197
mış nöqteyi-nəzərə görə, hissə sistemin tərkibinə daxil olan və nisbi
müstəqilliyə malik komponentdir, tam öz aralarında əlaqələnən his-
sələri əhatə edən ayrı-ayrı hissələrdə həmişə olmayan bəzi xassələrə
malik sistemdir.
Göründüyü kimi, tam və hissənin tərifində sistem anlayışından
istifadə edilib. Sistem ilə tam kimi, hissə ilə element bir-biri ilə
əlaqəli anlayışlardır. Burada etiraz doğurmayan belə bir nöqteyi-nə-
zəri də biz dəstəkləyirik ki, sistem həm elementləri, həm də ele-
mentlər arasındakı münasibəti ehtiva edən tamdır; sistemin element-
lərinin təbiətindən fikrən uzaqlaşıb əsas diqqəti bunlar arasındakı
münasibətə yönəltdikdə isə sistemin strukturu anlayışına gəlib çıxı-
rıq. Burada element tamın nisbi bölünməz hissəsi kimi çıxış edir.
Deməli, tam ilə hissənin qarşılıqlı əlaqəsi öz ifadəsini həm tamın
keyfiyyətinin onu təşkil edən hissələrin spesifik təbiətindən asılı-
lıqda, həm də bu hadisələrin keyfiyyətinin tamın spesifik təbiətin-
dən asılılıqda tapa bilir. Odur ki, tam və hissənin dialektik əlaqəsi
əslində tamın strukturunu təşkil edən əlaqədir və bu mənada struk-
tur tamın mühüm mövcudluq üsullarından biri kimi çıxış edir. Ta-
mın nisbi bölünməz hissəsi kimi çıxış edən elementlərin və bunların
münasibətlərinin üzvi vəhdəti sistem anlayışı ilə səciyyələnir. Başqa
sözlə, elementlər ilə strukturun dialektik vəhdəti sistem anlayışının
əsas əlaməti sayılır.
Məqsədimiz, əlbəttə, “sistem”, “element”, “struktur”, habelə
“tam” və “hissə” kateqoriyaları barədə gedən fəlsəfi münasibətləri
hərtərəfli təhlil etmək deyil. Amma söylədiklərimiz bu və ya digər
spesifik şəkildə pedaqoji prosesin özü və sahələri üçün metodoloji
əsas kimi qəbul edilə bilər. Burada, öncə, diqqəti nəzəri cəhət cəlb
edir ki, hər hansı bir hadisəni daha dərindən öyrənmək, onun inkişaf
qanunauyğunluqlarını aşkar etmək naminə bu hadisəni onu təşkil
edən komponentlərinə, mühüm və mühüm olmayan xassələrinə
ayırmaq və onları ayrı-ayrılıqda araşdırmaq vacib əhəmiyyət kəsb
edir. Elmi idrakda geniş yer tutan analiz metodu məhz tamın bu cür
hissələrə ayrılıb öyrənilməsi ilə bağlıdır. Adətən, analiz idrak pro-
sesinin başlanğıcı sayılır. Belə ki, hər hansı bir hadisəni öyrənmək
üçün onun yalnız ayrı-ayrı hissələrini öyrənmək heç də kifayət de-
yil. Bu hissələrin qarşılıqlı əlaqə və asılılıqlarını da öyrənmək, bu
198
hissələri bütövlükdə nəzərdən keçirmək, tamı öyrənmək gərəkdir ki,
bu da elmi idrakda analizin əksinə olan sintez metodu ilə bağlıdır.
Sistemin mahiyyəti onun struktur ilə funksiyası, yəni element-
lərin və onların davranışının, əlaqələrinin xarakterilə, obyektin şəra-
itlə əlaqəsinin spesifikliyi ilə müəyyən edilir. Sistemi təşkil edən
elementləri, bunların qarşılıqlı təsirini öyrənmədən buradakı davam-
lı, mühüm və zəruri əlaqələri ayırd etmək mümkün olmur. Element-
lərin belə davamlı, mühüm, zəruri olan qarşılıqlı təsiri məhz siste-
min strukturunu səciyyələndirir. Deməli, struktur elementlərin əla-
qələri qanunu, sistemin invariantı kimi çıxış edir. Elementlərin,
bunların əmələ gətirdiyi bütövlə, tamla əlaqəsini də öyrənmədən,
açmadan həm sistemin funksiyası, həm də hər bir elementin tama
nəzərən funksiyaları kölgədə qalır. Deməli, tam anlayışı sistemə nə-
zərən mənalanır, o, sistemin təşkilatlanmasıdır. Buradan aydın olur
ki, hər bir sistemin özünəməxsus strukturu və bu strukturun daşıyıcı
olduğu funksiyası var. Deməli, sistemə onun struktur və funksi-
yasının vəhdətindən ibarət tam kimi baxmaq olar. Sistemlər bir-
birindən təkcə struktur və funksiyalarına görə deyil, həm də başlıca
olaraq strukturla funksiyanın vəhdətinin necəliyi ilə, bu vəhdətin
xarakteri ilə fərqlənirlər.
