212
lim, təhsil-tərbiyə fəaliyyətinə cəlb edilməsindən, 4) tətbiq edilən
pedaqoji təsir vasitələri və metodlarından asılıdır.
3. Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə prose-
sinin idarə olunmasından asılılığı. Pedaqoji təsirin səmərəliliyi
1) şagirdlərlə müəllimlər arasında əks əlaqənin intensivliyindən,
2) şagirdlərə göstərilən təsirlərin kəmiyyətindən, xarakterindən və
gücündən asılıdır.
4. Pedaqoji prosesin məhsuldarlığının stimullaşdırma vasitə-
lərindən asılılığı. Pedaqoji prosesin məhsuldarlığı 1) təlim-tərbiyə
fəaliyyətinə daxili stimulların (motivlərin) təsirindən, 2) xarici sti-
mulların (ictimai, pedaqoji, əxlaqi, maddi və b.) intensivliyindən,
xarakterindən və vaxtında tətbiqindən asılıdır.
5. Pedaqoji prosesin səmərəliliyinin hissi idrakın, məntiqi id-
rakın və praktikanın vəhdətindən asılılığı. Təlim, təhsil-tərbiyə
prosesinin səmərəliliyi 1) hissi qavramanın intensivliyindən və key-
fiyyətindən, 2) qavranılan materialın məntiqi dərk olunmuş materia-
lın praktikada tətbiqindən asılıdır.
6. Pedaqoji prosesin səmərəliliyinin xarici (pedaqoji) və da-
xili (idraki) fəaliyyətin vəhdətindən asılılığı. Pedaqoji prosesin
səmərəliliyi 1) pedaqoji fəaliyyətin keyfiyyətindən, 2) şagirdlərin
şəxsi təlim, təhsil-tərbiyə fəaliyyətinin keyfiyyətindən asılıdır.
7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatların-
dan asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cəmiy-
yətin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iq-
tisadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psi-
xoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.
Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən
qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar
yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını da-
vam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları
nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim
və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.
Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesi-
fik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiyyət ba-
xımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əhmə-
dov, N.M. Kazımov, Ə.X.Paşayev, F.A.Rüstəmov, Y.K.Babanski
213
tərəfindən formulə olunaraq, təqdim edilən qanunauyğunluqların
müqayisəsi nəticəsində müəyyənləşdirmək çətin deyildir. Fikrimizi
əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpe-
daqoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq:
– təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri
müəllimin, tərbiyəçinin bilməsi və fəaliyyət zamanı nəzərə alması
şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır;
–
təlim və tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul
olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, pedaqoji
səmərə bir o qədər yüksək olur;
–
müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki
vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaşdıran mək-
təbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır;
–
tədris müəssisələri cəmiyyətin kadrlara olan ehtiyacını nə
qədər dolğun nəzərə alırsa, pedaqoji prosesin səmərəsi bir o qədər
artır, əmək məhsuldarlığını yüksəltməyin imkanları bir o qədər
genişlənir;
–
hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsə-
dinə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində aparıldıqda
səmərə artır;
–
pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin
şagirdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji
səmərə verir.
6.4. Pedaqoji prosesin prinsipləri haqqında
Pedaqoji prosesin tamlığı təlim və tərbiyə prinsiplərində də
ifadə olunur. Elə prinsiplər var ki, həm təlim zamanı, həm də tər-
biyə zamanı tətbiq olunur. Fəallıq, elmilik, müntəzəmlik, ardıcıllıq,
müyəssərlik, möhkəmlik prinsipləri buna misal ola bilər. Şagirdlərin
fəallığını təmin etmək təkcə təlim üçün deyil, tərbiyə üçün də zə-
ruridir. Şagirdlərin fəallıq göstərməsi şəxsiyyətin formalaşmasının,
həyatda fəal mövqe tutmasının zəruri şərtlərindən biridir.
Fəallıq, şüurluluq və müstəqillik prinsipi öz mahiyyətinə görə,
vasitənin məzmuna uyğun seçilməsi şərti ilə əlaqədardır. Fəallıq –
214
şagirdin həyat hadisələrinə, mənimsədiyi biliklərə, formalaşdırılan
tərbiyəvi keyfiyyətlərə yaradıcı, dəyişdirici, tənqidi münasibət bəs-
ləməsi deməkdir. Həyatın, mənimsənilən biliklərin ziddiyyətlərini
görə bilmək, onların səbəbləri üzərində düşünmək, aradan qaldırıl-
ması yollarını müəyyənləşdirmək, bu məqsədlə fəaliyyətə girişmək,
– bütün bunların hamısı fəallığa aid məsələlərdir.
Şüurluluq – daxili əlaqələri, xüsusən səbəb və nəticə əlaqələrini
başa düşmək, mahiyyəti üzrə çıxarmaq, fəaliyyətin məqsədini və ona
nail olmağın yollarını götür-qoy etməkdir. “Niyə belədir?”, “Başqa
cür olsaydı, necə olardı?”, “Daha necə ola bilər?” kimi suallar üzərin-
də düşünmək şüurluluqla bağlıdır. Fəallıq və şüurluluq bir-biri ilə elə
bağlıdır ki, onların arasında sədd çəkmək xeyli çətindir. Müstəqillik –
müəllimlə şagird arasındakı əlaqənin xarakteri ilə ölçülür. Müəllim
işə az müdaxilə etdikcə şagirdin müstəqilliyi çoxalır. Əlbəttə, müəl-
lim əvvəlcə müstəqil işləməyi öyrətməli, sonra tədricən işə özünün
qarışmasını, müdaxiləsini məhdudlaşdırmalıdır.
Şagirdlərin biliyi fəal və şüurlu surətdə mənimsəməsini göstə-
rən şərtlər aşağıdakılardır: şagird dediyini sübut edə bilirsə, orijinal
dəlillər gətirməyi bacarırsa, deməli, bilik şüurluluq və fəallıq şə-
raitində mənimsənilmişdir; şagird biliyi standart şəraitdə tətbiq
etdiyi kimi, dəyişdirilmiş şəraitdə də tətbiq edə bilirsə, deməli, onu
şüurluluq və fəallıq şəraitində mənimsəmişdir; şagird materialı öz
sözləri ilə, dəyişdirilmiş formada ifadə edə bilirsə, deməli, onu şüur-
luluq və fəallıq şəraitində mənimsəmişdir; şagird öyrəndiyi bilikdən
yeni bilik əldə etmək üçün müstəqil istifadə edə bilirsə, deməli, onu
şüurluluq və fəallıq şəraitində mənimsəmişdir və s.
Şagirdin müstəqilliyi ilə müəllimin pedaqoji rəhbərliyinin
düzgün əlaqələndirilməsi prinsipi öz mahiyyətinə görə, düz və əks
əlaqələrin vəhdəti prinsipi ilə əlaqədardır. Pedaqoji prosesin iki-
tərəfli proses olması o deməkdir ki, burada tək müəllimin çalışması,
səy göstərməsi azdır; ikinci tərəf yəni şagird də fəal olmalı, öz üzə-
rində müntəzəm işləməli, öz inkişafı qayğısına qalmalıdır. Məktəbli
gərək təlim-tərbiyə işinə həvəs göstərsin, onda bu işə daxili tələbat
yaranmış olsun. Bütün bu keyfiyyətləri formalaşdırmaq müəllimin
vəzifələri sırasında xüsusi yer tutur. Şagirdlər kollektiv təşkil edir-
lər. Kollektivin isə öz orqanları olur, planı mövcuddur, məqsədi var-
Dostları ilə paylaş: |