251
özünü inkar etmək dərəcəsinə gəlirlər. L.S.Rubinşteyn yazırdı ki, bu
əsas məsələnin yeganə düzgün həlli yolu təlim ilə idrak prosesinin
vəhdətini (eyniləşdirməsini yox) və fərqlərini (tam şəkildə müxtəlif
olmalarını deyil) qəbul etməkdədir.
Elmin nəticələri təlimin məzmununu zənginləşdirir, zənginlə-
şən təlim də, öz növbəsində, elmin sonrakı inkişafına zəmin yaradır.
Gələcək elmi kadrlar tədris müəssisələrindən keçib gedirlər. Elmin
necəliyi həm də təlimin necəliyindən asılı olur. Elmi idrak və təlim
nəinki bir-birinə, həm də birlikdə cəmiyyətin sonrakı inkişafına mü-
əyyən təsir göstərir.
Elmi idrakın nəticəsi olan biliklərin həyata, istehsalata tətbiqi
üçün həmin biliklər iqtisadiyyatın müxtəlif sahələrinə gedəcək
gənclər tərəfindən məhz tədris müəssisələrində mənimsənilir, bu
proses fasiləsiz dövr edir.
İdrak və təlim arasında qarşılıqlı əlaqənin olması, idrak nəzə-
riyyəsi ilə təlim nəzəriyyəsi arasında müəyyən münasibətin möv-
cudluğunu da göstərir. Bu və ya digər pedaqoji sistemdə təlim nəzə-
riyyəsi müvafiq idrak nəzəriyyəsinə istinad edir. Məsələn, barəsində
yuxarıda bəhs etdiyimiz məşhur çex pedaqoqu Y.A.Komenskinin
təlim nəzəriyyəsi dövrü üçün mütərəqqi olan sensualist idrak nəzə-
riyyəsinə uyğun qurulmuşdur. Onun fikrincə, biliyin yeganə mənbə-
yi müşahidə olduğundan, təlim zamanı əyaniliyə geniş yer verilmə-
lidir. Yaxud idealist mövqedə duran bir çox pedaqoqlar dünyanın
dərk olunmasında praktikaya məhəl qoymamışlar. Onların idrak nə-
zəriyyəsinə görə bilik şüurun, təfəkkürün məhsuludur, guya ictimai-
iqtisadi təcrübənin idrak prosesinə dəxli yoxdur .
Dialektik materialist idrak nəzəriyyəsinə uyğun qurulan təlim
nəzəriyyəsinə görə biliyin əsas mənbəyi obyektiv gerçəklikdir, me-
yarı isə praktikadır. Metodoloji əsası dialektik materialist idrak nə-
zəriyyəsi olan təlim prosesində şagirdlərin mənimsəmə prosesi həm
“canlı müşahidədən....”, həm də geniş ölçüdə müəllimin canlı sö-
zündən, həm empirik materialın öyrənilməsindən, empirik təfəkkür-
dən, həm də rasional təfəkkürə istinad etməkdən başlanır. Unuda
bilmərik ki, rasional təfəkkürə istinadən alınan biliklərin də kökü
canlı müşahidədir. Bəşər idrakının quruluşunda mühüm və ilk ele-
ment (idrakın real prosesində hər nə qədər vasitələrlə gizli ifadə
252
olunsa da) hisslə qavranılan empirik bilik bütün biliklərimizin mən-
bəyi kimi çıxış edir.
Yeri gəlmişkən vurğulayaq ki, idrak nəzəriyyəsinə aid olan bi-
liklər müəllimin təlim fəaliyyətində şüurluluğunu artırır və deməli,
təlimin səmərəsini yüksəltmək üçün qnoseoloji zəmin yaradır.
7.5. Didaktikanın problemləri
Didaktika müəllimlərin iş təcrübəsini öyrənib ümumiləşdir-
məklə, təlimin bir çox nəzəri və əməli problemlərini araşdırmaqla da-
im inkişaf etmişdir. Didaktikanın inkişafını isə təhsil qarşısında, təd-
ris müəssisələri qarşısında dövrün irəli sürdüyü vəzifələr şərtləndirir.
Cəmiyyətin inkişafının müəyyən mərhələsində ortaya çıxan yeni
sosial və iqtisadi vəzifələrlə mövcud təhsil sisteminin strukturu, təhsi-
lin məzmunu, təlim üsulları arasında uyğunsuzluq yaranır. Sonuncu-
lar birincilərdən geri qalır. Geriliyi aradan qaldırmaq lazım gəlir. Tə-
lim və təhsillə əlaqədar didaktik problemlər yaranır. Bu, təbii bir pro-
sesdir. Odur ki, didaktikanın problemləri həmişəyaşardır, didaktika
elm sahəsi olaraq həmin problemlərin həlli ilə məşğul olmaqdadır.
