203
sistemlərin birliyində və bir-birinə tabeliyində, onlar üçün ümumi-
liyin və spesifikliyin qorunub saxlanmasında özünü göstərir.
Tam pedaqoji prosesə daxil olan təlimdə əsas məqsəd yalnız
şagirdlərin bilikləri mənimsəmələrini təmin etməkdən ibarət deyil,
həm də öyrədilən biliklər vasitəsi ilə şagirdləri məqsədyönlü ictimai-
faydalı fəaliyyətə sövq etmək, çətinlikləri və maneələri şüurlu və tə-
kidlə aradan qaldırmaq bacarığını onlarda formalaşdırmaq, şagird
şəxsiyyətinin bütövlüyünə şərait yaratmaqdır. Tərbiyə də təlim kimi
üç funksiyanı – sırf tərbiyəvi, öyrədici və inkişaf etdirici funksiyanı
yerinə yetirir. Təlim prosesində elmi anlayışların, təsəvvürlərin, qa-
nun və nəzəriyyələrin, bacarıq və vərdişlərin formalaşması, tərbiyə
prosesində isə əxlaqi, ideya, estetik və s. keyfiyyətlərin, qaydaların,
ideyaların, ictimai mənalı münasibətlərin, davranışların formalaşması
üstünlük təşkil edir. Təlim və tərbiyə uşaqların psixi inkişafını
şərtləndirdiyi kimi, inkişaf da öz növbəsində təlim və tərbiyənin
müvəffəqiyyətinə imkan verir. Tam pedaqoji prosesə daxil olan pro-
seslərin spesifikliyi onun əsas funksiyalarını müəyyənləşdirən zaman
özünü göstərir. Təlim prosesinin əsas funksiyası öyrətmək, təhsil pro-
sesinin əsas funksiyası təhsil almaq, tərbiyə prosesinin əsas funk-
siyası tərbiyə etmək, inkişaf prosesinin əsas funksiyası isə inkişaf et-
dirməkdir. Adı çəkilən proseslərin hər biri tam pedaqoji prosesdə
digər funksiyaları da yerinə yetirir: təhsil təkcə təhsilalma funksiyası-
nı yox, həm də tərbiyəedici, həm də inkişafetdirici funksiyasını da
yerinə yetirir. Təlim isə həm təhsilləndirici, həm tərbiyəedici, həm
inkişafetdirici, həm nəzarətedici funksiyanı yerinə yetirir və s.
Qarşılıqlı əlaqələrin dialektikası özünü bir-biri ilə bağlı həyata
keçirilən proseslərin məqsədində, vəzifələrində, məzmununda, forma
və metodlarında göstərir. Həmin prosesləri təhlil edən zaman əsas
məqsədi təhlilə cəlb olunan prosesin spesifik cəhətlərindən fərqlən-
dirmək lazım gəlir. Təlim prosesində elmi anlayışların, qanun və nə-
zəriyyələrin, bacarıq və vərdişlərin formalaşdırılması üstünlük təşkil
edir. Onlar şəxsiyyətin təhsil-tərbiyəsinə və inkişafına böyük təsir
göstərir. Sinifdənxaric və məktəbdənkənar iş prosesində isə əxlaqi
keyfiyyətlərin, əqidələrin, normaların, qaydaların, idealların, qiymət-
ləndirmə oriyentasiyasının formalaşdırılması üstünlük təşkil edir. Bu
zaman həm də təsəvvürlər, bilik və bacarıqlar formalaşır. Beləliklə,
204
hər iki prosesdə başlıca məqsəd – şəxsiyyətin formalaşmasına xidmət
etməkdir. Lakin o proseslərdən hər biri özünə xas olan vasitələrlə
məqsədə nail olmağa kömək edir.
Proseslərin spesifikliyi məqsədə nail olmaq üçün seçilən forma
və metodlarda özünü göstərir. Əgər təlimdə daha çox sinif-dərs iş
formasından istifadə olunursa, sinifdənxaric və məktəbdənkənar təh-
sil-tərbiyə işində müxtəlif xarakterli formalar üstünlük təşkil edir.
Məqsədə nail olmaq metodları eynidir, amma nəzarət və özünənəza-
rət metodları bir-birindən fərqlənir. Məsələn, təlimdə mütləq şifahi
sorğu, frontal sorğu, yoxlama yazı işləri, imtahanlar tətbiq olunur.
Sinifdənxaric və məktəbdənkənar işlərin nəticələrini öyrənmək üçün
müəllimlər şagirdlərin fəaliyyətinə və davranışına nəzarət edir, icti-
mai rəyi araşdırır, bilvasitə və bilavasitə informasiya toplayırlar.
