194
6.1. Pedaqoji proses haqqında ümumi anlayış
6.1.1. “Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbi-
yə” anlayışlarının qarşılıqlı səciyyəsi
“Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatda əsasən belə
təqdim olunur: Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə
şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı tə-
sir qabaqcadan nəzərdə tutulmuş şəkildə şagirdlərin vəziyyətinin,
xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa sözlə de-
sək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin key-
fiyyətinə çevrilir.
Professor B.A.Əhmədov göstərir ki, “harada ki, təcrübənin
verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji
proses isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə
təcrübənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə özünü
göstərən pedaqoji gerçəkliyi əhatə edir.” Onun fikrincə, “pedaqoji
proses” təcrübənin verilməsi və qəbul edilməsi prosesidir, düz və
əks əlaqələr vəhdət halında fəaliyyət göstərir. Əgər idarə edən (təsir
göstərən) komponenti “U”, idarə olunan (təsiri qəbul edən) kompo-
nenti “S”, onların arasındakı vasitələr sistemini, o cümlədən şəraiti
“V” ilə işarə etsək, onda pedaqoji gerçəkliklə pedaqoji prosesin fər-
qini belə göstərə bilərik.
Pedaqoji gerçəklik: U V S
Pedaqoji proses: U⇄ V⇄ S.
“Pedaqoji gerçəklik” və “pedaqoji proses” anlayışlarının məz-
mununa, B.A.Əhmədovun″ fikrincə, konkret şəkildə aşağıdakılar
daxildir, hansı ki, biz onun fikirləri ilə şərik deyilik:
Pedaqoji gerçəklik:
1.
“Pedaqoji proses” anlayışı bütövlükdə bura daxildir;
2.İstehsal prosesində peşənin öyrənilməsi, usta-şagird “müna-
sibətləri”;
3.
Ailə tərbiyəsi;
4.
Əmək-islah düşərgələrində həyata keçirilən tərbiyə işləri;
5.
Dövlət orqanları və ictimai təşkilatların tərbiyəvi fəaliyyəti;
195
6.
Səhiyyə, mədəni-maarif orqanlarında aparılan tərbiyə işləri;
7.
İdman təşkilatlarının tərbiyəvi fəaliyyəti;
8.
Kütləvi informasiya vasitələrinin, ədəbiyyat və incəsənətin
təsiri və s.
Pedaqoji prosesə:
1.Başlıca olaraq, ölkənin təhsil sisteminə aid olan təlim-tər-
biyə müəssisələrində həyata keçirilən pedaqoji fəaliyyət daxildir;
2. Hərbi məktəblər, doktorantura sistemi, mütəxəssislərin ix-
tisasının artırılması üzrə fəaliyyət daxildir.
Prof. B.A.Əhmədov yazır ki, pedaqoji proses pedaqoji gerçək-
liyin digər qollarından düz və əks əlaqələrin vəhdətinə, eləcə də öz
məqsədinə görə fərqlənir: burada başlıca məqsəd insanı həyata, yəni
əmək fəaliyyətinə və ictimai fəaliyyətə hazırlamaqdan ibarətdir.
“Pedaqoji gerçəklik” anlayışına daxil olan digər sahələrin əsas
məqsədi insanı bilavasitə həyata hazırlamaq deyildir. Məsələn, is-
tehsal kollektivlərində birinci məqsəd maddi nemətlər istehsal et-
məkdir. İnsanı həyata hazırlamaq məsələləri tabe mövqe tutur. Bu
cür prosesləri, pedaqoji prosesdən fərqləndirmək üçün “pedaqoji
ünsürlərə malik proses” adlandıra bilərik .
Deyilənlərdən belə qənaət hasil olur ki, sosial mənada “tər-
biyə” məfhumu ilə “pedaqoji gerçəklik” sinonim anlayışlardır. Təbii
olaraq sual yaranır: elmi ədəbiyyata daxil olan “sosial mənada tər-
biyə” anlayışını sinonim sözlə əvəz etməyə ehtiyac varmı?