Sistemin müəyyən edilməsi üçün ən azı aşağıdakı iki məqam
gərəkdir: a) tamdan hissəni fikrən seçib ayırd etmək; b) sistemə öz
elementlərinin üzvi əlaqəsi, toplusu və onların inteqrasiyası kimi
baxmaq. Bunlar ona görədir ki, əvvələn, prinsip etibarı ilə istənilən
sistem özündən daha yüksək, daha mürəkkəb tamlığa malik olan di-
gər sistemə element və altsistem kimi daxil olur. İkincisi də, bu pro-
sesdə sistemin ziddiyyətsizliyi və nisbiliyi kimi xüsusiyyətləri aşka-
ra çıxarır ki, məhz bu məqamda onun daha yüksək, daha təkmil sis-
temin elementi kimi çıxış etməsinə imkan yaranır. Hər bir sistem
özündən aşağı struktur səviyyə kimi olan sistemə nəzərən daha mü-
kəmməl sistem qismində çıxış edir.
Pedaqoji proses tam və mürəkkəb sistemdir. O həm də çoxlu
altsistemlərdən ibarətdir: təlim prosesi, təhsil-tərbiyə prosesi, for-
malaşma prosesi, inkişaf prosesi, müəllimlərlə şagirdlərin əməkdaş-
lığı prosesi, pedaqoji prosesin baş verdiyi şəraitlər sistemi, pedaqoji
prosesin həyata keçirilməsinin forma və metodları sistemi və s.
199
Bütövlükdə təhsil sistemi, o cümlədən, məktəb, sinif, tədris məşğə-
lələri hər biri ayrı-ayrılıqda pedaqoji prosesin altsistemləri kimi
çıxış edir. Bu altsistemlərdən hər biri müəyyən şəraitdə (təbii-coğ-
rafi, ictimai, istehsalat, mədəni) fəaliyyət göstərir. Hər bir sistemin
həm də spesifik şəraiti (məktəbin maddi-texniki bazası, sanitar-gigi-
yenik vəziyyəti, əxlaqi-psixoloji mühit, estetik tərtibatı və s.) vardır.
Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur. Bi-
rinci növbədə, şəxsiyyətin bütövlüyü ilə, təlimdə, tərbiyə və təhsildə
məqsəd və məzmunun vəhdəti ilə, hərəkətverici qüvvələrə və qanu-
nauyğunluqlara malik olması ilə tamlıq həyata keçir. Real həyatda
insan şəxsiyyəti hissə-hissə formalaşmır, onun əqli keyfiyyətləri əx-
laqi keyfiyyətlərindən ayrılıqda inkişaf etmir. Şəxsiyyəti səciyyələn-
dirən mənəvi keyfiyyətlər qarşılıqlı surətdə bir-birinə təsir göstərir,
biri digərinin formalaşmasını şərtləndirir. Burada pedaqoji prosesin
təşkilindən, onun necəliyindən, uşaq fəaliyyətinin müxtəlifliyi və ya
yeknəsəqliyindən çox şey asılıdır. Uşaq eyni zamanda zehni, fiziki
əməyə, bədii yaradıcılığa, idman fəaliyyətinə cəlb edilməklə onun
şəxsiyyətinin inkişafında ahəngdarlığı təmin etmək imkanı yaranır.
Göstərilən fəaliyyət növlərindən yalnız birinə uşaq aludə olduqda
onun mənəvi inkişafı birtərəfli istiqamət alır.
Pedaqoji prosesdə ictimai faydalı fəaliyyətin müxtəlifliyi uşaq
şəxsiyyətinin hərtərəfli inkişafı üçün başlıca şərtdir. Buna görə də
fəaliyyət növləri pedaqoji prosesdə əlaqələndirilir. Pedaqoji prose-
sin tamlığı nəinki ideya, əxlaq, estetik, əmək, fiziki, əqli tərbiyənin
vəhdəti ilə, həm də bunların hər birinin daxili ahəngdarlığı ilə izah
edilir. Məsələn, mənəvi inkişafın ahəngdarlığı biliklərin zənginliyi-
nə, mənəvi kamillik həvəsinə, geniş insani ünsiyyətə əsaslanan zeh-
ni inkişafı özündə birləşdirir; əxlaqi inkişaf cəmiyyətdə bərqərar
olan etika normalarına istinad edən dərin əxlaqi hisslərin və anlayış-
ların formalaşmasını nəzərdə tutur və s.
Pedaqoji prosesin tamlığı müxtəlif cəhətdən təmin olunur:
1) təhsil, təlim, tərbiyədə məqsəd və məzmunun eyni olması, hərə-
kətverici qüvvələrə və qanunauyğunluqlara malik olması ilə; 2) tə-
lim, təhsil, tərbiyənin prinsiplərində, metodlarında, təşkili formala-
rında ümumiliyin olması ilə. Bu ümumilik həmin proseslərin məq-
Dostları ilə paylaş: |