|
Annotasiya
295
pedaqoji təhsil və müəllim hazırlığının konsepsiyası və strategiyası” sə-
nədi hazırlanmış və 2007-ci ildə hökumət tərəfindən təsdiq olunmuşdur.
Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfin-
dən geniş müzakirə olunan məsələlərdəndir.
Fasiləsiz təhsil sisteminin tətbiqi üçün mövcud hüquqi bazaya
dayanaraq sivil ölkələrin təcrübəsindən faydalanmaq, sosial - iqtisadi
inkişafımıza müvafiq şəkildə təhsil islahatını həyata keçirmək mühüm və-
zifə kimi qarşıda durur. Təsdiq olunmuşdur ki, yalnız insanın tələ-bat-
larının təmin olunmasına yönəldilmiş inkişaf və əhalinin geniş iştirak
etdiyi və insan hüquqlarının tam hörmət olunduğu cəmiyyət davamlı və
ədalətli inkişafın təmin olunmasına imkan yaradır. Kişi və qadınların
həyatın bütün sahələrində dərrakəli, zəkalı və səmərəli inkişafı olmadan
bəşəriyyət yaşaya və gələcəyin vəzifələrinin öhdəsindən gələ bilməz.
Yaşlıların təhsili təkcə hüquq deyildir. Belə təhsil fəal vətəndaş
mövqeyinin nəticəsi və cəmiyyətin həyatında iştirakı üçün şərtdir. Yaş-lı-
ların təhsili şəxsiyyətin formalaşması işinə yardımçı ola və həyatı
dərrakəli edə bilər. Bütün ömrü boyu təhsil alma yaş, qadın və kişi bəra-
bərhüquqluluğu, fiziki və əqli çatışmazlıq, dil, mədəniyyət və iqtisadi
bərabərsizlik kimi faktorları nəzərə almaq məqsədi ilə təhsilin məzmu-
nunun yenidən dərk olunmasını nəzərdə tutur. Yaşlıların təhsili formal və
fasiləsiz təhsili, qeyri-formal və qeyri-rəsmi, həmçinin ikinci dərəcəli təh-
sillərin tam spektrini əhatə edir. Bu təhsillər çoxmədəniyyətli olan, nəzə-
riyyə və təcrübəyə söykənən yanaşmaları qəbul edən cəmiyyətdə möv-
cuddur.
Baxmayaraq ki, yaşlıların təhsilinin və uşaq və yeniyetmələrin
təhsilinin məzmunu iqtisadi, sosial və mədəni şəraitdən və cəmiyyət
üzvlərinin tələbatından asılı olaraq dəyişir, onların hər ikisi yeni təhsil
konsepsiyasının – bu konsepsiyaya uyğun olaraq təlim həqiqətən də, bütün
ömür boyu baş verir – zəruri elementləridir. Bütün ömrü boyu davam
edən təhsilin perspektivi belə bir qarşılıqlı tamamlamanı və fasiləsizliyi
şərtləndirir. Bütün dünyada meydana gələn və biliklərə əsaslanan cəmiy-
yətlərdə yaşlıların təhsili və fasiləsiz təhsil, həm icmalar çərçivəsində,
həm də peşə həyatında çox gərəkli zərurətə çevrilmişdir.
Hər kəs üçün baza təhsili o deməkdir ki, insanlar yaşından asılı ol-
mayaraq, fərdi və kollektiv şəkildə öz potensiallarını həyata keçirmək
imkanına malikdirlər. Baza təhsili təkcə hüquq deyil, həm də başqalarına
və bütövlükdə cəmiyyətə münasibətdə vəzifə və məsuliyyətdir. Ömür boyu
təhsil alma hüququnun həyata keçirilməsi üçün vacib olan şəraitin yara-
dılmasını nəzərdə tutan tədbirlər bu hüququn tanınmasının möhkəmləndi-
rilməsi üçün çox vacibdir. XXI əsrin vəzifələri təkcə hökumət, təşkilat və
296
idarələr tərəfindən həll oluna bilməz; cəmiyyət həyatının bütün sahə-lə-
rində hərtərəfli, azad və fəal iştirak edə bilmələri üçün həmçinin insan-
ların öz səylərinin, yaradıcı təxəyyül və istedadlarının göstərilməsi tələb
olunur.
