265
runur, bütün uşaqların keyfiyyətli təhsil alması təmin edilir; 3) maliyyə
resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər
minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan vəsait-
lərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır.
8.2. Azərbaycanda təhsilin əsas məqsədi
Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakı-
lardır və bunlar “Təhsil haqqında Azərbaycan Respublikasının Qa-
nunu”nda rəsmiləşdirilmişdir:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən,
xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq-
ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və
şəxsiyyət yetişdirmək;
- milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf et-
dirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri
qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənil-
məsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ic-
timai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
8.3. Təhsil sahəsində
dövlət siyasətinin əsas prinsipləri
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı-
lardır:
humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiy-
yətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlam-
lığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin,
tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
demokratiklik- təhsilalanların azad düşüncə ruhunda tər-
biyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə
266
edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil
müəssisələrinin muxtariyyətinin artırılması;
bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında
təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin
olunması;
millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin
qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında
dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara,
sosial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraq-
larına uyğunluğu;
səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf
edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təş-
kili;
fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standart-
ları, tədris proqramları və planları əsasında təhsilin bir neçə
səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında
sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın
bütün həyatı boyu ardıcıl davam etməsi;
varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin
ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıq-
lığının genişləndirilməsi;
inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə
səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında
inkişafı.
8.4. Təhsil sistemi anlayışı
Bu anlayış özü ədəbiyyatda müxtəlif formada işlənmişdir:
“maarif sistemi”, “xalq maarifi sistemi”, “təhsil sistemi”, “xalq təh-
sili sistemi”, “dövlət təhsil sistemi”. Müxtəliflik onunla izah edilir
ki, ölkənin inkişafı ərzində tədris müəssisələri başqa-başqa idarə və
nazirliklərin tabeliyində fəaliyyət göstərmişdir. Müasir dövrdə ma-
arif nazirliyi ali və orta ixtisas təhsili nazirliyi və texniki peşə təhsili