245
əxlaqca güclü xarakterlərin formalaşmasına xidmət edir. Təlimi
intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və iradəsi-
nin inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil
edir. Bu anlayışı elmə gətirməklə İ.F.Herbart qeyd etmək istəyirdi
ki, tərbiyəni təlimdən ayırmaq olmaz, insanın iradə və xarakteri
onun ağlı ilə eyni zamanda inkişaf edir. İ.F.Herbartın didaktikaya
başlıca töhfəsi təlimin mərhələlərini müəyyənləşdirməkdən ibarət
olmuşdur. Onun sxemi belədir: aydınlıq-assosiasiya-sistem-metod.
Təlim prosesi nəzəri xarakterli təsəvvürlərdən anlamağa doğru və
anlamaqdan bacarıqlara doğru gedir. Göründüyü kimi, bu sxemdə
praktika yoxdur. Bu formal səviyyələr təlimin məzmunundan asılı
deyil, onlar bütün dərslərdə və bütün fənlər üzrə tədris prosesinin
gedişini müəyyən edir .
Danılmazdır ki, İ.F.Herbartın nəzəriyyəsi XIX əsrin ortaların-
da geniş yayılmış və ondan üstün şəkildə istifadə olunmuşdur. La-
kin müasir pedaqogikanın verdiyi qiymətə görə, Herbartın didaktik
sistemi avtoritar xarakter daşımışdır. Təsadüfi deyildir ki, Amerika
filosofu, psixoloqu və pedaqoqu Con Dyui (1859-1952) öz didaktik
sistemini İ.F.Herbartın avtoritar pedaqogikasına qarşı qoymuşdur.
Onun fikrincə, bu yanaşma cəmiyyətin və məktəbin mütərəqqi inki-
şafı ilə ziddiyyət yaradırdı. Buna baxmayaraq, Herbartın didaktikası
müasir nəzəriyyə və praktikanın inkişafına öz təsirini göstərmişdir.
Didaktikanın inkişafında rus pedaqoqlarından K.D.Uşinskinin
(1824-1871) xidməti böyükdür. Onun “İnsan tərbiyənin obyekti ki-
mi. Pedaqoji antropologiya” adlı əsəri didaktik problemlərə həsr
olunmuş böyük tədqiqat əsəridir. Təlimin fəlsəfi, fizioloji, psixoloji,
məntiqi əsaslarını küll şəklində işləyən K.D.Uşinski olmuşdur.
Y.A.Komenskidən sonra didaktikanın bir elm kimi formalaşmasın-
da K.D.Uşinskinin rolu əvəzedilməzdir. O, özünün didaktik fikirlə-
rini məharətlə tərtib etdiyi “Uşaq aləmi” və “Vətən dili” dərsliklə-
rində nəzərə almışdır.
Antik dövrlərdən başlayaraq sosiallaşma ilə yanaşı, tədricən
təhsil sistemində son məqsəd kimi şəxsiyyətyönümlü məzmun da öz
əksini tapır. XX əsrin birinci yarısından başlayaraq Qərbdə pedaqoji
axtarışlar bu istiqamətdə fəallaşır (R.Şteyner, M.Montessari, S.Fre-
ne). Təhsilin yeni məqsədləri, məzmunu, forma, metod və vasitələri
246
ilə bağlı olan bu proses pedaqoji axtarışların nəticələri kimi, şəx-
siyyətin səviyyəsinə müvafiq olaraq yeni sosial tələblərə deyil, həm
də geniş mənada insana istiqamətləşdirilmiş forma olmağa başlayır.
Beləliklə, pedaqoji paradiqmaların yeni axtarışları bir-biri ilə əks
qarşılıqlı iki tendensiyanın – təhsil sferasının fərdi və sosial yönüm-
lü ideayaların təsdiqi və araşdırılması kontekstində aparılır. Sosi-
allaşdırma və fərdiləşdirmə kimi bir-birinə əks yönümlərin təhsildə
meydana gələn yeni məqsədlər kimi formalaşmasına səbəb olur.
Nəzəriyyəçilər şəxsiyyətin psixi inkişafı ilə təlimin əlaqəsini
müxtəlif cür izah edirlər:
-
müstəqil proses kimi psixi inkişafın nəticələri təlim və tərbi-
yədə istifadə olunur;
-
inkişaf, onunla birlikdə təlim və tərbiyənin məzmunu, dəqiq
xarakteri vəziyyətdən asılı olaraq dəyişir;
-
inkişaf təlimdə yeni texnologiyaların tətbiqini reallaşdırır,
təlim prosesi də öz növbəsində inkişafı stimullaşdırıb irəli aparır.
XX əsrin əvvəllərində təhsilin məzmununda artıq bir-biri ilə
əks mövqedə duran iki - formal və maddi təhsil konsepsiyaları for-
malaşmağa başlamışdı. Formal təhsil konsepsiyası (Hegel təhsil
ənənəsi) şagirdlərin ümumi qabiliyyətlərinin, onların təxəyyülü, tə-
fəkkür və yaddaşlarının inkişaf etməsinə daha çox diqqət yetirir.
