321
olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir.
Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli addımlar-
dan biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi
və hər bir müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar, mü-
əssisələrdə çalışan işçilər barədə hərtərəfli məlumatların yığılması
və məlumat bazasının yaradılmasıdır.
Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsa-
sında “Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan”
tərtib olunmuş və hökumət tərəfindən qəbul edilmişdir.
Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri me-
yarlar şərti olaraq iki qrupa bölünmüşdür:
Əsas meyarlar:
Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi;
Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu;
Göstərilən xidmətlərin keyfiyyəti.
Əlavə meyarlar:
Müəssisədəki uşaqların sayı;
Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi;
Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən
uşaqların sayı;
Müəssisənin tipi.
Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq müəssisə-
lərinin transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər
müəssisələr rayon mərkəzlərində yerləşir, uşaqlar yaxın ərazilərdə
yaşayır, zəruri xidmətlər müəssisələrə yaxın ərazilərdə yerləşir və
müəssisələrin infrastrukturu qənaətbəxşdir ki, bu da transformasiya
üçün əlverişli zəmin yaradır.
Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin
yaradıcılıq alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nə-
zərdə tutulmuşdur.
Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa
(1 il), orta (3 il), uzun (5 il) müddət ərzində transformasiya olunma-
lıdır.
De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq müəs-
sisələrinə düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan
uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi də nəzərdə tutu-
322
lur. Azərbaycanda alternativ xidmətlərin təşkili sahəsində ilk ad-
dımlar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Son illərdə
xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna daxil olan uşaqlar üçün
alternativ xidmətlərin yaradılmasında bəzi müvəffəqiyyətlər əldə
edilmişdir. Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailə-
lərin və onların uşaqlarının rifahının yaxşılaşdırılması istiqamətində
atılmış əhəmiyyətli addımlardan biri yerlərdə xidmətlərin təşkil
olunmasıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək Mərkəzi və
iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mərkəz-
lərin yaradılması ilk təcrübədir. İndiyədək ölkəmizdə belə mərkəz-
lər fəaliyyət göstərməmişdir.
De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramı-
nın həyata keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda
uşaq müdafiə sisteminin olmamasıdır. BMT tərəfindən qəbul edil-
miş “Minilliyin məqsədləri”ndə , eyni zamanda 2007-ci ildə BMT-
nin Baş Katibi “Uşaqlara qarşı zorakılığın öyrənilməsinə” həsr edil-
miş araşdırmanın nəticələri barədə hesabatında qeyd etmişdir ki,
uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onla-
rın müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədi ilə
hər bir ölkə Milli Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır. Bu
sistem risk qrupuna daxil olan ailələrdəki uşaqların (valideyn hima-
yəsindən məhrum olmuş, dövlət uşaq müəssisələrində tərbiyə alan,
qanunla ziddiyyətdə olan, hərbi münaqişələrin qurbanı və küçə hə-
yatına düçar olmuş uşaqlar) hüquqlarının təmin edilməsi, təhsildən
yayınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən
məhrum olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların
qarşısının alınması, uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud
rəftarın və digər zərərli təsirlərin profilaktikası, uşaqların təhsili,
sağlamlığı və müdafiəsi sahəsində fəaliyyət göstərən bütün dövlət
və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qrumları və
medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu ba-
rədə Azərbaycan müəllimlərinin XIII qurultayında da təkliflər irəli
sürülmüş və bu məsələ Qurultayın qətnaməsində öz əksini tapmışdır.
Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları
müdafiə etməklə yanaşı, bu cür hallarla qarşılaşa biləcək uşaqların
müdafiəsini təmin etməlidir. Uşaq Müdafiə Sistemi ilə əlaqədar mə-
323
sələlərin həlli üçün, dünya təcrübəsində olduğu kimi, xüsusi quru-
mun yaradılmasına ciddi ehtiyac vardır. Uşaq müdafiə Sistemi bu
qurumun vasitəsi ilə icma, rayon və milli səviyyədə fəaliyyət gös-
tərməli və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq po-
zuntusunun qarşısını almaq imkanına malik olmalıdır. Həmin Sis-
tem uşaqların düşdüyü vəziyyəti, onların sosial durumunu və onlara
təsir edən problemləri vaxtında müəyyənləşdirməli və bütün prob-
lemlərin kökünü axtarmalıdır. Buna nail olmaq üçün bütün aidiyyatı
olan dövlət və qeyri-dövlət qurumları arasında əlaqələndirilmiş şə-
bəkə qurmalı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazırlan-
malı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir.
Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə
və ya müəssisədə təhlükəsizliyinin təmin edilməsi həm ailənin, həm
icmanın, həm də dövlətin vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən
böyüklər öz vəzifələrini yerinə yetirmirsə, onları tələb olunan qayğı
ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq edir və ya ko-
bud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də Uşaq
Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməli-
dir. Uşaq Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və
təklif ediləcək xidmətlər uşağın və onun ailəsinin üzləşdiyi prob-
lemdən, uşağa dəymiş zərərdən və ya onun normal yaşamasına, in-
kişafına, habelə ümumi təhlükəsizliyinə olan riskin həcmindən asılı
olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xid-
mətlər dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə tutulur.
Xidmətlərin ümumi məqsədi uşağın və onun ailəsinin üzləşdiyi
problemlərin və ya mövcud vəziyyətin yaranmasına gətirib çıxarmış
amillərin aradan qaldırılmasıdır. Eyni zamanda xidmətlərin göstəril-
məsi yaranmış vəziyyətin gələcəkdə təkrar olunmamasına yönəldil-
məlidir.
Uşaq Müdafiə Sistemi ilk növbədə, uşağın məhz ailə mühitin-
də tam inkişaf edə biləcəyinə əsaslanaraq, uşağın öz ailəsində böyü-
məsi üçün bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. La-
kin ailə mühitində uşağın təhlükəsizliyinə və ya onun tam inkişafına
zəmanət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması zərurəti
yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq
sosial işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən keçirilmə-
Dostları ilə paylaş: |