221
və həyata keçirilməsində birgə pedaqoji fəaliyyətin bütün detalları
ilə hazırlanmış modeli kimi yanaşır. Burada müəllim və şagirdlər
üçün komfort şəraitin yaradılmasının zəruri olduğunu qeyd edir.
Pedaqoji təcrübədə və tədris metodik ədəbiyyatda bəzən,
pedaqoji texnologiya sistem anlayışının sinonimi kimi işlədilir və
bu anlayışlar bəzən eyniləşdirilir. Sistem anlayışı texnologiya anla-
yışına nisbətən daha geniş məna daşıyır. Pedaqoji sistem öz daxi-
lində çoxlu sayda texnologiyaları birləşdirir. İstənilən texnologiyaya
sistem kimi baxılsa da, istənilən pedaqoji sistemə ayrıca texnolo-
giya kimi baxmaq olmaz. Sistem anlayışı çox vaxt baxılan prosesin
statistik, struktur xarakteristikası kimi istifadə olunursa, texnologiya
həmin prosesdə subyekt və obyektin fəaliyyətində zaman və məkan
daxilində gedən dəyişikliklərin, onların funksiyalarının müəyyən
edilməsi və qabaqcadan planlaşdırılmış məqsədlərin yerinə yetiril-
məsinin təmin olunması üçün istifadə olunur.
Pedaqogikaya texnologiya ideyasının gətirilməsinin əleyhdar-
ları belə hesab edirlər ki, pedaqoji proses yaradıcı prosesdir, odur ki,
onu texnoloji proses hesab etmək olmaz, məharət, ustalıq intuisiya-
ya əsaslandığı halda texnologiya elmə əsaslanır. Hər şey ustalıqla
başlayır, texnologiya ilə başa çatır.
Tədqiqatçılar pedaqoji texnologiyaların kütləvi tətbiqinin XX
əsrin 60-cı illərindən başlandığını qeyd edirlər. Bu proses əvvəlcə
Amerika, sonra isə Avropa məktəblərində həyata keçirilən islahat-
larla bağlı olmuşdur.
Hazırda pedaqoji texnologiyalara insanşünaslıq texnologiyala-
rının bir növü kimi baxırlar. Pedaqoji texnologiyalar psixodidaktika,
sosial psixologiya, kibernetika, idarəetmə və menecment (menec-
ment sosial proseslərin, o cümlədən, təhsil prosesini idarəetmə üzrə
prinsip, metod, forma və vasitələrin məcmusudur) nəzəriyyələrinə
əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası ilə öy-
rədici və pedaqoji texnologiya arasında fərq görmürdülər. “Pedaqoji
texnologiya” termini təlimə uyğun olan bir sistem kimi işlədilirdi.
Texnologiya isə texniki vasitələrin köməyi ilə aparılan təlim kimi
başa düşülürdü. Hazırda pedaqoji texnologiya dedikdə, müəllimin
pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, qarşılıqlı əlaqəli
fəaliyyəti başa düşülür. Başqa sözlə desək, pedaqoji texnologiya
222
qabaqcadan planlaşdırılmış pedaqoji prosesi planauyğun və ardıcıl
olaraq praktikada həyata keçirməkdir.
Pedaqoji prosesdə texnologiya – nəzərdə tutulmuş məqsəd-
lərin yerinə yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar
üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdı-
rılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sis-
temidir. Eyni zamanda, texnologiya təlim-tərbiyə prosesinin para-
diqmalarını müəyyənləşdirən elə alqoritmlər sistemidir ki, onun
tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa
xidmət edir, təlim prosesinin layihələşdirilməsi, mərhələli diaqnosti-
kasını, idarəçilik baxımından nəticələri korrektə etməyə imkan
verir. Belə yanaşmada pedaqoji və təlim texnologiyaları anlayışı
müəyyən mənada bir-birini tamamlasa da, tədris prosesi pedaqoji
aspektlərdən başqa müxtəlif sosial, sosial-siyasi, idarəetmə, psixo-
pedaqoji, tibbi-pedaqoji, iqtisadi, mədəni və digər aspektləri də
özündə birləşdirdiyindən, “təlim texnologiyası” (təhsil sferasında
texnologiya) anlayışının tutumu, “pedaqoji texnologiya” (pedaqo-
gika sahəsində texnologiya) anlayışının tutumuna nisbətən fərqlidir.
