254
4.
Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı:
Mütərcim, 2007.
5.
Mehrabov A.O. Müasir təhsilin metodoloji problemləri. Bakı:
Mütərcim, 2012.
6.
Abdullayev B.A., Zülfüqarova Ş.V.. Didaktika. Bakı: ADPU-
nun mətbəəsi, 2005. səh.5-26.
7.
Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə kons-
pektləri. Bakı: Maarif, 1983. səh.87-90.
8.
Kazımov N.M., Həşimov Ə.Ş.. Pedaqogika. Bakı: Maarif, 1996,
səh.68-75.
9.
Mehdizadə M.M.. Ümumtəhsil məktəblərində təlim-tərbiyə pro-
sesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982. səh.46-47.
10.
Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007.
səh.114-116.
11.
Həsənov M.M. Problemli təlim vasitəsilə şagirdlərin idrak
fəaliyyətinin inkişaf etdirilməsi. Bakı: Müəllim, 1986.
12.
Həsənov M.M., Bəhmənova C. İbtidai siniflərdə fəal və inte-
raktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait).
Bakı: ADPU, 2009.
13.
Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.70-83.
14.
Talıbov Y., Ağayev Ə., Eminov A., İsayev İ.. Pedaqogika. Bakı:
Adiloğlu, 2003. səh.28-30, 39-41.
15.
Əhmədov H.H. Pedaqogika.(Dərs vəsaiti). Bakı, 2006.
16.
Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı:
Elm, 2010.
17.
Əhmədov H.H. Təhsilin mоdernləşdirilməsi və оnun praqmatik
hüdudları // Təhsil Problemləri İnstitunun Elmi əsərləri, 2008, №2, s. 19-21.
18.
Əhmədov H.H. Ali təhsilin modernləşdirilməsi.(monoqrafiya).
Bakı: 2008.
255
İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və
o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır.
Əbu Turxan
VIII fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SİSTEMİ
Əhatə olunan məsələlər:
8.1. Təhsil haqqında anlayış.
8.2. Azərbaycanda təhsilin əsas məqsədi.
8.3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.
8.4. Təhsil sistemi anlayışı.
8.5. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər.
8.6. Təhsil və təhsilalmanın formaları.
8.7. Təhsil müəssisəsi.
8.8. Təhsilin pillələri və səviyyələri.
8.8.1. Məktəbəqədər təhsil.
8.8.2. Ümumi təhsil.
8.8.3. İlk peşə-ixtisas təhsili.
8.8.4. Orta ixtisas təhsili.
8.8.5. Ali təhsil.
8.8.6. Doktorantura.
8.8.7. Əlavə təhsil.
8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi.
8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri.
8.9.2. Təhsil prosesinin iştirakçıları.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri.
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri.
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq
və vəzifələri.
8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi
.
256
8.1. Təhsil haqqında anlayış
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrü-
bə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı
zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq
deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız
təhsil sayəsində müyəssər olur.
Ə.X.Paşayev və F.A.Rüstəmov təhsili pedaqogika elminin
predmeti kimi qəbul edir və onun əsas xüsusiyyətlərini belə açıqla-
yırlar: 1) təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin
intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata
hazırlamaq məqsədilə verilir; 2) təhsilin məzmunu müasir standart-
lara uyğun olaraq müəyyənləşdirilir; 3) təhsilin məzmunu tədris mü-
əssisələrində və özünütəhsil yolu ilə mənimsənilir; 4) mənimsənil-
mənin səviyyəsi qəbul edilmiş meyarlarla yoxlanılır və qiymətlən-
dirilir; 5) təhsilalma prosesi müəyyən olunmuş hüquqi sənədlərin
verilməsi ilə başa çatır.
Bir qrup mütəxəssislər (A.S.Lanqe, P.A.Jiltsov, İ.P.Şerbov,
İ.F.Xarlamov, Y.K.Babanski) təhsil anlayışını bir qədər başqa cür
təsəvvür edirlər. Onların fikrincə, təhsil dedikdə, gənc nəslin mü-
əyyən elmi və xüsusi biliklər sisteminə və bununla əlaqədar olan ba-
carıq və vərdişlərə yiyələnməsi, onda elmi dünyagörüşünün forma-
laşması və təfəkkürün, idrak qabiliyyətlərinin, yaradıcı qüvvələrin
inkişafı prosesi və nəticəsi başa düşülür.
Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu”nda
təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi
prosesi və onun nəticəsi kimi təqdim olunur.
Məlumdur ki, yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin
funksiyasına aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş küt-
lələrə və ya məqsəddən asılı olaraq əhalinin müəyyən qrupuna çat-
dırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil olunmuş geniş miq-
yaslı ictimai prosesdir.
XX əsrin böyük filosofu Bertran Rassel təhsil haqqında kita-
bında yazır: “Biz insanların nəyi bilməli olduğunu nəzərə tutarkən
aydın olur ki, bunları hamı bilməlidir. Elə şeylər də vardır ki,