187
todika onu tətbiq edən müəllimin şəxsiyyətindən ayrılmazdır. Usta-
lığa yiyələnmək üçün çox şeyi bilmək və baçarmaq lazımdır. Təlim-
tərbiyənin qanunauyğunluqları və prinsiplərini bilmək, təlim-tərbiyə
prosesinin səmərəli texnologiyalarından istifadə etməyi bacarmaq
xüsusilə vacibdir. Buraya hər bir konkret situasiya üçün pedaqoji
texnologiyaları düzgün seçməyi bacarmaq, peadqoji prosesi diaq-
nostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxildir.
Belə bir fıkir mövcuddur ki, yalnız istedadlı insanlar yaxşı
müəllim ola bilərlər. Başqa fikirlər də vardır: kütləvi peşə olan mü-
əllim peşəsi xüsusi qabiliyyəti olan insanların imtiyazı ola bilməz.
Amma, demək olar ki, əksər insanlara təbiət tərbiyəçi olmaq key-
fiyyətlərini, öyrətmək qabiliyyətlərini vermişdir. Vəzifə pedaqoji
ustalığı öyrənməkdən ibarətdir.
Tədqiqatlar göstərir ki, ən yüksək istedadlı müəllimlər 12-15
faizdən çox deyildir. Buna baxmayaraq müəllimlərin böyük bir his-
səsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrətmə
metodikasına yaxşı bələd olmuşlar.
Müəllimin pedaqoji ustalığı hər şeydən əvvəl tədris prosesini
təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şəra-
itdə belə şagirdlərinin lazımi tərbiyəlilik, inkişaf və bilik səviy-
yəsinə nail ola bilir. Əsil müəllim hər hansı bir suala qeyri-standart
cavab tapа bilir, şagirdə xüsusi qayğı ilə yanaşmağı bacarır. Belə
müəllimlər öz ixtisasını, tədris etdiyi fənnin inkişaf perspektivlərini
dərindən bilir, o, müasir ədəbiyyata, mədəniyyətə, idman yenilik-
lərinə bələddir, beynəlxalq hadisələri təhlil etməyi bаcarır. Amma
biliklər hələ kifayət deyildir. Müəllim öz fənnini bilir və sevir,
amma öz biliklərini şagirdlərə çatdırmaq bacarığına malik deyil,
şagirdlərlə “ümumi dil tapa bilmir”, sinifdə münaqişələr və mübahi-
sələr yaranır. Demək, müəllimin pedaqoji ustalığı yoxdur. Pedaqoji
ustalığa malik müəllim ixtisasını dərindən mənimsəyərək, pedaqoji
qabiliyyətlərə malik, fəal və interaktiv təlim metodlarını, dərindən
bilən, ünsiyyət mədəniyyətinə, yeni peadqoji texnologiyalara yiyə-
lənən müəllimdir.
Müəllimin pedaqoji ustalığı həmçinin fənnini şagirdlərə necə
öyrətməkdə, fənnini uşaqlara necə sevdirməkdə özünü göstərir. Təc-
rübəli, bacarıqlı müəllimlər tədris materialını şagirdlərə elə dərsdə
188
mənimsətməyə nail olurlar. Təcrübəli müəllimlərin müvəffəqiyyəti-
nin sirri şagirdlərin fəaliyyətini düzgün idarə еtmək bacarığındadır.
Pedaqoji ustalığın mühüm göstəricilərindən biri şagirdləri
fəallaşdırmaq, onların qabiliyyətini, müstəqilliyini inkişaf etdirmək
bacarığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müx-
təlif metodlardan istifadə etməklə dərsdə şagirdləri düşünməyə,
maraqlanmağa istiqmətləndirməyi bacarır.
Müəllimin vəzifəsi öyrənmə prosesinin özündə müsbət emosi-
yalar aşılamaq üçün yollar axtarıb tapmaqdır. Bunlar аdi priyom-
lardır: iş metodlarını dəyişmək, müəllimin emosionallığı, müəllimin
fəallığı, maraqlı misallar, yerinə düşən iradlar və s. Bu priyomlar
təkcə müvəffəqiyyətlərə səbəb olmur, onlar müəllimə rəğbətin art-
masına kömək edir, fənnə sabit, daimi maraq aşılayır.
Pedaqoji texnikanın tərkib hissələrindən biri müəllimin özü-
nün və şagirdlərin diqqətini idarə temək bacanğıdır. Müəllim müx-
təlif uşaq qrupları ilə işləyir, uşaqlar xeyli tədris əməliyyatı yerinə
yetirirlər ki, bütün bunlar müəllimin diqqətindən kənarda qala
bilməz.