Eyni zamanda pedaqoji proses ənənəvi olaraq kamil insanın for-
malaşması üçün həm təlim, tərbiyə, həm də inkişaf sahələrini əhatə
etdiyindən pedaqoji texnologiya təhsilin bütün sahələrinə (məktə-
bəqədər, orta, ali məktəb, androqogika, ailə, xüsusi, korreksiyaedici,
sənaye, sosial və s.) nüfuz edir. Təhsildə texnoloji yanaşma tədris
prosesini demokratik prinsiplər əsasında idarə etməyə imkan ver-
məklə bərabər təlim məqsədlərinin yüksək səviyyədə yerinə yetiril-
məsinə zəmanət verən fəaliyyət sistemidir .
Texnoloji yanaşmanın strukturunu şaquli və üfüqi olmaqla iki
yerə bölmək olar. Məlumdur ki, istənilən prosesdə texnoloji yanaş-
ma pedaqoji fəaliyyətin müəyyən sahəsini əhatə edir. Bu fəaliyyət,
bir tərəfdən özündə istifadə olunan texnologiyanın müəyyən tərkib
hissələrini, parametrlərini, digər tərəfdən, bütövlükdə texnologiyala-
rın özünü birləşdirir. Belə iyerarxik strukturda, texnoloji yanaşma-
nın şaquli strukturunda, bir-birilə əlaqəli – meta, makro və mikro
texnologiyaları ayırmaq lazımdır.
metatexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahəsin-
də sosial siyasəti həyata keçirməyə imkan verən ümumpedaqoji
223
(ümumdidaktik, ümumtərbiyə) texnologiyadır. Belə texnologiyalara
misal olaraq inkişafetdirici təlim texnologiyalarını, regionlarda tə-
lim keyfiyyətinin idarə olunması və konkret məktəbdə tərbiyə işinin
təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar.
makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya hər
hansı təhsil sahəsini, təlim-tərbiyə prosesinin müəyyən istiqamətini,
ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin tədrisi ilə bağlı
fəaliyyət sahələrini əhatə edir. Belə texnologiyalara misal olaraq
ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını, bərpaedici təlim texnolo-
giyalarını göstərmək olar.
mezotexnologiya və ya lokal-modul texnologiya təlim-tər-
biyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,
metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı mə-
sələləri həll etmək üçün tətbiq olunan texnologiyadır. Belə texno-
logiyalara misal olaraq təlim-tərbiyə prosesində ayrı-ayrı fəaliyyət
sahələri, verilmiş mövzunun öyrənilməsi, dərsin gedişi, materialın
mənimsənilməsi, təkrar olunması və keyfiyyətə nəzarətin təşkili ilə
bağlı texnologiyaları göstərmək olar.
mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasındakı
operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə
bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq yazı vərdiş-
lərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris prosesinin
iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün treninqlərin
təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
Texnoloji yanaşmanın üfüqi strukturu isə özündə pedaqoji
nəzəriyyə və pedaqoji təcrübəyə əsaslanmış, müəyyən problemi həll
etmək üçün istifadə olunan elmi-nəzəri texnologiyaları, qabaq-
cadan müəyyənləşdirilmiş, gözlənilən nəticənin yerinə yetirilməsi
üçün istifadə edilən modelləri, metod və üsulları, alqoritmləri əhatə
edən və özündə birləşdirən formal-təsviri xarakterli texnologiya-
ları, pedaqoji prosesin iştirakçılarının fəaliyyət sahələrində aldığı
nəticələrin təhlili, təşkili və planlaşdırılmış yeni işlərin həyata ke-
çirilməsini təmin etmək üçün tətbiq olunan prosessual-aktiv texno-
logiyaları birləşdirilir.
Pedaqoji proses müəyyən prinsiplər sistemi üzərində qurulur,
Pedaqoji texnologiya isə həmin prinsiplərin ardıcıl həyata keçiril-
Dostları ilə paylaş: |