200
səd və məzmun cəhətdən qovuşmasına, pedaqoji prosesin tamlığına
imkan verir.
Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quru-
luşu) və struktur elementləri (komponentləri) vardır. Pedaqoji pro-
ses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagird-
lərin qarşılıqlı təsir formaları sayəsində əldə olunmuş nəticələri ilə
xarakterizə olunur. Məqsəd, məzmun, fəaliyyət və nəticə kompo-
nenti – sistem yaradan komponentlərdir.
Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məq-
səd və vəzifələrini birləşdirir.
Məzmun komponenti həm ümumi məqsədə, həm də konkret
vəzifəyə qoyulan mənanı əks etdirir.
Fəaliyyət komponenti pedaqoq və şagirdlərin qarşılıqlı təsiri-
ni, onların əməkdaşlığını, prosesin təşkili və idarə olunmasını əks
etdirir. Pedaqoji ədəbiyyatda bu komponentə təşkilati və ya
təşkilati-idarəetmə komponenti də deyilir.
Nəticə komponenti isə prosesin baş verməsinin səmərəliliyi,
qarşıya qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiyyətlər-
lə xarakterizə olunur.
Pedaqoji prosesin komponentləri arasında əlaqələr vardır.
Qarşılıqlı pedaqoji təsir prosesində informasiya, təşkilati-fəaliyyət
və kommunikativ, idarəetmə və özünüidarə əlaqələri özünü göstərir.
Bu əlaqələr pedaqoji proses üçün xüsusi əhəmiyyət kəsb edir .
Həyata keçirildiyi yerdən və şəraitdən asılı olmayaraq pedaqo-
ji prosesi səciyyələndirən digər cəhətlər də vardır. Pedaqoji prosesin
obyekti və subyekti vardır. Cərəyan etdiyi şəraitdən asılı olaraq
pedaqoji prosesin subyekti ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, va-
lideyn, idarə rəhbəri və s.) və ya kollektiv orqanlar da (məktəb pe-
daqoji şurası, institut rektorluğu, yerli komitə və s.) ola bilər.
Pedaqoji prosesin obyekti də ayrı-ayrı fərdlərdən (uşaqlardan,
şagirdlərdən, tələbələrdən, əsgərlərdən və s.) və onların qrupundan
(bir sinfin şagirdlərindən, məktəbin şagirdlərindən, tələbələr qru-
pundan və s.) ibarət ola bilir. Pedaqoji prosesin obyekti heç də hə-
mişə passiv olmur, fəallıq da göstərir, nəinki subyektin tərbiyəvi tə-
sirinə məruz qalır, bir çox hallarda özü subyektə təsir göstərir və bu-
nunla da pedaqoji prosesin səmərəliyinin artmasına səbəb olur.
201
Pedaqoji proses əmək prosesidir. O, hər hansı bir əmək prosesi
kimi ictimai əhəmiyyəti olan məqsədlərə çatmaq üçün həyata keçi-
rilir. Pedaqoji prosesin subyektivliyi ondadır ki, burada tərbiyəçilər-
lə tərbiyə olunanların əməyi bir-birinə qoşulur, özünəməxsus qarşı-
lıqlı təsir münasibətləri yaranır.
Pedaqoji əməyin obyektinə mürəkkəblik, sistemlilik, özünü-
tənzimləmə xasdır. Bundan başqa, ona keyfiyyət dəyişikliyi, öz-
özünə inkişaf da xasdır. Pedaqoji proseslər çoxvariantlı, dəyişkən və
təkrarolunmazdır. İnsanın formalaşması pedaqoji əməyin predmeti-
ni təşkil edir. Formalaşan şagird müəllimə nisbətən, öz inkişafının
ilk mərhələsində olduğundan, yaşlı insan üçün zəruri olan bilik, ba-
carıq, vərdiş və təcrübəyə malik deyil. Burada məqsəd ona arzu-
olunan təsiri göstərməkdir. Pedaqoji prosesdə pedaqoji əməyin
məhsulu yaradılır. Əgər pedaqoji prosesdə “istehsal” olunan “məh-
sulu” təsəvvürə gətirsək, ilk növbədə gözümüzün qarşısında tərbiyə-
li, həyata hazır, ictimai insan canlanır. Ümumi pedaqoji prosesin
komponent “hissələri”ndə ümumi məqsədə uyğun olaraq şəxsiyyə-
tin ayrı-ayrı keyfiyyətləri formalaşdırılır.
