti
tərkibində fəaliyyət göstərən Müəllimlər İnstitutunun məzunlarına bakalavr
dərəcəsi verilmişdir. Rusiya universitetinin tam təhsil kursunu müvəffəqiy-
yətlə başa vurmuş müxtəlif yaşlı şəxslərə birinci alim dərəcəsinə iddiaçı
olmağa nizamnamə imkan verirdi. Magistr və doktor isə sonrakı dərəcələr
idi. Moskva, Xarkov və Kazan universitetlərinin nizamnamələrində magistr
adının verilməsi nəzərdə tutulmuşdur. Namizədlik alimlik dərəcəsinin alın-
ma qaydası ayrıca əsasnamədə öz əksini tapmışdır. Odur ki, Boloniya pro-
sesinə daxil olma şüarı altında 3-4 il ərzində elmlər doktoru dərəcəsində
mütəxəssislərin hazırlanması cəhdi Rusiya təhsili üçün təhlükələrdən biri
kimi görünür.
Rusiya təhsilinin XVIII əsr və sonralar SSRİ təhsil sisteminin
təcrübəsinə dayanaraq Boloniya prosesinin alternativ xüsusiyyətləri ilə
bağlı şərhlər vermək, onun perspektivlərinə oxucunun diqqətini yönəltmək
mümkündür. Buna lüzum görmürük. Bu işi oxucunun ixtiyarına buraxaraq
əsas məqsədimizlə birbaşa əlaqəsi olan məsələlər üzərinə qayıdaq.
Mobillik Boloniya prosesinin tələblərindən irəli gələn digər cəhət-
lərin də tam təmin edilməsini tələb edir. Çünki ümumi ali təhsil məkanın-
da vahid standartlar sistemi, keyfiyyət səviyyəsi, qiymətləndirmə sistemi,
ali təhsil müəssisələrinin hüquqi və maliyyə müstəqilliyi olmadan mobillik
mümkün deyildir. Buna görə də, Boloniya prosesinin tələblərini yalnız
kompleks həyata keçirməklə istənilən nəticələri əldə etmək olar. Təbii ki,
mobilliyin tələb etdiyi şərtlərin sırasına ali təhsil müəssisələrinin lazımi
infrastruktura, maliyyə imkanlarına malik olması daxildir.
Avropa ali təhsil sistemi praktikasında iki və daha çox ali məktəbin
292
iştirakı ilə birgə proqramların tərtib olunması və tədrisin bu proqramlar
əsasında aparılması özünə yer almaqdadır. Birgə proqramların tərtibi və
tətbiqi təkcə mobillik məsələlərinə deyil, vahid təhsil məkanının forma-
laşması prosesinə əhəmiyyətli dərəcədə təsir edir. Əslində, bu cür proq-
ramların ortaya qoyulması gələcək vahid ali təhsil məkanının kiçik mo-
delini yaratmaq deməkdir və bu işin kiçik miqyasda sınaqdan çıxarılması,
qarşıya çıxan maneələrin aradan qaldırılması sözügedən istiqamətdə
təcrübənin əldə edilməsi və təkmilləşdirilməsi baxımından böyük əhəmiy-
yət kəsb edir.
Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, onun başlıca meyarlarının
təmin edilməsi bütövlükdə ali təhsil sistemlərinin yaxınlaşması, birgə
proqramların hazırlanması və tətbiqi, diplomların və ixtisasların qarşılıqlı
tanınması, yeni-yeni ölkələrin vahid məkana inteqrasiyası məsələlərində
qarşıya çıxan ən çətin və mürəkkəb məsələlərdən biri, bəlkə də birin-
cisidir. Ölkələrin ictimai-iqtisadi inkişaf səviyyəsində olan müxtəliflik, on-
larda mövcud olan çoxsaylı obyektiv və subyektiv səbəbdən irəli gələn
problemlər, qanunvericilikdə olan fərqlər, təhsilin keyfiyyətinə mənfi təsir
göstərən amillərdir. İnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali
təhsil müəssisələri ilə əməkdaşlıq etmək, onlarla eyni hüquqa malik olaraq
birgə proqram çərçivəsində fəaliyyət göstərmək üçün keyfiyyət göstərici-
lərinə görə ən azı ona yaxın bir səviyyədə olmaq lazımdır. Ali təhsilində
fərqli keyfiyyət səviyyəsinə malik olan ölkələr arasında, şübhəsiz, bərabər
səviyyəli tələbə mobilliyindən, birgə proqramların həyata keçirilməsindən
söhbət gedə bilməz.
Boloniya prosesi müəllimlərin seçilməsi, fənlərin seçilməsi, tədrisin
keyfiyyətinin müəyyənləşdirilməsi məsələlərini rəqabət zəmininə qoydu-
ğundan yeni sistem nəinki elmi cəhətin azalmasına təhlükə yaratmır,
əksinə, onun daha da gücləndirilməsi üçün şərait yaradır. Digər tərəfdən
tələbələrin mobilliyi ilə yanaşı müəllim və tədqiqatçıların sərbəst hərə-kə-
tinin təmin edilməsi və onun stimullaşdırılması vahid elmi-tədqiqat mə-ka-
nının formalaşmasına, onun çərçivəsində informasiya və təcrübə mübadi-
ləsinin intensivləşdirilməsi bu sahədə geniş perspektivlər açır
1
.
8.8.7. Əlavə təhsil
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissə-
si olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haq-
qında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq
1
Daha ətraflı məlumat üçün bax: Давыдов Ю.С. Вестник ПГЛУ 1, 2004.
Dostları ilə paylaş: |
|
|