Məşğulluq üzrə Avropa strategiyası çərçivəsində ömür boyu təhsil –
biliklər və bacarıqların, peşə səriştəsinin artırılması məqsədilə və daimi
əsaslarla aparılan hər tərəfli təlim fəaliyyəti kimi müəyyən edilmişdir
(Avropanın məşğulluq strategiyası 1997-ci ildə Lüksemburq sammitində
qəbul olunmuşdur). Lissabon sammitinin nəticələri sübut edir ki, biliklərə
əsaslanan iqtisadiyyat və cəmiyyətə müvəffəqiyyətli keçid fasiləsiz təhsil
prosesi ilə - ömür boyu təhsil almaqla müşayiət olunmalıdır (Bu sammit
2000- ci ilin mart ayında keçirilmişdir). Yeni yanaşmanın əsas ideyası
ondan ibarətdir ki, fasiləsiz təhsil artıq təhsilin və yenidən hazırlığın
aspektlərindən biri deyil, o, təhsil sisteminin və bu sistemdə insanın təhsil
fəaliyyətinin fasiləsiz proses boyu iştirakının əsas prinsipinə çevrilir.
Fasiləsiz təhsil “biliklərə əsaslanan cəmiyyətə” çevrilmiş ölkələr üçün
xüsusi əhəmiyyət kəsb edir: informasiya, biliklər və həmçinin onların daim
yeniləşməsinə olan motivasiya və bunun üçün tələb olunan bacarıqlar bu
xüsusiyyətli ölkələrin inkişafının, rəqabət qabiliyyətliliyinin və səmərəli
əmək bazarının həlledici faktoruna çevrilir. Vətəndaş cəmiyyətində iştirak
müvəffəqiyyətli peşə karyerası olmadan, demək olar ki, mümkün deyil,
çünki o, şəxsi müstəqilliyin, özünəhörmətin və xoş güzəranın əsasını təşkil
edərək həyatın keyfiyyətini müəyyən edir. Məşğulluq vətəndaş cəmiy-yəti-
nin inkişafının vacib parametrinə çevrilir. Lakin əmək bazarında müvəf-
fəqiy-yət və ictimai proseslərdə iştirak müəyyən bacarıq və səriştənin ol-
masını və müasir biliklərə çıxış imkanları tələb edir. Rəqəmli texno-
logiyalar, biotexnologiyalar, kommunikasiya şəbəkələrinin inkişafı üçün
böyük imkanlar təqdim edir. İnsanlar həyat tərzlərinin formalaşması üçün
daha çox azadlıq əldə edirlər, lakin bu onların üzərinə öz həyatları ilə
bağlı daha çox məsuliyyət qoyur. Öz bacarıqlarının daim lazımi səviyyədə
saxlamaqla və onları yeniləşdirməklə bazarda müvəffəqiyyətli olanlar və
sürətlə artan peşəkar tələblərlə ayaqlaşa bilməyən ümidsiz geridə
qalanlar arasında olan fərq daha da artır. Bütün bu dəyişiklikləri bir
sözlə “biliklərə əsaslanan cəmiyyətə” və ya informasiya cəmiyyətinə, yəni
iqtisadiyyatın əsasını qeyri maddi mallar və xidmətlər təşkil edən və bilik
və bacarıqların birinci dərəcəli əhəmiyyətə malik olduğu bir cəmiyyətə
keçid kimi təsvir etmək olar. Belə cəmiyyətdə insanlar özləri öz talelərinin
sahibinə və cəmiyyətin fəal vətəndaşlarına çevrilməlidirlər. Bunu həyata
keçirməyin ən yaxşı üsulu – ömür boyu təhsildir.
Dostları ilə paylaş: |
|
|