279
Yеkun Dövlət Attеstasiya Komissiyasının bağlanış iclasında
sədr komissiya üzvləri ilə birlikdə hər tələbənin ayrı-ayrılıqda qiy-
mətlərini müzakirə edir və açıq səsvermə yolu ilə buraxılış işinin
müdafiəsinin ümumi bal qiyməti müəyyənləşdirilir. Bundan sonra
tələbənin müdafiəyə qədər və müdafiədə topladığı ballar toplanaraq
buraxılış işi müdafiəsinin yekun balı çıxarılır. Sədr müdafiənin
yekun bal qiymətini tələbələrə elan edir.
Həm müdafiəyə qədər, həm də müdafiə zamanı toplanmış bal-
lar ümumiləşmiş şəkildə bir cədvəldə öz əksini tapır. Yеkun Dövlət
Attеstasiya Komissiyasının sədri və üzvləri cədvəldəki qiymətləri
imzalayaraq təsdiq edir. Müdafiə prosesinin bütünlükdə gedişatı,
suallara cavablar, tələbələrin qiymətləndirilməsi xüsusi “Protokol-
kitabı”nda Komissiyanın Elmi Katibi tərəfindən aparılır və Yеkun
Dövlət Attеstasiya Komissiyasının sədri, üzvləri tərəfindən imzala-
naraq təsdiqlənir.
Magistratura. “Magistr” sözü latın mənşəli söz olub, “müəl-
lim”, ”mürəbbi”, “rəhbər” mənalarını ifadə edir. Qədim Romada
“magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə veri-
lirdi. Bizans imperatorluğunda isə bu ad yüksək məmur rütbəsi ti-
tuluna müvafiq idi. “Magistr” məfhumu “ustad” adının sinonimi, öz
işinin mahir bilicisi, ustası kimi də qəbul edilir. Musiqi termini olan
“maestro” sözü də “magistr” sözündən meydana gəlmiş, musiqi sa-
həsinin bilicisi kimi başa düşülür
.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsi-
nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrə-
nilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi təd-
qiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Ma-
gistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin ve-
rilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy-
yən edilir.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba-
zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü-
əssisələrində yaradılır.
280
Magistratura əsasən aşağıdakı vəzifələri həyata keçirir:
1. Magistratura ali təhsil strukturunda ikinci pillə olaraq ali
təhsilin elitar formasından kütləvi və ümumi formaya keçidini təmin
edir.
2. Ali təhsilin adekvat, məqsədyönlü , optimal, səmərəli, çevik
olmasını təmin edir.
3. “Uzunmüddətli təhsil”, “Ömürboyu təhsil”, “Fasiləsiz təhsil
paradıqmasını reallaşdırır.
4. Varislik prinsipini, yeniləşmə, təkmilləşmə funksiyasını,
tədrisin elmi xarekterdə qurulmasını, elmi tədqiqatçılığı, yaradıcılıq
və əməkqabilliyinin vəhdətini təmin edir.
5. “Geniş məkanda tanınma”, “Şəffaflıq”, “Rəqabət aparmaq
və rəqabətə dözümlülük” kimi funksiyaları yerinə yetirir.
6. Transparentlik (fr. transparent, hərfi mənası – şəffaf) funk-
siyasının, ağılların, imiclərin, imkanların rəqabətə dözümlülüyünü
təmin edən strategiyaların modernləşdirilməsini təmin edir.
7. Rasional -selektiv (lat. selectio – seçmə, seliqo – seçirəm)
funksiyanı yerinə yetirir, tələbələrin qəbulunun, seçib- seçilməsi
müyəssərliyini təmin edir.
8. Doktorluq dərəcəsinə qədərki səviyyənin təmin edilməsi
funksiyasını yerinə yetirir və daha yüksək dərəcə olan doktorluq
elmi dərəcəsinə çatmaq üçün imkan və şərait yaradır.
9. Varislik və inkişafın vəhdətini, ali təhsilin akademik və
bazar iqtisadiyyatı xarakteristikalarının vəhdətini, klassik dəyərlərə
uyğunluğu, dinamik dəyişikliklərə açıq olmasını təmin edir.
10. Yüksək intellektə, yüksək mədəniyyət və əxlaqa, yüksək
elmi-tədqiqatçılıq qabiliyyətinə, dərin bilik və geniş elmi dünyagö-
rüşə malik peşəkar mütəxəssislər yetişdirir.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba-
zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü-
əssisələrində yaradılır.
Tibb təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun
olaraq, əsas təhsilə və rezidenturaya həkim-mütəxəssis ali peşə ixti-
sas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
281
Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən
mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi
digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat
tələb edən sahələr üzrə həyata keçirilir.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsi-
nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrə-
nilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi təd-
qiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistra-
tura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilmə-
si qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Magistraturada fənnlərin dərindən ixtisaslaşması aparılır,
magistrantlarda elmi araşdırma bacarığı və vərdişləri formalaşdırılır.
Magistraturanı başa vuran şəxslər İxtisaslaşdırılmış Disserta-
siya Şurasının qərarı ilə «magistr» dərəcəsi alırlar. Magistr dərəcəli
mütəxəssislər ali məktəbin bakalavr pilləsində, elmi-tədqiqat mərkəz-
lərində, habelə orta məktəblərdə fəaliyyətlərini təşkil edə bilərlər.
Magistr dərəcəsi verilərkən xüsusi elmi hazırlıq bacarığı və
konkret elmi nəticə nümayiş etdirmiş məzunlar doktoranturada mü-
vafiq imtahanlar verdikdən sonra elmi iş - dissertasiya üzərində
çalışa bilərlər. Doktoranturanı başa vurub İxtisaslaşdırılmış Disser-
tasiya Şurasında fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş şəxslər
«Fəlsəfə doktoru» (ixtisas göstərilməklə) elmi dərəcəsini alır. Elmi
dərəcəsi olan şəxslər, xüsusilə elmlər doktorları ixtisasa uyğun ola-
raq təhsilin magistratura pilləsində elmi, pedaqoji fəaliyyət göstərə
bilərlər.
Magistrant təhsilini başa vurarkən İxtisaslaşmış Disserta-
siya Şurasının qarşısında yazıb tamamladığı dissertasiyanı mü-
dafiə edir.
Magistr dissеrtasiyası – magistratura tələbəsinin, yaxud ma-
gistrantın müstəqil еlmi-tədqiqat işinin, gərgin yaradıcı aхtarışla-
rının məhsuludur. Magistraturada təhsil-tərbiyə fəaliyyətinin sоn
təqdimatıdır, mütəхəssisə «həyat vəsiqəsi» vеrən, ona magistr elmi
dərəcəsi verən mürəkkəb pedaqoji prоsеsdir. Dissertasiya latınca
“dissertatio” sözündən olub, mənası müzakirə etmək, tədqiq
etmək deməkdir.
Dostları ilə paylaş: |