|
Annotasiya
297
Uşaqlıqda və gənclik dövründə əldə etdiyimiz bilik və vərdişlərimiz
heç də bizim qalan həyatımızda müvəffəqiyyətə zəmanət vermir. Hətta ix-
tisasın vaxtaşırı artırılması belə problemin həlli demək deyildir. Fasi-ləsiz
təhsil təlim prosesinə “beşikdən qəbrədək” olan daimi kontinuum (cəm)
kimi baxır. Onun əsasında insanın gənclik dövründə əldə etdiyi baza vər-
dişləri durur. İnformasiya cəmiyyətində bu vərdişlərə yenidən baxılmalı
və onlar genişləndirilməlidir. Bunlara öyrənmək bacarığını və öz təhsilini
müstəqil davam etdirmək arzusunu əlavə etmək lazımdır. Lakin, belə bir
arzunu saxlamaq üçün insana gənc yaşında müsbət dərs təcrübəsi, habelə
öz təhsilini davam etdirmək üçün praktik imkanlar tələb olunur.
Bu vaxtadək təhsil sahəsində siyasətin formalaşmasında yalnız for-
mal təhsil
nəzərə alınırdı, qalan iki kateqoriyaya (informal, qeyri-formal)
isə əslində heç bir diqqət yetirilmirdi. Fasiləsiz təhsilin kontinuumu (cəmi)
qeyri-formal və informal təhsili təlim prosesinin bərabərhüquqlu iştirakçı-
ları edir.
Fasiləsiz təhsil sahəsində siyasəti formalaşdıran sivil ölkələr bu
təhsilin təkcə dəyişən əmək bazarının xüsusiyyətlərindən irəli gələn iqti-
sadi zərurətinə deyil, həmçinin onun sosial-mədəni əhəmiyyətinə getdikcə
daha çox diqqət yetirirlər. Nəzərə alınır ki, təhsil hal-hazırda insanın peşə
mühitinə daxil olmasında əsas rol oynadığı kimi, gələcəkdə onun cəmiy-
yətə qoşulmasında həlledici olacaqdır.
Kompyuterlərin ilk növbədə ev şəraitində istifadə dairəsini tutması
və dünyanın fərdi şəkildə dərk edilməsinin güclü resursuna çevrilməsi
informal təhsilin əhəmiyyətini xüsusi vurğulayır və onun nəhəng ehti-
yatlarını sübut edir. “Ömür uzunu təhsil” termini fasiləsiz təhsilin zaman
faktorunu vurğulayır. Son dövrlərdə “Ömür eni təhsil” termini yaran-
mışdır. Bu termin təkcə təhsil prosesinin daimiliyini deyil, həm də onun
formalarının müxtəlifliyini – formal, qeyri-formal və informal təhsil –
xüsusi qeyd edir. O, bizə xatırladır ki, təhsil eyni zamanda xoş
və faydalı
ola və həm təhsil müəssisəsində, həm də ailədə, dostların əhatəsində, iş
yerində və ya maraq kitablarında baş tuta bilər.
Ədalət naminə təsdiqlənməlidir ki, Azərbaycanda həyata keçirilən
dövlət təhsil siyasəti təhsilin fasiləsizliyini hədəfləyir. Bunu “Təhsil haq-
qında Azərbaycan Respublikasının Qanunu”nda çox aydın görmək müm-
kündür. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri bu məsələni
diqqətə çəkir.
