224
məsi ilə bağlı xarici və daxili təsirlərin məcmusudur. Burada müəl-
lim şəxsiyyəti özünü tamamilə təzahür etdirir. Pedaqoji texno-lo-
giyaların tədris və tərbiyə işinin metodikasından fərqi də bundan
ibarətdir.
Pedaqoji texnologiyalar təlim texnologiyaları və tərbiyə tex-
nologiyaları kimi təqdim oluna bilər. Bu texnologiyaların ən əsas
əlamətləri aşağıdakılardır:
1. Texnologiya konkret pedaqoji plan üçün işlənib hazırlanır.
Məsələn, biliklərin verilməsi prosesinin texnologiyası, şəxsiyyətin
inkişafı texnologiyası və s.
2. Pedaqoji işlərin, əməliyyatların, kommunikasiyaların texno-
loji ardıcıllığı ciddi surətdə məqsədəuyğun olaraq düzülür.
3. Texnologiya müəllimlə şagirdin qarşılıqlı fəaliyyətini nə-
zərdə tutur. Bu fəaliyyət fərdiləşdirmə və diferensiallaşdırma prin-
siplərini, insani və texniki imkanları, dioloji ünsiyyəti nəzərə al-
maqla, optimal şəkildə həyata keçirir.
4. Pedaqoji texnologiyanın elementləri hər bir müəllim tərə-
findən bir tərəfdən təkrar olunmalı, digər tərəfdən planlaşdırılan nə-
ticələrə (dövlət standartlarına) bütün şagirdlərin nail olmasını təmin
etməlidir.
Pedaqoji texnologiya pedaqoji ustalıqla qarşılıqlı əlaqədardır.
Pedaqoji texnologiyaya kamil yiyələnmək elə ustalığın özüdür.
Digər tərəfdən, pedaqoji ustalıq pedaqoji texnologiyaya yiyələnmə-
yin yüksək səviyyəsidir. Pedaqoqlar arasında belə bir fikir möhkəm-
lənmişdir: pedaqoji ustalıq sırf fərdidir, ona görə onu əldən-ələ ver-
mək olmaz. Texnologiya ilə ustalığın qarşılıqlı əlaqəsi açıq-aydın
göstərir ki, eyni bir texnologiya müxtəlif müəllimlər tərəfindən hə-
yata keçirilə bilər.
Ümumi və pedaqoji texnologiyaları fərqləndirmək olar. Ümu-
mi texnologiyalara aşağıdakılar aiddir: təlim prosesinin təşkili (qu-
rulması) və həyata keçirilməsi texnologiyaları. Xüsusi texnologi-
yalara: şagirdlərin fəaliyyətinin pedaqoji stimullaşdırılması texnolo-
giyası; stimullaşdırmanın nəticələrinə nəzarət və onu qiymətlən-
dirmə texnologiyası; tədris situasiyasının təhlili; dərsin başlanması-
nın təşkili və s. aiddir.
225
Beləliklə, pedaqoji prosesi bir sistem kimi işləyib hazırla-
yanda və həyata keçirəndə onun bütün komponentlərinin üzvi birli-
yini (vəhdətini) təmin etməyə çalışmaq lazımdır. Çünki bu kompo-
nentdən birində baş verən dəyişiklik avtomatik olaraq o birilərində
dəyişiklik əmələ gətirir. Metodikadan fərqli olaraq, pedaqoji texno-
logiya şagirdlərin fəaliyyətinin məzmunu və təşkili qaydalarını
(üsullarını) işləyib hazırlamağı nəzərdə tutur.
Texnologiya və fənlərin tədrisi metodikası arasında olan əla-
qələrin xüsusiyyətlərini də yeni yanaşmalar baxımından araşdırmaq
çox əhəmiyyətlidir. Məlumdur ki, hər hansı fənnin tədrisi metodi-
kası iki hissədən – xüsusi və ümumi metodikadan ibarətdir. Fənlərin
tədrisi metodikasına, sahələr üzrə makrotexnologiya kimi baxsaq,
ümumi metodika ümumdidaktik məzmuna malik olduğundan, ona
metatexnologiya kimi baxmaq lazımdır. Ona görə də “Metatex-
nologiya – sahələr üzrə makrotexnologiya – mezatexnologiya (lokal
– modul texnologiya)” məşhur “didaktika – ümumi metodika –
xüsusi tədris metodikası” triadasının iyerarxik strukturunu müəy-
yənləşdirməyə imkan verir. Deməli, fənnin metodikası – öyrənən-
lərə tədris olunan fənnin məzmununun, onun qanun və qanuna-
uyğunluqlarının öyrədilməsi və qazanılmış bilik və bacarıqların
həyatda, əməli fəaliyyətdə tətbiqi üçün müvafiq vərdişlərin aşılan-
ması, keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili üçün pedaqogika,
psixologiya elmlərinin əsaslarından istifadə olunaraq tətbiq olunan
xüsusi yanaşmalardır. Fənnin tədrisi metodikası, eyni zamanda
müxtəlif formalı dərslərin və tədbirlərin təşkili və keçirilməsi meto-
dikasını, şəxsiyyətin idraki qabiliyyətinin formalaşmasını, bilik, ba-
carıq və vərdişlərin qazanılmasını, estetik və mənəvi, yaradıcılıq və
şəxsin özünüidarəetmə keyfiyyətlərini, fiziki inkişafın təmin olun-
masında tətbiq olunan xüsusi metodikaları da özündə birləşdirir.
