209
6.3. Pedaqoji prosesin qanunauyğunluqları
Pedaqoji prosesin əsasında duran qanunauyğunluqlar nə qədər
çox aşkara çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin
səmərəsi bir o qədər artıb, subyektivlik halları bir o qədər azalır. Bu
həqiqəti hər kəs gündəlik pedaqoji təcrübəsində aydın şəkildə hiss
etməmiş deyildir. Pedaqoji elmin yetkinlik dərəcəsi həm də onun
müəyyənləşdirdiyi qanunauyğunluqlarla ölçülür.
Pedaqoji fikir klassiklərindən Y.A.Komenski, İ.H.Pestalotsi,
J.J.Russo, K.D.Uşinski, A.S.Makarenko və başqalarının əsərlərində
pedaqoji qanunauyğunluqlar məsələsinə toxunulmuşdur. Müasir
pedaqoqlar pedaqoji qanunauyğunluqların tədqiqinə dəyərli töhfələr
vermişdir. Buna baxmayaraq, hələ də problemin həllində xeyli ça-
tışmazlıq qalmaqdadır. Pedaqoji qanunauyğunluqları təlim-tərbiyə
prosesindən kənarda axtarmaq, eyni qanunauyğunluğu müxtəlif şə-
kildə ifadə etmək, prinsipi qanunauyğunluqlarla, qanunauyğunluğu
qanunla eyniləşdirmək və s. buna misal ola bilər. Bu cür nöqsanla-
rın iki əsas səbəbi vardır. Birincisi, pedaqoji hadisələrin özündəki
səbəb-nəticə əlaqələrinin mürəkkəbliyidir. Buna görə də pedaqoji
prosesdə cərəyan edən qanunauyğunluğu üzə çıxarmaq tədqiqat-çı-
dan böyük səriştə, onun öyrənilməsinə müxtəlif cəhətdən, həm də
sistemli yanaşma tələb edir. İkinci səbəbi pedaqoji prosesin qanu-
nauyğunluqlarını tədqiq etməyin metodoloji məsələlərinin zəif iş-
lənməsində axtarmaq lazımdır.
Təlim, tərbiyə, təhsil və inkişaf obyektiv prosesdir. Onlara xas
olan qanunauyğunluqlar da obyektivdir. Pedaqogika elmi obyektiv
proses olan təlim, tərbiyə, təhsil və inkişafın qanunauyğunluqlarını
öyrənir, üzə çıxarır, ifadə edir. Qanunauyğunluq anlayışı pedaqoji
hadisələr arasındakı obyektiv səbəb-nəticə əlaqələrinin mahiyyətini
geniş və dəqiq ifadə edir.
Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu an-
layışını “pedaqogikanın qanunauyğunluğu” və ya “metodikanın qa-
nunauyğunluğu” anlayışları ilə eyniləşdirmək hallarına da rast gəl-
mək olur. Halbuki, pedaqoji qanunauyğunluqları, yəni təlim, tərbi-
yə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi pedaqogika-
nın qanunauyğunluqları ilə eyniləşdirmək olmaz. Çünki birincilər
210
obyektiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pe-
daqogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qanuna-
uyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanu-
nauyğunluqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, bəzən nəinki
metodika sahəsində, hətta pedaqogika sahəsində də təlim və tərbi-
yənin qanunauyğunluqları pedaqogikanın qanunauyğunluqları ilə
eyniləşdirilir.
Pedaqoji qanunauyğunluqların məntiqi cəhətdən düzgün ifadəsi
təlim, tərbiyə və təhsil işində ondan səmərəli istifadə etməyin vacib
şərtlərindən biridir. Təəssüf ki, pedaqoji ədəbiyyatda bu cəhətdən də
aydınlıq azdır. Bəzi tədqiqatlarda pedaqoji qanunauyğunluq şərh
edilərkən hadisələr, səbəb və nəticələr arasındakı əlaqələr nəzərdən
qaçırılır. Pedaqoji qanunauyğunluğun elə ifadələri də var ki, səbəb və
nəticənin adları qeyd olunur, lakin aralarındakı əlaqənin mahiyyətinin
nədən ibarət olduğu göstərilmir. Bəzən də pedaqoji qanunauyğun-
luğun ifadəsində səbəb və nəticə asılılığı nəinki qeyd edilir, hətta bu
asılılığın qanunauyğun olduğu da əlavə olunur. Y.K.Babanskinin
redaksiyası altında çap olunan “Pedaqogika” vəsaitində sadalanan
qanunauyğunluqların hamısı belə ifadə olunmuşdur .