Təlim və tərbiyə üsullarındakı ümumilik pedaqoji-prosesin tam-
lığını təmin edən mühüm amillərdəndir. Yeni tədris materialının
qavranılmasına xidmət edən mühazirə, müsahibə, və s. üsullar tərbiyə
işində tətbiq edilən inandırma üsulları ilə həmahəngdir. Uyğunluq nə-
inki həmin üsulların adlarında, həm də məqsədlərində və tətbiqi me-
todikalarında aydın duyulur. Tərbiyə işində müsahibə, mühazirə, dis-
put və s. kimi inandırma üsullarından istifadə edilir. Birinci halda, yə-
ni təlimdə şagirdlər əsasən konkret biliklərə, ikinci halda isə müəyyən
əxlaqi, siyasi, estetik, fiziki və s. keyfiyyətlər haqqında anlayışlara
yiyələnirlər. Birinci halda şagird əldə etdiyi nəticəni bilavasitə sezir;
ikinci halda isə o, tərbiyəvi nəticəni bilavasitə duymaya bilər. Bu fikri
problem situasiyasında belə əyaniləşdirmək olar. Müəllimin vəzifəsi
şagirdləri problemin həllinə yönəltməkdən, şagirdləri müstəqil düşün-
məyə təhrik etməkdən və problemin həllini onların amalına çevir-
məkdən ibarətdir. Nəticəni dərsdə tapan şagird hətta sevinir və eyni
xarakterli digər situasiyalardan baş çıxara bilir.
Tərbiyə işində problem situasiyasının təşkili və həlli prosesi
nisbətən mürəkkəbdir. Bu mürəkkəblik, hər şeydən əvvəl, həyatın
özündəki rəngarənglikdən irəli gəlir. Çünki konkret əxlaqi, hüquqi və
ya estetik situasiyadan şagirdin çıxardığı nəticə həyatda hər gün rast-
laşdığı digər hallardan baş açmaqda onun karına gəlməyə bilir: əxlaqi
hadisələr çox zaman eyni məzmunda təkrar olunmur. Odur ki, şagird
əxlaqlılığın meyarını, norma və qaydalarını da mənimsəməlidir ki,
205
müxtəlif həyat situasiyalarında onları nəzərə ala və davranışının
necəliyini təyin edə bilsin.
Təlim və tərbiyənin vəhdəti praktik üsullarda açıq görünür.
Praktik üsullar, xüsusən müstəqil işlərin müxtəlif formaları, növləri
təlimdə də, tərbiyədə də tətbiq olunur. İstər təlimdə, istərsə də tərbi-
yədə şagirdlərin müstəqil işlərinin təşkili zamanı bəzən əməli işin
müvəffəqiyyətli icrası üçün zəruri olan bacarıq və vərdişlərə nis-
bətən adi iradi səyə, məqsəd yolunda göstərilməli olan cəhdə çox
ehtiyac duyulur.
Təlim və tərbiyənin özlərinə məxsus spesifik xüsusiyyətləri və
vəzifələri olsa da, hər ikisi şagird şəxsiyyətinin vəhdətdə formalaşma-
sına xidmət edir. Psixi proseslərin formalaşmasında təlim və tərbiyə
funksiyalarını yalnız ayırmaqla kifayətlənmək olmaz. “Bəzi pedaqoq-
lar güman edirlər ki, təlim şagirdlərdə elmi anlayışları – məfhumları
formalaşdırır və buna görə də onlarda nəzəri təfəkkürü inkişaf etdirir.
Bu fikri əsas götürən fənn müəllimləri təlim zamanı şagirdlərin psi-
xoloji inkişafına ciddi ziyan vururlar.”
Çünki onlar dərsi anlayışlar zəminində qurmağa çalışır, mən-
tiqi mühakimələrə uyur, təxəyyülün, emosionallığın, digər psixoloji
keyfiyyətlərin zəruriliyini isə unudurlar. Halbuki, təlimin müvəffə-
qiyyəti üçün digər psixoloji inkişaf məntiqi təfəkkürün inkişafı qə-
dər zəruridir.
Nəzərə alınmalıdır ki, məntiqi təfəkkür digər psixoloji proses-
lərdən ayrılıqda cərəyan edən müstəqil proses deyil. Bir çox elmi
kəşflər obrazlı təfəkkürsüz, canlı təxəyyülsüz açıla bilməzdi. Gözlə
görülməsi mümkün olmayan mikroaləmin obrazı məhz xəyalda ya-
radılır və nəzəri təfəkkür süzgəcindən keçirilir. Təlimdə bunu unut-
maq olmaz. Təlim zamanı nəzəri təfəkkürü təxəyyüldən ayırmaq
düzgün olmadığı kimi, bunların hər ikisini nitqdən təcrid etmək
uğursuzluqla nəticələnir. Nəzəri və obrazlı təfəkkürün, təxəyyülün
nitqlə qarşılıqlı əlaqədə işlədilməsi təlim və tərbiyədə müvəffəqiy-
yət üçün özül olur. Həm məfhumlarla, həm də obrazlarla düşünüb-
daşınmağa alışan şagirdin mənəvi qüvvələri, o cümlədən iradəsi
daim səfərbər olunur. O, pedaqoji prosesdə asanlıqla irəliləyirlər və
buna görə də sevinc hissi keçirir. Təlim və tərbiyə zamanı yaranan
Dostları ilə paylaş: |