Belə müxtəlif yanaşmalar və baxışlar bəzən metodikanı tex-
nologiyanın tərkibinə daxil etməyə, bəzən isə əksinə, hər hansı bir
texnologiyanı tədris metodikasının tərkibinə daxil etməyə imkan
verir. Məsələn, fizikada təcrübə xətalarının hesablanma metodikası
laboratoriya işlərinin yerinə yetirilməsi prosesinin tərkibinə daxil
edilsə də, laboratoriya işlərinin aparılması texnologiyasına həmin
fənnin tədrisi metodikasının tərkib hissəsi kimi baxmaq lazımdır .
226
Pedaqoji texnologiya məktəblilərin şəxsiyyətinin inkişafına
yönəldilmiş pedaqoji prosesə obyektiv nəzarəti tələb edir.
Pedaqoji prosesin təşkili texnologiyası prosesin müvəffə-
qiyyətlə keçməsinin həlledici şərtlərindən biridir. Buraya fəaliyyətin
təhlili, diaqnostikası, proqnozun müəyyənləşdirilməsi və layihənin
işlənib hazırlanması daxildir.
Pedaqoji prosesin təşkili texnologiyası özü bir-birilə vəhdətdə
olan üç texnologiyadan ibarətdir:
1)
məzmunun yaradılması texnologiyası;
2)
maddi vasitələr texnologiyası;
3)
fəaliyyətin texnologiyası.
Bu üç texnologiya bir-birindən öz predmetlərinə görə fərq-
lənir. Hər üç texnologiyada müəllim ardıcıl olaraq analitik, proq-
nozlaşdırma və layihələşdirmə fəaliyyətini həyata keçirir. Bu üç
məfhumun (analiz (diaqnoz), proqnoz, layihə) ayrılmaz birliyi hər
hansı bir pedaqoji vəzifənin həllində özünü göstərir. Strateji, taktiki
və operativ vəzifələrin həllərinin məhsuldarlığı texnologiyanın təş-
kili keyfiyyəti ilə şərtlənir. Pedaqoji prosesin texnologiyası yalnız
müəllimi deyil, həm də şagirdləri nəzərə almaqla yaradılmalı və
həyata keçirilməlidir. Pedaqoji prosesin bilavasitə həyata keçiril-
məsi texnologiyasını aşağıdakı kimi təsəvvür etmək olar:
1)
informasiyanı vermək texnologiyası;
2)
tədris-idrak fəaliyyətinin və digər inkişafetdirici fəaliyyət
növlərinin təşkili texnologiyası;
3)
şagirdlərin fəallığının stimullaşdırılması texnologiyası;
4)
pedaqoji prosesin gedişinin tənzimlənməsi texnologiyası;
5)
pedaqoji prosesə cari nəzarətin həyata keçirilməsi
texnologiyası.
Təhsil və tərbiyə texnologiyalarında iştirak edən bütün kom-
ponentlər – məqsəd, vəzifə, məzmun, metod, vasitə, forma – öz
funksiyalarını daim müasirləşdirməyə möhtacdır. Məqsəd üç pillə-
lidir: məxsusi, ümumi, ən ümumi. Məxsusi və ümumi ən ümuminin
həyata keçirilməsinə xidmət göstərir. Ona görə də onlar daha
mütəhərrik olurlar. Vəzifə bir neçə toplanandan ibarətdir: 1) bilik,
bacarıq və vərdişlər vermək; 2) təmiz əxlaqlı, saf mənəviyyatlı, əda-
lətli, səxavətli, sadə insanlar yetişdirmək; 3) böyüyən nəsli hərtərəf-
Dostları ilə paylaş: |