262
gənc nəslə asanlıqla mövcud ictimai strukturlara inteqrasiya olmağa
imkan versin. Bu modelin müasir ideologiyasının əsasını sosial mü-
həndisliyin bihevioristik (bihavior – əxlaq, davranış) konsepsiyası tutur.
Rasionalizmə əsaslanan modeldə yaradıcılıq, sərbəstlik, məsuliyyətlilik,
fərdilik, təbiilik və s. kimi fəaliyyətlərə yer verilmir. Ona görə də, təhsil
prosesinə, davranışa utilitarizm (eqoizmə, fərdiçiliyə əsaslanan cərəyan)
ruhu gətirir və öyrədənə onun fəaliyyətinin dəyərlərini azaldan və mütə-
hərrik olmayan, təngə gətirən həyat tərzini məcburi qəbul etdirməyə çalı-
şır. Bunun nəticəsində nəinki öyrənmənin, eyni zamanda tədris-təlim pro-
sesinin də yaradıcı xarakteri müzakirə edilmir, proses səmərəliliyini itirir.
Təhsilin fenomenoloji modeli. Bu model öyrənənlərin şəxsi-
psixoloji xüsusiyyətlərinə, onların istəklərinə və tələbatlarına ehtiyatla və
hörmətlə yanaşılmasına, təhsilin şəxsi xarakter daşımasına üstünlük verir.
Onun tərəfdarları məktəbə “təhsil konveyeri” kimi baxmağı inkar edirlər.
Onlar təhsilə humanist nöqteyi-nəzərdən baxır, onun insan təbiətinə tam
və adekvat olmasını əsas məqsəd kimi qarşıya qoyurlar. Hər bir öyrənənin
özünütanımasına, təbii potensialını reallaşdırmasına, dinamik inkişafını
təmin etmə-sinə müvafiq şərait yaradırlar.
Təhsilin qeyri-institusional modeli. Bu modelin tərəfdarları
təhsilin təşkilini sosial institutlardan, xüsusi halda məktəb və ali təhsil
müəssisələrindən kənarda təşkilinə üstünlük verirlər. Onun “təbiətin
qoynunda”, internetin köməyilə, “açıq məktəb” şəraitində, distant təhsil
yolu ilə və s. həyata keçirilməsini məqbul hesab edirlər.
Bu model əsasında təhsilin və ya konkret təhsil müəssisə-sinin
tədris-təlim prosesinin təşkili ilə bağlı əsas funksiyalarını aşağıdakı kimi
qruplaşdırmaq məqsədəmüvafiq hesab edilir: təhsilin məqsədi; təhsilin
məzmunu; təhsil prosesinin təşkili formaları; təhsilalmanın vəsitə və
üsulları; real təhsil prosesinin təlim, tərbiyə və insan inkişafı birliyinin
təminatçısı olması; təhsil prosesinin subyektləri və obyektləri; təhsil
mühiti; baxılan tədris müəssisə-sində tədris-təlim prosesinin nəticələri,
başqa sözlə, öyrənənlərin təhsillik səviyyəsi
1
.
***
Araşdırmalar göstərir ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə
imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual poten-
sialı olacaqdır. Dünyanın aparıcı ölkələrinin inkişaf tendensiyası göstərir
1
Daha ətraflı məlumat üçün bax: Mehrabov A.O.. Müasir təhsilin konseptual
problemləri. Bakı: Mütərcim, 2010, səh. 34-116.
263
ki, intellektual potensialın formalaşması üçün təhsilin modernləşməsi
aşağıdakı prioritet istiqamətlər üzrə aparılmalıdır:
millilik və bəşərilik;
qabaqlayıcı təhsilvermə;
universal biliklərə yiyələnmə;
bütün həyatboyu təhsilalma;
yeni maliyyələşmə modelinə keçid.
1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsaslandır-
maq çətin deyil. Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiyyə-
tində yaşayacaq insanın formalaşmasının vasitə və yollarını müəyyən-
ləşdirmək, onu yüksək mənəvi ideallara və dəyərlərə yiyələnmək, insan
həyatının mənasını anlamaq və dərk etməyə, öz şəxsi həyatında daim
nailiyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə
cavab verən insan ilk növbədə milli dəyərlər əsasında tərbiyə almalıdır.
Eyni zamanda unudulmamalıdır ki, inkişafa istiqamətlənmiş cəmiyyətin
fəaliyyə-tini dünya mədəniyyəti və təhsilindən ayrı, təcrid edilmiş şəkildə
təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil
sisteminə inteqrasiyanı tələb edir.
2. Qabaqlayıcı təhsilvermə. Bu problemin labüdlüyü onunla
şərtlənir ki, cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəra-
itində davam edir. Belə şəraitdə ictimai şüur dünyada baş verən ciddi qlo-
bal dəyişikliklərdən xeyli geri qalır. Buna görə də aldığı təhsil insanları
yaxın gələcəkdə cəmiyyətdə olacaq əsaslı dəyişikliklərə qabaqcadan
hazırlamalıdır.
3. Universal biliklərə yiyələnmə. Qlobal problemlərin həlli yalnız
beynəlxalq ictimaiyyətin birgə səyi ilə yerinə yetirilə bilər. Bu isə
qloballaşan dünyamızda yaranmış problemlərdən baş çıxa-ran, bütöv,
universal elmi dünyagörüşə malik, fundamental elmlərin son nailliyyət-
lərinə bələd olan, müasir təfəkkürlü gənclərin hazırlanmasını tələb edir.
Hazırda alimlər və pedaqoqlar qarşısında duran ən mühüm vəzifə, hər bir
fundamental elmin bütövlüyü və tamlığını müəyyənləşdirib, sonra təbiət
elmlərinin, humanitar elmlərin daxili əlaqələrini nəzərə alaraq son mər-
hələdə fənlərin tədrisinin yeni fundamental, bütöv sistemini və məz-
mununu yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların əsasını
“təhsil alanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək”
təşkil etməlidir.
4. Bütün həyat boyu təhsilalma. Cəmiyyətin inkişaf tenden-siyası
insanları biliklərinin sərhəddini, ixtisasını dəyişmək məcburiyyətində
qoyur. İndiki şərait tələb edir ki, insan özünü tez-tez kəskin şəkildə
Dostları ilə paylaş: |