236
Təlim-tərbiyə prosesinin optimallaşdırılması o zaman müm-
kündür ki, pedaqoq əsas pedaqoji bilik və bacarıqlara, pedaqogika-
nın müəyyən etdiyi aparıcı qanunauyğunluqlarına və prinsiplərinə,
kollektiv, qrup və fərdi fəaliyyətin təşkili texnologiyasına yiyələn-
miş olsun, təhsilin, tərbiyənin və inkişafın vəzifələrini başa düşsün.
Ancaq bu da həqiqətdir ki, bütövlükdə sistemi və onun hər bir
elementini bilməklə optimal variantı seçmək olar. Əgər belə olmasa
onda optimallıq ideyası həddindən artıq mürəkkəb bir şey hesab
olunar, öz əhəmiyyətini itirər. Optimallaşdırma həm də qabaqcıl
müəllimlərin təcrübəsinə istinad edir. Lakin onunla məhdudlaşmır.
Tədqiqatlar göstərir ki, təlim-tərbiyə prosesini müvəffəqiyyətlə opti-
mallaşdırmaq üçün müəllim aşağıdakı şəxsi keyfiyyətlərə malik
olmalıdır: 1) yaradıcı təfəkkür üslubuna; 2) təfəkkür çevikliyinə;
3) təfəkkür konkretliyinə; 4) təfəkkür sistemliliyinə; 5) qərarlar qə-
bul edən və fəaliyyət göstərən zaman həddi gözləmək qabiliyyətinə;
6) daha tez ünsiyyətə girmək və pedaqoji taktı gözləmək bacarığına.
Ümumiyyətlə, təlim-tərbiyə prosesinin optimallaşdırılması
metodikasını bilmək hər bir müəllim üçün zəruri və vacibdir.
Suallar və tapşırıqlar
1.“Pedaqoji proses” anlayışının təbiətini açan əsas xüsusiyyətləri
göstərin.
2. Pedaqoji prosesin “sistem” anlayışı vasitəsi ilə interpretasiya
edin.
3. Pedaqoji prosesin daxili və xarici ziddiyyətlərini fərqləndirin.
4. Pedaqoji prosesin qanunauyğunluqları barədə danışın.
5. Pedaqoji prosesin prinsipləri barədə nə deyə bilərsiniz?
6. Pedaqoji texnologiya nədir?
7. Pedaqoji prosesin texnoloji əsasları barədə şərh verin.
8. Pedaqoji prosesin mərhələlərini fərqləndirin.
9. Pedaqoji ünsiyyət barədə fikrinizi təqdim edin.
10. “Pedaqoji innovasiyalar” deyərkən nəyi nəzərdə tutursunuz?
11. “Pedaqoji sistemin optimallaşdırılması” nə deməkdir?
237
Ədəbiyyat
1. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu,
2006, 138 səh.
2. Ağayev Ə.Ə. Yeni təlim metod və texnologiyalarından istifadə-
nin nəzəri və praktik məsələləri // ARTPİ-nin “Elmi əsərləri”, Bakı, 2006.
3. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989,
səh. 441-448.
4. Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspekt-
ləri. Bakı: Maarif, 1983.
5. Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prin-
sipləri. Bakı: Maarif, 1993, səh. 20-22.
6. Həsənov M.M., Bəhmənova C. İbtidai siniflərdə fəal və interaktiv
metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait). Bakı:
ADPU, 2009.
7. İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı:
Mütərcim, 2010, səh. 83-99.
8. Kazımov N.M., Həşimov Ə.Ş. Pedaqogika. Bakı: Maarif, 1996,
səh. 28-51.
9. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı, 2003.
10. Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə pro-
sesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982.
11. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji
texnologiyalar. Bakı: Mütərcim, 2006, səh. 10-11; 23-24; 339-340.
12. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı: BDU nəşriyyatı, 1990.
13. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007,
səh 95-106.
