302
masını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi
istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər
təsis etmək;
dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, in-
formasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitə-
lərlə təminatını həyata keçirmək;
baza tədris planlarını və proqramlarını təsdiq etmək;
mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real
tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını
tənzimləmək;
icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum
olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə)
götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini
təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə
yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların
müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə gön-
dərilməsini təmin etmək;
təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndir-
mə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;
8.9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar,
müdavimlər, magistrantlar, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər,
məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi
köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqo-
pedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-peda-
qoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil mü-
əssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi iş-
çiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki ,
tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin ki-
tabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanla-
303
rının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələri-
nin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil
müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial mü-
dafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə
məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi
şəxslər.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikası-
nın Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublikasının
Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Respub-
likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən
edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bəra-
bər hüquqlara malikdirlər.
Təhsilalanların hüquqları aşağıdakılardır:
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil mü-
əssisəsinə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini,
ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinif-
dənkənar məşğuliyyəti seçmək;
ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq
tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri
və tyütorları sərbəst seçmək;
təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-is-
tehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlam-
lıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını
dəyişmək;
elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil
almaq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd
hərəkətlərdən müdafiə olunmaq;
304
müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini
müvəqqəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəy-
yən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb
etmək;
dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər
bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz
təhsil almaq;
dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərslik-
lərlə pulsuz təmin olunmaq;
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal
iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həya-
tında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin
və digər təşkilatların yaradılmasnda iştirak etmək, eləcə də ölkə və
beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
Təhsilalanların vəzifələri aşağıdakılardır:
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdiş-
lərə yiyələnmək;
pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət et-
mək;
dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk
etmək;
təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik norma-
lara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri
Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublika-
sının Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının
Qanunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublika-
sının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin
nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə
təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir.
Təhsilverənlərin hüquqları bunlardır:
normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir
standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
Dostları ilə paylaş: |