Müəllim üçün çox vacib olan keyfıyyətlərdən biri də şagirdin
zahiri davranışına görə onun daxili vəziyyətini müəyyənləşdirmək
bacarığıdır. Pedaqoji priyomlaрı seçən zaman bunu nəzərə almamaq
olmaz. Şagirdin həqiqi psixoloji vəziyyətini hər zaman nəzərə al-
maq pedaqoji məharətin əsasını təşkil edir və pedaqoji fəaliyyətdə
mühüm yer tutur.
Pedaqоji hərəkətlərdə temp hissi pedaqoji texnikanın tərkib
hissəsidir. Müəllimlərin bir çox səhvlərinin səbəblərindən biri budur
ki, onlar tədris əməliyyatlarının tempini gözləmir, məsələlərin həl-
lini pedaqoji cəhətdən düzgün ölçüb-biçmirlər. Bəzən müəllimlər
tələsir, bəzən də gecikirlər, bu isə hər hansı bir halda pedaqoji
təsirin səmərəsini aşağı salır.
Müəllimin şagirdlərə müraciəti həm xahiş, həm tənbeh, həm
təqdir, həm də əmr formasında ola bilər. Bütün bu hallarda müəllim
həmişə öz "rolunu" düzgün oynamalı, səsinin tonuna, ahənginə fikir
verməlidir.
Müəllim-pedaqoq öz səs tonunu məqamına görə özü idarə
etməyi öyrənməli, pauzanı, duruşu, mimikanı, jestləri yerinə görə
189
düzgün işlətməyi bacarmalıdır. A.S.Makarenko yazır: "Mən "Bura
gəl" sözünü 15-20 çalarda deməyi öyrənəndən sonra, üzümün quru-
luşunda, səsimin qoyuluşunda 20 incəliyi biləndən sonra pedaqoq
oldum".
Bəzi Amerika pedaqoqları "Müəllim - şagird münasibətləri"ndə
müəllimin "subyektiv" ünsiyyətinin xüsusiyyətlərini təhlil etmişlər.
Müəyyən olunmuşdur ki, müəllimlər rəğbət göstərdikləri şagirdlərlə
daha çox ünsiyyət və münasibətdə olurlar. Biganə qaldıqları şagirdlər
isə müəllimin diqqətindən kənarda qalır. Müəllimlər "intellektual-
lara", daha intizamlı, sözə baxan, icraçı şagirdlərə daha yaxşı mü-
nasibət bəsləyirlər. Passiv şagirdlər ikinci yerdə durur. Müstəqil, fəal
və özünə güvənən, tənqidi fikirlər söyləyən şagirdlər isə müəllimin
hüsn-rəğbətindən demək olar ki, məhrumdurlar.
Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər üç tipə
bölünür: "proaktiv" (fəal), "reaktiv" (az fəal), "sverxaktiv (çox fəal).
"Fəal" müəllim ünsiyyətin təşkilində təşəbbüskardır, şagird-
lərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti topladığı təc-
rübəyə uyğun olaraq dəyişir. O, nə istədiyini bilir və öz hərəkətində
nəyin məqsədə nail omlağa kömək göstərdiyini başa düşür. "Az
fəal" müəllim öz xəttində, mövqeyində çevikdir, amma o, daxilən
zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox, şagirdlər dik-
tə edirlər. "Çox fəal" müəllim öz şagirdlərini yüksək qiymətləndir-
məyə və qeyri-real ünsiyyət modelləri qurmağa, yaradıcı fəaliyyət
göstərməyə meyllidir.
Pedaqoji ustalıqda müəllimin başlıca silahı sözdür. Bundan
başqa, onun ehtiyatında xеyli qeyri-verbal (nitqsiz) ünsiyyət vasitə-
ləri də vardır.
1. Ekspressiv - mənalı hərəkətlər. Ekspressiv-mənalı hərə-
kətlər müəllimin davranışının özünün görmə orqanı vasitəsilə özünü
müşaiyət etməsidir. Burada duruş, mimika, əl-qol hərəkəti, baxış,
yeriş xüsusi rol oynayır. Tədqiqatçılar göztərirlər ki, məsələn, müəl-
limin hərəkətsiz duruşu, yaxud müəllimin üzü görünməzsə, ya az
görünərsə, şagirdlərə verilən informasiyanın 10-15 faizə qədəri itir.
Şagirdlər мüəllimin gözünə, baxışına çox həssasdırlar. Gözlərin
vasitəsilə vəziyyət haqqında ən düzgün məlumatlar verilir, ona görə
ki, göz bəbəklərinin daralması və genişlənməsi şüurlu nəzarətə tabe
Dostları ilə paylaş: |