270
Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilava-
sitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəa-
liyyəti, hüquq və vəzifələri “Təhsil haqqında Azərbaycan Respubli-
kasının Qanunu” və Azərbaycan Respublikasının müvafiq qanunve-
ricilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən
olunmuşdur:
məktəbəqədər təhsil müəssisələri (körpələr evi, uşaq
bağçası, xüsusi uşaq bağçası);
ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümum-
təhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər
və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar,
liseylər və digər müəssisələr);
məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mər-
kəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat mək-
təbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq
mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş
mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.)
ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə
liseyləri);
orta ixtisas təhsili müəssisələri (kolleclər);
ali təhsil müəssisələri (universitetlər, akademiyalar, insti-
tutlar və s.)
əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mər-
kəzlər və s.)
təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.
Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus
formasında da fəaliyyət göstərə bilər. İbtidai və ümumi orta təhsil
müəssisələrinin azkomplektli formada fəaliyyətinin təşkili müm-
kündür.
271
8.8. Təhsilin pillələri və səviyyələri
Azərbaycan Respublikasında məktəbəqədər təhsil, ümumi
təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ix-
tisas təhsili, orta ixtisas təhsili, ali təhsil (bakalavriat, magistratura,
doktorantura) pillələri və səviyyələri müəyyən olunmuşdur. Təhsilin
pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin
olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla)
yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun
olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər
növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə
alınır.
8.8.1. Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cə-
miyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən
intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyə-
lənməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının
qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasi-
bətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq
təhsil proqramı əsasında həyata keçirilir, məktəbəqədər təhsil üç
yaşdan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları
zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra orqanı
tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlə-
rinin və ya digər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər
təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq struk-
turlarında və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı
uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət
və əlaqələndirmə xidməti təşkil edilir.
272
8.8.2. Ümumi təhsil
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrə-
dilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların
həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təh-
sil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yi-
yələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsasla-
nan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi də-
yərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf
mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan
yaradır. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata
keçirilir. Azərbaycan Respublikasında ümumi təhsil, ibtidai təhsil,
ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Ümumi təhsilin
təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəsinə ke-
çid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü
təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas
və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisə-
lərinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir. Ümumi
təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və
müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə
məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və he-
sablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haq-
qında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bə-
dii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. İbtidai
təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. Azər-
baycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Vali-
deynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə
təhsil müəssisəsi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanı-
nın müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və
yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və
məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər
üzrə və eləcə də dünya svilizasiyasının inkişafı haqqında müvafiq
Dostları ilə paylaş: |