308
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
təhsilverənlərə qanunvericilikdə müəyyən edilmiş qaydada
təhsil və yaradıcılıq məzuniyyətləri verilir.
Suallar və tapşırıqlar
1.
“Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın.
2.
Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir?
3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciyyələndirin.
4.
“Təhsil sistemi” dedikdə nə başa düşülür?
5.
Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir.
6.
Təhsilin və təhsilalmanın hansı formaları vardır?
7.
Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyətlərini
açıqlayın.
8.
Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin.
9.
Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır?
10.
“Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, onların hü-
quq və vəzifələrini göstərin.
11.
Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz?
Ədəbiyyat
1.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı:
Qanun, 2010.
2.
Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində.
Bakı:Çaşıoğlu, 2009.
3.
Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011.
4.
Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı:
Mütərcim, 2010.
5.
Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı: ADPU-
nun mətbəəsi, 2005, səh.50-65.
6.
Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə kons-
pektləri. Bakı: Maarif, 1983, səh. 94-134.
7.
Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm,
2010.
8.
Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Uni-
versiteti, 2005, səh. 43-51.
9.
İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mü-
tərcim, 2010, səh.374-381.
309
10.
Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaktəsi ilə). Bakı:
Maarif, 1982, səh. 245-252.
11.
Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı:
Elm, 2010.
12.
Hüseynzadə R.L. Magistr dissertasiyası. (Metodik vəsait) Bakı:
Nurlar, 2010.
13.
Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007,
səh. 122-130.
14.
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azərtəd-
risnəşr, 1964, səh.6.
15.
Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.94-108.
16.
Введение в педагогику. М.: Просвещение, 1975, стр.22.
17.
Леднев В.С.. Содержание образования. М.: Высшая школа,
1989, стр.52.
18.
Педагогика. М.: Просвещение, 1956, стр.15.
19.
Куписевич Ч.. Основы обшей дидактики. М.: Высшая шко-
ла, 1986, стр.25-27.
310
IX fəsil
XÜSUSİ TƏHSİL VƏ ƏLAVƏ TƏHSİL
Əhatə olunan məsələlər:
9.1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
9.2. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə.
9.3. Əlavə təhsil.
311
9.1. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil)
1. Xüsusi təhsil haqqında anlayış.
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yara-
nan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs
sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağ-
lamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-
ixtisas təhsili isə xüsusi təhsil adlanır. Xüsusi şərait dedikdə, sağ-
lamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial
və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xü-
susi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri
bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaş-
masını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək
fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən iba-
rətdir.
1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları
nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;
- xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının ha-
zırlanması və həyata keçirilməsi;
- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;
- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları-
na uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;
- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili al-
malarına təminat verilməsi;
- xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən ha-
zırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;
- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki ba-
zasının möhkəmləndirilməsi.
1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil
sahəsində hüquqları aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komis-
siyada pulsuz müayinə olunmaq;