|
Annotasiya
289
cəhətlər əsasında aparır. Bu baxımdan ECTS qiymətləndirmə sistemini
tətbiq etmək üçün tələbə göstəricilərini əks etdirən statistik məlumatların
olması şərtdir. Uğurlu tələblər aşağıdakı qiymətləri əldə edirlər:
A ən yaxşısı 10%
B növbəti 25%
C növbəti 30%
D növbəti 25%
E növbəti 10%
FX və F qiymətləri də fərqləndirilir. Bu qiymətlər uğursuz tələbələrə
verilir. FX “keçmədi – nəticələrin tanınması üçün irəliləyişlər olmalıdır”
və F isə “keçmədi – əhəmiyyətli irəliləyişlər olmalıdır” deməkdir. Tələbə
tərəfindən uğursuz çıxışın səbəblərinin göstərilməsi məcburi deyildir.
Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında deyil, ma-
hiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd edir. Tələbələrin
rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır. Bütövlükdə isə təhsilin
fəlsəfəsi tamamilə dəyişərək əsasən son məhsula istiqamətlənir. Bu isə
təhsilin keyfiyyətinin yüksəldilməsini, onu daha məqsədyönlü olmasını
stimullaşdırır. Seçim imkanı genişlənmiş tələbə özü seçdiyi ixtisas üzrə
fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu
eyni zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin yüksəl-
dilməsinə kömək edir. Lakin bu o demək deyildir ki, həmin proses tam kor-
təbii şəkildə cərəyan edir. Hər bir ixtisas üzrə məcburi, məcburi-seçmə və
seçmə fənlərin tam siyahısı, habelə onların məcburi ardıcıllığı, bir-bi-rin-
dən asılılıq xüsusiyyətləri tədris planında əks olunur və əvvəlcədən tələ-
bəyə təqdim edilir.
Kredit sisteminin tətbiq edilməsi birinci növbədə ümumavropa ali
təhsil məkanında vahid standartların işlənməsi ehtiyacından irəli gəl-mək-
lə Boloniya prosesinin bir sıra cəhətlərini təmin edir: tələbələrin mobilliyini
asanlaşdırır; asan başa düşülən və müqayisə oluna bilən dərəcələr siste-
minin formalaşmasına kömək edir; keçilən fənlərin və proqramların unifi-
kasiyasını təmin edir; alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır;
diplomların tanınması üçün real zəmin yaradır.
Diploma əlavə adlanan sənədə ehtiyac mobillik, sənədlərin qarşılıq-
lı tanınması və məzunların Avropanın ümumi əmək bazarında işə dü-zəl-
məsi məqamlarında daha kəskin şəkildə hiss olunmağa başlamışdı. Buna
görə də vahid formalı sənədlərə tələbat hələ xeyli əvvəl, təkcə Avropada
deyil, dünyanın hər yerində aktuallıq kəsb edirdi. Diploma əlavə sənədin
qəbul edilməsi və bütün Ümumavropa məkanında tanınması günün tələbi
ilə qarşıya çıxan bir sıra problemlərin həllinə yol açırdı. Məhz bu səbəb-
dən də diploma əlavələrə Boloniya prosesinin gedişində böyük önəm ve-
290
rilmiş, YUNESKO tərəfindən onun vahid forması hazırlanaraq təqdim
edilmişdir.
Diploma Avropa əlavəsi vahid təhsil məkanının formalaşmasının
məntiqindən doğan amillərdən biridir. Bu sənəd ümumiləşməkdə və
bütövləşməkdə olan Avropa ali təhsilinin yekun sənədi olmaqla bir növ
təhsilin yekunu kimi ortaya çıxır. Əgər tədris prosesinin gedişində proq-
ramların, qiymətləndirmə sisteminin, təhsil müddətinin və onun dövr-
lərinin, keyfiyyət səviyyəsinin hamı tərəfindən məqbul hesab edilən forma
və məzmuna gətirilməsindən söhbət gedirsə, diploma Avropa əlavəsi
bütün bu keyfiyyətlərin ümumi nəticəsini özündə əks etdirən vahid sənəd
kimi çıxış edir. Diploma Avropa əlavəsi iki dildə – diplomu verən ölkənin
dilində və Avropada ümumiliyi qəbul edilən dillərin birində (əsasən ingilis
dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət olması nəzərdə tutul-
muşdur: diplomun sahibi haqqında məlumat; məzunun ixtisası haqqında
məlumat; ixtisas səviyyəsi; tədrisin məzmunu və alınan nəticələr; alınan
ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat; əlavənin həmin ölkədə
sertifikatlaşdırılması haqqında məlumat; ölkə ali təhsil sisteminin təsviri;
əlavə məlumat.
Boloniya prosesində vacib məqamlardan biri vahid məkana daxil
olan ölkələrin və onların ali təhsil müəssisələrinin qarşılıqlı şəkildə ali
təhsil ixtisaslarının, dərəcələrinin və tədris dövrlərinin, mərhələlərinin,
digər vacib sənədlərin tanınmasıdır. Bu məsələ Boloniya prosesinin tələbi
kimi üzə çıxmamışdır. Tanınmaya ehtiyac ictimai-iqtisadi inteqrasiya pro-
sesinin gedişində və onun inkişaf qanunauyğunluqlarının diktəsi ilə hələ
xeyli əvvəllər mövcud olmuş və müxtəlif beynəlxalq görüşlərin və müq-a-
vilələrin predmetinə çevrilmişdir. Təsadüfi deyildir ki, Boloniya pro-se-
sinin vacib sənədlərindən biri olan və ali təhsil ixtisaslarının, dərəcə-
lərinin və digər mühüm sənədlərin Avropa dövlətlərinin və onların ali təh-
sili müəssisələri tərəfindən tanınması haqqında Lissabon konvensiyası
Boloniya Deklarasiyasının qəbul olunmasından bir il əvvəl – 1998-ci ildə
43 Avropa dövləti tərəfindən qəbul edilmişdir.
Boloniya prosesinin vacib cəhətlərindən olan akademik mobillik
tələbə, müəllim, tədqiqatçı və inzibati heyətin təcrübə mübadiləsi etmək,
milli qapalılığı dəf edərək ümumavropa mühitinə qovuşmaq məqsədi ilə
bir ali məktəbdən digərinə keçə bilməsidir. Birinci növbədə isə tələbə öz
ali təhsil müəssisəsində müxtəlif səbəblər üzündən ala bilmədiyi bilik və
bacarıqları əldə etmək imkanı qazanır. Boloniya bəyannaməsinin tövsiyə-
lərinə görə, hər tələbə imkan daxilində ən azı bir semestri başqa ali təhsil
müəssisələrində, yaxşı olardı ki, xarici ölkələrdən birinin ali təhsil müəs-
sisəsində keçirsin. Akademik mobilliyin tətbiq edilməsinin məqsədlərindən
Dostları ilə paylaş: |
|
|