Pedaqoji qanunauyğunluğun ifadə formasındakı qüsurlar, onun
mahiyyətinin qeyri-dəqiq ifadəsi müəllimin və digər tərbiyəçilərin
işini asanlaşdırmır, qanunauyğunluğun əməli əhəmiyyəti, onun tətbiq
olunması imkanları azalır. Pedaqoji hadisələrdə səbəb və nəticənin
olduğu qanunauyğunluğun ifadəsində aydın əks olunmalıdır. Səbəb
və nəticə arasında əlaqələrin mahiyyəti də qanunauyğunluğun düzgün
ifadəsində nəzərə alınmalıdır. Qanunauyğunluğun düzgün ifadəsinə
aid bir misal gətirək: Uşaqların cəmiyyət üçün faydalı fəaliyyəti nə
qədər məqsədyönlü, onların ünsiyyəti nə qədər düzgün təşkil edilər-
sə, tərbiyə prosesi bir o qədər səmərəli cərəyan edir.
Pedaqoji qanunauyğunluqların cərəyan etdiyi sahənin hüdud-
larını dəqiq bilməyin də praktik əhəmiyyəti az deyildir. Bu məsələ
bir elm kimi pedaqogikanın tədqiqat obyekti ilə bağlıdır.
Pedaqoqların bir qismi pedaqoji qanunauyğunluqları insanın
mühitlə qarşılıqlı münasibətlərində axtarır. Onlar fikirlərini belə
əsaslandırmağa çalışırlar ki, uşaq yaşlı adamların həyat təcrübəsini
211
müşahidə edir, ətraf mühitlə müxtəlif münasibətlərdə olur və
beləliklə, müvafiq dəyişikliklərə uğrayır.
Bu mövqedə duran hər kəs pedaqoji qanunauyğunluqları
nəinki təlim-tərbiyə prosesində, yəni mütəşəkkil, məqsədyönlü və
planlı təsirlər sistemində, həm də mühit amillərinin təsiri prosesin-
də, yəni qeyri-mütəşəkkil, qeyri-planlı, qeyri-məqsədyönlü təsirlər
sistemində öyrənməli olar. Belə olduqda pedaqogika öz hüdudla-
rından çox kənara çıxar, digər elmlərin, o cümlədən sosiologiyanın
funksiyalarını da öz üzərinə götürər . Bir çox pedaqoqlar uşağın
münasibətlərini pedaqoji prosesin daxili, müəllimin və təcrübəçinin
fəaliyyətini isə onun xarici cəhəti adlandırırlar. Vahid pedaqoji
prosesi mexaniki şəkildə iki hissəyə ayırdıqda, birini xarici, digərini
isə daxili cəhət adlandırdıqda pedaqoji prosesin həqiqi qanunauy-
ğunluqlarını aşkara çıxarmaq işi çətinləşir.
Pedaqoji qanunauyğunluqları yalnız pedaqoji prosesdə, yəni
milyonlarla tərbiyəçi və tərbiyə olunanların, müəllim və şagirdlərin
birgə fəaliyyətində, təlim, tərbiyə, təhsil və inkişaf proseslərində
axtarmaq lazımdır. Bu zaman əlbəttə, pedaqoji qanunauyğunluq-
ların cərəyan etdiyi şərait unudulmamalıdır.
Pedaqoji mənbələrdə vurğulanır ki, pedaqoji prosesin həm
təlim üçün, həm də tərbiyə üçün ümumi qanunauyğunluqları vardır.
Bunlar aşağıdakılardır:
1. Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyi-
şikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh
verirlər ki, (qanunauyğunluq müvafiq ifadə tərzində təqdim olunma-
dığından) pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti
əvvəlki mərhələdəki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o
deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf
edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr
arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə
bir o qədər sanballı olar. Deməli, pillələr arasında yüksək nəticələri
olan şagird daha yüksək ümumi nailiyyətlər əldə edə bilər.
2. Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edən
amillərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf sə-
viyyəsi 1) irsiyyətdən, 2) təhsil-tərbiyə və təlim mühitindən, 3) tə-
Dostları ilə paylaş: |