324
lidir. Proqram çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Uni-
versitetində sosial iş üzrə magistr, 2008-ci ildən isə bakalavr səviy-
yəsində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanmaqdadır.
9.3. Əlavə təhsil
Yuxarıda vurğuladığımız kimi, müasir dövrdə əlavə təhsil və
peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib
hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında
dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları
sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcı po-
tensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və onun
idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və
rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliy-
yətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdi-
rilməsinə xidmət edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pe-
daqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtə-
rəfli ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil
proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsi-
lin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin in-
kişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş-
dirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, pe-
şə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və
ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata
keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir.
Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə,
stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqa-
mətləri müəyyənləşdirmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı ba-
rədə məlumat vermək imkanı olmasa da, bəzilərinə diqqət yönəlt-
məyi lazım bilirik.
İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər
pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müd-
dət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşə-
karlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri, pedaqoji, psixoloji
325
biliklərini artırmaq məqsədi ilə yenilikləri və dəyişiklikləri əks
etdirən tədris plan və proqramları üzrə təhsil almaları, ixtisaslarını
artırmaları nəzərdə tutulur.
Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə, ixtisas kafedraların-
da yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi altında nəzəri biliklərin
təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-
ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün
nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeç-
məyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq
planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq
məqsədilə elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri
təşkil edilə bilər.
Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və me-
todika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamlana-
raq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini tə-
min edir.
Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili
müəssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mühən-
dis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil
şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma
müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və is-
tehsalat müəssisələri, tədris-sınaq stansiyaları aiddir.
Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir
proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi da-
şıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə eh-
tiva edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərs-
liklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və informa-
siya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həm-
karları ilə təcrübə mübadiləsi; distant ötürmə vasitələri ilə yeni ma-
terialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin apa-
rılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl
mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem möv-
zular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret
metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə
təhsil sahəsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni
dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi;
“öyrədənləri öyrədən” statuslu müəllim və metodistlərlə disku-
326
siyaların keçirilməsi; daimi özünütəhsil.
Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yu-
xarıda göstərilən digər tərkib hissələrinə təkanverici proses xarakteri
daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini
təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi
gələcək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır,
müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqla-
rın aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək
səviyyədə olmasını təmin edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi mü-
əllimlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə
hazırlanması şəklində həyata keçirilir:
1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər peda-
qoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılma-
sı və təkmilləşdirilməsi;
2) pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində
ixtisasının artırılması və təkmilləşdirilməsi;
3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixti-
saslar üzrə yenidən hazırlanması;
4) qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və
dərəcəsinin yüksəldilməsi.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi
aşağıdakı modellər üzrə həyata keçirilir:
- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində
treninqlər;
- təhsil müəssisəsi şəraitində treninqlər;
- kaskad modeli üzrə treninqlər (“öyrədən”lərin öyrədilməsi
və müəllimlərin dayaq məntəqələri vasitəsi ilə ixtisasartırma və tək-
milləşmə proseslərinə cəlb edilməsi);
- texnologiyalara əsaslanan treninqlər;
- distant təhsil;
- mentorluq;
- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;
- müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kə-
nar keçirilən kurslar və treninqlər.
Ölkəmizdə əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixti-
sasartırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün
bir sıra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz
Dostları ilə paylaş: |