Hər hansı bir əmək prosesi kimi pedaqoji proses təşkilolunma
və idarəolunma səviyyəsinə, texnologiyasına, qənaətcilliyinə, məh-
suldarlığına görə xarakterizə olunur. Onların bir-birindən ayrılması
əldə olunmuş göstəricilərin (səviyyələrin) nəinki keyfiyyət, həm də
kəmiyyət qiymətini verməkdən ötrü meyarların əsaslandırılması üçün
imkanlar yaradır. Vaxt pedaqoji prosesin nə qədər tez və keyfiyyətli
keçməsi barədə fikir söyləməyə imkan verən universal meyardır.
Pedaqoji prosesdə yuxarıda qeyd olunduğu kimi, obyekt və
subyekt arasında daim qarşılıqlı pedaqoji təsir baş verir. Qarşılıqlı
pedaqoji təsirin təzahür formaları müxtəlifdir: məlumat əlaqəsi, təş-
kilati fəaliyyət əlaqəsi, ünsiyyət əlaqəsi, idarə əlaqəsi, səbəb- nəticə
əlaqəsi, meyli üzə çıxaran əlaqə. Birincidə – obyekt və subyekt ara-
sında ictimai məna kəsb edən məlumat mübadiləsi baş verir; ikin-
cidə – sosial məzmunlu fəaliyyət göstərilir; üçüncüdə – müxtəlif
formalı adi insani ünsiyyət müşahidə olunur; dördüncüdə – verilən
tapşırıqlar icra edilir; beşincidə – təlim və ya tərbiyə zamanı müşa-
hidə edilən nöqsanların və uğurların səbəbləri öyrənilir və tədbirlər
202
görülür; sonuncuda – qarşılıqlı pedaqoji təsirin inkişaf meyli dəqiq-
ləşdirilir.
Uşaq şəxsiyyətinin inkişafında ahəngdarlıq qanunu tələb edir
ki, pedaqoji prosesdə birtərəfliliyə yol verilməsin, pedaqoji prosesdə
ciddiliyin və marağın vəhdəti təmin edilsin. Təlim və tərbiyədə birtə-
rəflik, yeknəsəqlik, şablon uşaq şəxsiyyətinin inkişafında ahəngdarlı-
ğı pozur. Məsələn, təlimdə şagird marağını nəzərə almamaq, onun
fərdi xüsusiyyətləri ilə hesablaşmamaq, bütün şagirdlərə eyni tələb
vermək halları olur. Bunun əksi də müşahidə edilir. Şagirdin fərdi
xüsusiyyətlərini, marağını nəzərə almağa çalışan müəllimlərdən bəzi-
ləri ona qarşı tələbkarlığı tamam unudur, onun səviyyəsinə enir, im-
kanından xeyli aşağı tapşırıq verir. Nə birinci, nə də ikinci halda
istənilən pedaqoji səmərəni almaq mümkün olmur.
Şagirdin mövcud səviyyəsini nəzərə almayan təlim, yalnız
biliyin mənimsənilməsi məqsədini güdən, ondan yalnız zehni fəaliy-
yət tələb edən, yalnız mücərrəd anlayışları işə salan təlim emosional-
lığı söndürür, öyrədiləsi tədris materialının tərbiyəvi imkanlarını
məhdudlaşdırır, təlimə olan həvəsi azaldır. Bu cür təlim şagirdlərə
müntəzəm zehni fəaliyyət bacarığı aşılasa da, onlarda təfəkkürün
inkişafına şərait yaratsa da, əldə etdikləri bilikdən fərəhlənmək, biliyə
can atmaq meyli yaratmır. Şagirdin yalnız marağına bel bağlayan tə-
lim, istər-istəməz, şagirdə zehni inkişafın, iradənin qarşısına sədd
çəkir, onda çətinlikləri aradan qaldırmaq əzmini azaldır. Odur ki, tə-
lim zamanı ciddi zehni gərginlik tələb edən tapşırıqlarla şagirdlərin
fərdi xüsusiyyətləri və maraqları uzlaşdırılmalıdır. Belə olduqda on-
ların faydalı cəhətləri bir-birini tamamlayır.
Pedaqoji proses daxilən bir-biri ilə bağlı olan proseslərin məc-
musudur. Bu proseslərin mahiyyəti ondan ibarətdir ki, burada öyrə-
dilən sosial təcrübə formalaşan insanın keyfiyyətinə çevrilir. Pedaqoji
proses təlim, təhsil, tərbiyə və inkişaf proseslərinin mexaniki birləş-
məsi deyildir. O, xüsusi qanunauyğunluqlara tabe olan keyfiyyətcə
yeni bir qurumdur. Pedaqoji prosesin daxilində olan proseslər vahid
məqsədə xidmət edir. Pedaqoji prosesin daxilində münasibətlərin mü-
rəkkəb dialektikası ona daxil olan proseslərdə özünü göstərir. Bu dia-
lektika proseslərin vəhdətində və müstəqilliyində, ona daxil olan
Dostları ilə paylaş: |