218
6.5. Pedaqoji prosesin mərhələləri
Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro-
seslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prose-
sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin
üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə
tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yara-
dılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya
məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz-
laşdırılması, prosesin inkişafının planlaşdırılması və s.
Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil siste-
minin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə
çevirmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və
konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sis-
temi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji
məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin
konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaş-
dırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur.
Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaqnostikasız
müəyyən etmək mümkün deyil. Pedaqoji diaqnostika pedaqoji prose-
sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparı-
lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail
olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəv-
vür əldə etməkdir. Diaqnostika prosesində pedaqoq və şagirdlərin
real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi
şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün infor-
masiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticə-
ləri proqnozlaşdırılır. Proqnozlaşdırmanın mahiyyəti ondan ibarətdir
ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə
ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proqnozlaşdırma
mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prose-
sin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxara-
cağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə
etmək imkanı qazanırlar .
219
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm
elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sistem-
lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı elementləri
vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olun-
ması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; peda-
qoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əl-
verişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq
üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji prosesin digər
proseslərlə əlaqəsini təmin etmək. Pedaqoji prosesin səmərəliliyi bu
elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onların istiqaməti-
nin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə
zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mər-
hələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək
üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə
idarə etmək üçün əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki,
pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzimləyən sistemdir,
çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə imka-
nına malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin
yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək
edir.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili
ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm
nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi
təhlil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm
şərtidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun
gəlmirsə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-
yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-
tikasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır.
Belə proses şagirdlərin vaxtını almaq, marağını itirməkdən başqa
heç bir şey vermir.
220
6.6. Pedaqoji prosesin texnoloji əsasları
ASE-də belə göstərilir: “Texnologiya yunan sözü olub (yunan-
ca techno – sənət, ustalıq, bacarıq, logos isə elm-nəzəriyyə mənala-
rını verir), istehsal prosesində hazır məhsul almaq üçün işlədilən
xammal, material və yarımfabrikatların emalı, hazırlanması, aqreqat
halının xassələrinin, formasının dəyişdirilməsi metodlarının məc-
musu başa düşülür”
1
.
Aparılan təcrübələrin nəticəsi kimi belə bir fikir formalaş-
mışdır ki, ümumtəhsil sisteminin inkişaf istiqamətlərinin baş strate-
giyası şagird şəxsiyyətinin diqqət mərkəzində dayanmasından, təh-
sil prosesində pedaqoqun, psixoloqun şagirdə münasibətini dəyiş-
məsindən, şagirdi mərkəzdə duran subyekt kimi görməsindən iba-
rətdir. Heç də təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrdə təhsil
“şagird – dərslik – müəllim” sistemində qurulmuşdur. Bu baxımdan
aparılan tədqiqat işləri, öyrənilən qabaqcıl təcrübələr ilk növbədə
təlim-tərbiyə prosesinin təşkilati-struktur vahidi olan dərsin keyfiy-
yətinin yüksəldilməsinə, dərsə verilən yeni tələblərin həyata keçiril-
məsinə yönəlməlidir. Dərsin yeniləşməsi yeni texnologiyaların pro-
sesə tətbiqindən əsaslı surətdə asılıdır .
Tədris prosesində texniki vasitələrdən istifadə zəminində əv-
vəlcə təlimin texnologiyası anlayışı yaranmış, bu yanaşma tərbiyə
sahəsinə nüfuz etmiş, getdikcə pedaqogikaya pedaqoji texnologiya
kimi daxil olmuşdur. Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət
etibarı ilə təlim-tərbiyə prosesinin layihələndirilməsinin sistemli
metodu kimi səciyyələndirilir. V.T.Lixaçova görə, pedaqoji tex-
nologiya təlim-tərbiyə vasitələrinin pedaqoji-psixoloji quruluşunun
forma, metod, üsul və yollarının məcmusu olub pedaqoji prosesin
təşkilati metodik alətidir. V.P.Bespalko pedaqoji texnologiyanı təd-
ris prosesinin reallaşdırılmasının texniki məzmunu hesab edir.
İ.P.Volxov pedaqoji texnologiya təlimdə əldə olunmuş yüksək nəti-
cələri planlaşdırma prosesinin təsviri kimi baxır. V.M.Monaxov isə
pedaqoji texnologiyaya təlim prosesinin layihələndirilməsi, təşkili
1
Bax: ASE, Bakı, ASE-nin Baş redaksiyası, 1986, səh 221.
Dostları ilə paylaş: |