Fasiləsiz təhsil haqqında Avropa Birliyinin bütün səviyyələrdə mü-
zakirəsi təklif olunan memorandumunda altı əsas prinsip yer alır. Bu
sırada informasiya cəmiyyətinə qoşulmaq üçün zəruri olan vərdişlərin
əldə olunması və yeniləşməsi məqsədilə təhsilə ümumi fasiləsiz çıxışı
298
təmin etmək məqsədilə “Hamı üçün yeni baza bilikləri və vərdişləri”
prinsipi ilk olaraq təqdim olunmuşdur. Sosial-iqtisadi dəyişikliklər peşə,
ailə və ictimai həyatda fəal iştirakı təmin edən zəruri baza biliklərinin,
bacarıq və vərdişlərinin yeni toplumunu tələb edir. Lissabon sammitinin
yekun sənədləri belə vərdişlərə kompyuter savadlılığı, xarici dilləri,
texnologiya mədəniyyətini, sahibkarlığı, sosial vərdişləri aid edir. Bu o
demək deyil ki, ənənəvi oxumaq, saymaq və yazmaq vərdişləri o qədər də
vacib deyildir. Bundan əlavə, yuxarıda sadalanan vərdişlərə məktəb
fənlərinin toplumu kimi baxmaq lazım deyil. Məzmun və funksional
baxımdan onlar tez-tez kəsişir və üst-üstə düşürlər. Məsələn, xarici bir dili
öyrənərək biz eyni zamanda kompyuter texnologiyasını mənimsəyə, öz mə-
dəni, estetik və kommunikativ təcrübəmizi genişləndirə bilirik. Bu vər-
dişlərin bəziləri (məsələn; kompyuter savadlılığı) tamamilə yenidir, eyni
zamanda digər vərdişlər (xarici dil) indiki dövrdə yeni əhəmiyyət qazanır.
Özünə əminlik, öz taleyinə cavabdehlik, risk etmək bacarığı kimi sosial
vərdişlər də müasir dünyada getdikcə daha mühüm vərdişlərə çevrilirlər.
Bu siyahıya öyrənmək, dəyişikliklərə uyğunlaşmaq və məlumatlar axının-
da bələdlilik bacarıqlarını əlavə etmək olar. Bu bacarıqların əldə olunma-
sı olduqca zəruridir, lakin onların daim yeniləşməsi heç də az əhəmiyyətli
deyildir. Məhz ixtisasın olmaması və ya kifayətsizliyi əksər yüksək inkişaf
etmiş ölkələrdə işsizliyin əsas səbəbidir. Bu səbəbdən dövlət istənilən
yaşda bu vərdişlərin əldə olunması və yeniləşməsi imkanlarını təmin
etməlidir. Burada qeyri-formal təhsil sistemi də böyük rol oynaya bilər.
İkinci prinsip insan resurslarına investisiya qoyuluşunun artırılması
ilə bağlıdır. Ömür uzunu və ömür eni fasiləsiz təhsil sistemi üçün yeni
metodologiyaları işləyib hazırlamaq məqsədi ilə “Tədrisin və öyrənmənin
innovasiya metodları” formuləsində üçüncü prinsip təqdim olunur.
“Alınmış təhsilin qiymətləndirilməsi üzrə yeni sistem” prinsipi təhsil
fəaliyyətinin tanınması və nəticələrinə yanaşmanı köklü surətdə dəyişdir-
mək (xüsusilə də qeyri-formal və informal təhsil sahəsində) məqsədini
hədəfləyir. Beşinci prinsip təlimatçılığın və məsləhət vermənin inkişaf
etdirilməsi ilə bağlıdır. Tədris və məsləhət məntəqələri şəbəkəsinin kö-mə-
yilə, eləcə də informasiya texnologiyalarından istifadə etməklə təhsil im-
kanlarını evə yaxınlaşdırmaq məqsədilə “Təhsilin evə yaxınlaşdırılması”
prinsipi irəli sürülür. Sonuncuda nəzərdə tutulur ki, hər cür hərəkət
sərbəstliyi və onun təmin etdiyi üstünlüklər olduğu halda, keyfiyyətli təhsil
almaq üçün insanlar öz doğma şəhərlərini və ya qəsəbələrini tərk etməyə
məcbur olmamalıdırlar. Bu xüsusilə əlillərə və əhalinin aztəminatlı qru-
plarına münasibətdə əhəmiyyətlidir. İnformasiya texnologiyaları bu plan-
da böyük xərc çəkmədən və istənilən ucqar yerdə keyfiyyətli təhsilin əldə
Dostları ilə paylaş: |
|
|