Maddi təhsil konsepsiyası (C.Dyui) isə təhsil materialının seçilmə-
sində kriteriya kimi onun vacibliyini və sonrakı həyatda lazımlılığı-
nı əsas götürür.
Didaktikanın inkişafında, müasir təlim, təhsil və tərbiyə mo-
dellərinin formalaşmasında Con Dyuinin təlim sistemi müəyyən rol
oynamışdır. 1895-ci ildə Çikaqo məktəblərinin birində öz eksperi-
mentini başlayan C.Dyui diqqəti şagirdlərin şəxsi fəallığının inkişa-
fına vermişdir. O, müəyyən etmişdir ki, məktəblilərin maraqlarını,
həyati tələbatlarını nəzərə almaqla qurulan təlim yadda saxlamaya
əsaslanan verbal (söz, kitab) təlimə nisbətən daha yaxşı nəticələr ve-
rir. Bu konsepsiyanın mahiyyəti belədir: insan çətinliklərlə rastla-
şanda düşünməyə, fikirləşməyə başlayır. Həmin çətinlikləri aradan
qaldırmaq onun üçün mühüm əhəmiyyət kəsb edir.
C.Dyuinin fikrincə, düzgün təşkil olunmuş təlim problemli ol-
malıdır. Müəllim şagirdlərin maraqlarının inkişafına diqqətlə nəza-
247
rət etməli, onların gücünə müvafiq problemlər qoymalıdır. Şagirdlər
öz növbəsində əmin olmalıdırlar ki, onlar problemi həll etməklə öz-
ləri üçün yeni və faydalı biliklər kəşf edərlər.
İ.F.Herbartın “ənənəvi” sistemi ilə müqayisədə C.Dyui daha
cəsarətli yeniliklər təklif etmişdir. C.Dyuinin sistemində kitabdan
oxumaq əvəzinə əsasını şagirdlərin şəxsi idrak fəaliyyəti təşkil edən
fəal öyrənmə prinsipi, hazır bilikləri verən müəllimin yerini şagird-
lərə çətinlikləri aradan qaldırmaqda kömək edən müəllim tutmuş,
hamı üçün stabil tədris proqramları əvəzinə təxmini proqramlar tət-
biq olunmuş, şifahi və yazılı sorğunun yerini nəzəri və praktiki məş-
ğələlər əvəzləmişdir. Şagirdlərin müstəqil tədqiqat işinə sözügedən
təlim sistemində önəm verilmişdir.
Ə.Paşayev və F.Rüstəmov haqlı olaraq qeyd edirlər ki, bir çox
sahələrdə yenilikçi xarakter daşımasına baxmayaraq C.Dyuinin tə-
lim nəzəriyyəsi də nöqsanlardan azad deyildi. Odur ki, C.Dyuinin
“təlim prosesini ancaq problemli qurmaq”, İ.F.Herbartın “təlim pro-
sesini ancaq verbal metodlarla qurmaq” fikirləri pedaqoji praktikada
tam uğur qazana bilmədi. C.Dyuinin mütərəqqi didaktikasının məh-
dudluğu onda idi ki, şagirdlər biliklərin möhkəmləndirilməsi prose-
sində iştirak etmirdilər. Bütün şagirdlər üçün ümumi olan proqram-
ları əvəz edən natamam “layihələr” və kurslar təlimdə nə varisliyi,
nə də sistematikliyi təmin edə bilirdi .
İ.F.Herbartın və C.Dyuinin didaktik sistemlərinin təhlili gös-
tərir ki, onlar sürətlə inkişaf edən həyatın tələblərinə tam cavab ver-
məmişlər. Sonralar aparılan tədqiqatlar ənənəvi və mütərəqqi sis-
temlərin yaxşı cəhətlərini qoruyub saxlamışdır.
Didaktikada yeni istiqamətlər içərisində məşhur Amerika psi-
xoloqu və pedaqoqu Ceron Brunerin işləyib hazırladığı “kəşflər et-
mək yolu” ilə öyrətmək konsepsiyası diqqətəlayiqdir. Bu konsepsi-
yaya görə, şagirdlər öz kəşfləri ilə dünyanı dərk etməli, biliklərə yi-
yələnməlidirlər. Belə kəşflər şagirdlərdən əqli qüvvələrin gərginliyi-
ni tələb edir və məhsuldar təfəkkürün inkişafına olduqca səmərəli
təsir göstərir. C.Brunerə görə, yaradıcı təlimin əlaməti təkcə müəy-
yən mövzu üzrə biliklərin toplanması və qiymətləndirilməsi, bunun
əsasında müvafiq ümumiləşmələrin aparılması deyil, həm də öyrə-
nilən materialın çərçivəsindən kənara çıxan qanunauyğunluqların
Dostları ilə paylaş: |