Əvvəlki illərin pedaqoji ədəbiyyatında bu anlayışın əvəzində
daha çox “təlim-tərbiyə” prosesi işlədilmişdir. Tədqiqatlar göstərir ki,
bu anlayış dardır, tam deyildir, prosesin bütün mürəkkəbliyini, hər
şeydən əvvəl, onun tamlığını və ümumiliyini əks etdirmir. Tamlıq və
ümumilik əsasında təlim, təhsil, tərbiyə və inkişafın birliyini təmin
etmək pedaqoji prosesin əsas mahiyyətini təşkil edir. Son dövrün pe-
daqoji ədəbiyyatında bu anlayışlar tam pedaqoji proses kimi təqdim
olunur. Bu da təbiidir, çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-birin-
dən ayrılıqda həyata keçirilən proseslər deyil. Onlar eyni məqsədə
xidmət edən vahid pedaqoji prosesin bir-biri ilə üzvi əlaqədə olan ay-
rılmaz cəhətlərdir .
Yeri gəlmişkən qeyd edək ki, təlimin, tərbiyənin, təhsil və in-
kişafın vəhdəti, yəni pedaqoji prosesin vahidliyi həmin anlayışların
196
spesifikasını, hərəsinə xas olan xüsusiyyətləri inkar etmir. Əksinə,
təlimin, tərbiyənin, təhsil və inkişafın ayrılıqda mahiyyətini, əsas
funksiyalarını dərindən başa düşmək də vacibdir. Ona görə yox ki,
bunları bir-birindən ayıraq və qarşı-qarşıya qoyaq: ona görə ki, həmin
proseslərin mahiyyətinə dərindən nüfuz edək, onların əsil dialektik
əlaqələrini və qarşılıqlı keçidlərini anlayaq; bunları ətraflı başa düş-
mədən nə təlim, nə də tərbiyəni, nə təhsili, nə də inkişafı maksimum
dərəcədə səmərəli təşkil etmək mümkün deyil.
6.1.2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi
ilə interpretasiyası.
Hadisə və proseslərə, onların dərk edilməsinə “sistem-struktur”
adlanan baxışla yanaşmaq müasir dövrün səciyyəvi xüsusiyyətidir.
Mühüm metodoloji metod kimi özünü doğruldan sistem-struktur ya-
naşma XX əsrdə o dərəcədə dəbdə oldu ki, hətta bunu dialektik meto-
dun çağdaş zəmanəmizdə alternativi kimi qiymətləndirmək meyilləri
də meydana çıxdı. Fikrimizcə, burada düzgün mövqe bundan ibarət-
dir: sistem-struktur metod dialektik metodun elmi-texniki-informativ
tərəqqi ilə ayaqlaşmağa qabil olan elə inkişaf qoludur ki, burada tam
və hissə, bunların nisbəti kimi ənənəvi problemin yeni məzmun kəsb
etməsindən, tam və hissənin münasibətinin daha dərindən öyrənilmə-
sindən söhbət gedir.
Lap yaxın keçmişlə fəlsəfi ədəbiyyatda “tam-hissə”, “sistem-
element”, “sistem-element-struktur” kateqoriyaları, bunların bir-biri-
nə münasibəti barədə gedən mübahisələr bir qədər səngisə də, hələ də
bəzi cəhətlər haqqında fikir ayrılıqları yox deyildir. Əksər filosoflar
bu fikirdədir ki, sistem – bunu əmələ gətirən elementlərin qarşılıqlı
əlaqələrinin vəhdəti olub, öz məntiqi həcminə görə elə ümumi anla-
yışlar qəbilinə aiddir ki, o istənilən predmet, hadisə və proseslərə aid
edilə bilir. “Tam” ilə “sistemi” çox zaman növ-cins münasibəti ilə
izah edir, bəzən sinonim kimi işlədir, eyni bir obyektin müxtəlif əks
etdirmələrini qeyd edirlər. Bəzən də tam yenicə yaranmağa başlayan
sistemin zirvəsi sayılır.
Sistem və elementi dialektikanın qütb kateqoriyalarına daxil
etmək təşəbbüsləri də vardır. Tam və hissə haqqında ən çox yayıl-
Dostları ilə paylaş: |