Didaktikanın inkişaf tarixindən görünür ki, nəzəri problemlə-
rin işlənilməsi və müəllimlərin pedaqoji təcrübəsinin öyrənilməsi və
ümumiləşdirilməsi işi olduqca mürəkkəbdir, səhvlər və yanılmalar
didaktların fəaliyyətində tez-tez təzahür edir. Bir çox hallarda
problemlər pedaqoji cəhətdən nöqsanlı müəyyənləşdirilir, tədqiq
olunan problemin nəticəsi mütləqləşdirilir və şişirdilir. Şişirtmə
hallarına müəllimlərin təcrübəsini öyrənib ümumiləşdirmək sahə-
sində də təsadüf edilir. Yeni sosial-iqtisadi inkişaf imkanlarına ma-
lik olan ölkəmizdə təlim və təhsil sahəsində ciddi dəyişikliklər apa-
rılması zərurətdir. Unutmaq olmaz ki, təlim prosesinin təsiri ilə tər-
biyə alan, məntiqi mühakimə yürütməyi, müqayisələr aparmağı,
ümumiləşdirmələr etməyi, nəticə çıxarmağı, müstəqil fəaliyyət gös-
tərməyi bacarmalı olan bugünkü şagird gələcəyin şüurlu vətəndaşı,
yaradıcı düşünən mütəxəssisi, qurub-yaradan yenilikçidir. Cəmiy-
yətin inkişafının hazırkı səviyyəsi tələb edir ki, tədris müəssisə-
lərində təhsilin məzmunu, yəni tədris planları, tədris proqramları və
dərsliklər yeniləşdirilsin. Təhsilin məzmunu respublikanın həyatına,
253
mədəniyyətinə, iqtisadiyyatına aid məsələlərlə məhdudlaşdırılma-
sın, ümumbəşəri dəyərlər də nəzərə alınsın. Şagirdlərin qabiliy-
yətləri üzə çıxarılsın, nəzərə alınsın və inkişaf etdirilsin. Aktuallığı-
nı itirməmiş bir çox problemlər - təlim zamanı şagirdlərin tərbiyəsi,
dərs zamanı əks əlaqənin təmin olunması, təlimdə şagirdlərin müs-
təqilliyi və fəallığının artırılması və s. yenidən işlənilsin. Ümumiy-
yətlə, sivilizasiya prosesinin əbədi davamlı olması didaktikanın
problemlərinin həmişəyaşarlılığını və mövcudluğunu şərtləndirir.
Bu cür məsələlərin nəzəri və əməli cəhətdən işlənməsi didaktika və
metodika sahəsində çalışan mütəxəssislərin əlbir fəaliyyətindən çox
asılıdır. Didaktikanın müasir problemlərindən mütəxəssis pedaqoq-
ların və praktik müəllimlərin hali olmaları və bu problemlərin bir-
likdə həlli həm didaktikanın sonrakı inkişafına, həm də təlim və
təhsilin tərəqqisinə köməkdir.
Sual və tapşırıqlar
1.
Didaktika nəyi öyrənir?
2.
Didaktikanın əsas məqsədi nədir?
3.
Didaktikanın əsas anlayışları hansılardır?
4.
Y.A.Komenskinin didaktik sistemini səciyyələndirin.
5.
İ.Pestalotsinin didaktik sisteminin faydalı pedaqoji cəhətləri
haqqında nə deyə bilərsiniz?
6.
İ.F.Herbartın ənənəvi təlim sistemi ilə C.Dyuinin təlim sistemini
qarşılıqlı səciyyəndirin.
7.
Didaktikanın qolları barədə nə deyə bilirsiniz?
8.
Elmi idrakla təlim prosesinin əlaqəsini izah edin.
9.
Didaktikanın problemləri ilə bağlı şərh verin.
Ədəbiyyat
1.
Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində.
Bakı: Çaşıoğlu, 2009.
2.
Mərdanov M.C. Azərbaycan təhsil tarixi. 3 cilddə. Bakı: Təhsil,
2012.
3.
Mehrabov A.O., Abbasov Ə.Ə. və b. Pedaqoji texnologiyalar.
Bakı: Mütərcim, 2006
Dostları ilə paylaş: |