14. Zeynalov Z. Müəllim pedaqoji prosesin idarəedicisi və təşkilat-
çısıdır // “Fizika, riyaziyyat, informatika tədrisi”, Bakı №4, 2003.
15. Аверьянов А.Н. Системное познание мира. – М.: Наука,
1985, стр. 21-26.
16. Блинов В.М., Краевски В.В. О некоторых закономерностях
методики как наука // «Советская педагогика», 1964, №4.
239
DİDAKTİKA:
TƏHSİL VƏ TƏLİM
HAQQINDA NƏZƏRİYYƏ
240
VII fəsil
DİDAKTİKA TƏHSİL VƏ TƏLİM HAQQINDA
NƏZƏRİYYƏDİR
Əhatə olunan məsələlər:
7.1. Didaktika anlayışına verilən şərhlər.
7.2. Didaktikanın inkişafı.
7.3. Didaktikanın qolları və əsas anlayışları.
7.4. Didaktika və idrak nəzəriyyəsi.
7.5. Didaktikanın problemləri.
241
7.1. Didaktika anlayışına verilən şərhlər
“Didaktika” termini pedaqogika elminə XVII əsrdə daxil ol-
muşdur. Didaktika yunan sözü olub, hərfi mənası “öyrədirəm” de-
məkdir. Bu termin ilk dəfə alman pedaqoqu Volfranq Ratke (1571-
1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) tərəfin-
dən işlədilmişdir. Müxtəlif müəlliflər didaktikanın məzmununu
fərqli izah etmişdir. V.Ratkenin fikrincə, didaktika elmləri, dilləri
və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskiyə görə, didakti-
ka hər şeyi hamıya öyrətmək sənətidir. Didaktikanı bəzi müəlliflər
təhsil nəzəriyyəsi, bəzi müəlliflər isə təlim nəzəriyyəsi kimi izah et-
mişlər. Məsələn, Almaniyada Otto Vilman didaktikanı təhsil nəzə-
riyyəsi, Fridrex Paulsen təlim nəzəriyyəsi kimi təqdim etmişdir. Ru-
siyada Pyotr Kapterov didaktikanın təhsil nəzəriyyəsi, Mixail Dem-
kov isə təlim nəzəriyyəsi olduğunu bildirmişdir. Y.Talıbov, Ə.Ağa-
yev, A.Eminov, İ.İsayev tərəfindən hazırlanmış “Pedaqogika” kita-
bında (Bakı, 2003) oxuyuruq: “Didaktika təlim və təhsil nəzəriyyəsi
olub təlim prosesinin mahiyyətini, məzmununu, prinsiplərini, me-
todlarını, təşkili formalarını, habelə şagirdlərin təlim müvəffəqiyyə-
tinin qiymətləndirilməsi məsələlərini, qanunauyğunluqlarını, müəl-
lim və şagirdlərin fəaliyyətini, onların vəzifələrini, təlim prosesinin
iştirakçıları kimi onların arasındakı münasibətləri öyrənir”.
7.2. Didaktikanın inkişafı
Didaktikanın “Nə öyrətməli?”, “Necə öyrətməli?” kimi baş-
lıca suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində, ata-
lar sözləri və zərbil-məsəllərdə, nağıl və dastanlarda tapmaq müm-
kündür. Didaktik məsələlərə Sokrat, Platon, Aristotel, Seneka, Sise-
ron, Nizami, Rable, Monten, Ə.Təbrizi, Ə.Marağalı, Farabi, Bəh-
mənyar, Nəsirəddin Tusi, Y.A.Komenski, İ.H.Pestalotsi, J.J.Russo,
İ.F.Herbart, K.D.Uşinski, M.F.Axundov, H.B.Zərdabi, Con Dyui,
G.Kerşenşteyner, A.Disterveq, Ceron Bruner və bir çox başqaları
diqqət yetirmiş və faydalı fikirlər söyləmişlər.
Dostları ilə paylaş: |