312
psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq
fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvü-
nün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və
yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi
çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mər-
kəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaş-
da olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o
cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və au-
tizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji kor-
reksiyası;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xü-
susi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və
ümumi təhsil almaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada xüsusi təhsil almaq;
təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin
olunmaq.
1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin
və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində
hüquq və vəzifələri aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müa-
yinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəs-
sisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunveri-
ciliklə müəyyən olunmuş qaydada şikayət etmək;
fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata ke-
çirilməsində iştirak etmək;
xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;
sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya di-
gər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisə-
lərində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qay-
dada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə
müraciət etməyə borcludurlar.
1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil al-
dıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli
xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat mək-
313
təblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar;
karlar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları
olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhət-
dən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və
davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişa-
fın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatış-
mazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin
məcmusu) olanlar.
2. Xüsusi təhsilin təşkili.
Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil böl-
mələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələ-
rində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş formalarda həyata keçirilir.
2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil
almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi
vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstə-
liklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra haki-
miyyəti orqanı tərəfindən müəyyən edilir.
2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində
uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq
icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı
əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil
almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq
sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya
tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait ya-
radılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ
vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məh-
dud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.
2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəriş-
lərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait
varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün
inteqrasiya təlimli təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil müəs-
sisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir
peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onla-
314
rın qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisə-
lərində təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud
aşağıdakı şəxslər üçün yaradıla bilər:
- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonema-
tik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları)
olanlar;
- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonra-
dan karlaşanlar);
- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər
və s.);
- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi in-
kişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və ska-
lioz xəstəliyi olanlar;
- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
- xroniki somatik xəstəlikləri olanlar.
Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik ol-
madıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi
olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə
bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və
(və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəz-
ləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq
imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək
vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi
təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir. Reabilitasiya
mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən,
hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən
çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsas-
namə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14
yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra
Dostları ilə paylaş: |