370
ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə ardı-
cıllığını, hər fənnə verilən saatların miqdarını, təhsilin müd-
dətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris
planı deyilir.
10.4. Tədris fənni
Bəzi ədəbiyyatda yazılır ki, ümumtəhsil məktəblərində elmlə-
rin əsasları öyrədilir. Bu fikirlə razılaşmaq olmaz. Çünki, ümumtəh-
sil məktəblərində öyrədilən elmlərin əsasları deyil, tədris fənnidir.
Tədrif fənni anlayışını elmin əsasları anlayışı ilə eyniləşdirmək düz-
gün deyil. Hər bir elmin xeyli sahələri vardır. Məsələn, bitkilərin
anatomiyası və fiziologiyası, heyvanların anatomiyası və fiziologi-
yası, insan anatomiyası və fiziologiyası, bitkilərin sistematikası, gi-
giyena, mikrobiologiya, sistologiya, genetika və s. biologiyanın sa-
hələridir. Tədris fənni biologiyanın sadalanan və sadalanmayan sa-
hələrinin hamısını deyil, müvafiq tədris müəssisəsinin tələblərinə
cavab verənləri əhatə edir .
Tədris fənni müvafiq elmin nəinki bütün sahələrini, hətta
onun əsaslarını da hərtərəfli ehtiva etmir. Məsələn, fizika, kimya, ri-
yaziyyat, Azərbaycan dili və digər elmlərdə elə anlayışlar var ki,
elmlərin əsasları hesab edilir, lakin məktəbdə öyrənilmir.
Tədris fənninin məzmununa daxil etmək üçün elmdən götürü-
lən anlayışlar didaktik cəhətdən işlənir bu zaman şagirdlərin imkan-
ları da nəzərə alınır. Əks təqdirdə təlim işi xeyli çətinləşir: müvəffə-
qiyyət qazanmaq mümkün olmur. Gənc nəslə aşılanması zəruri olan
bir çox əməli bacarıq və vərdişlər, yaradıcı fəaliyyətə gərəkli olan
tədqiqat xarakterli tapşırıqlar elmin əsaslarına aid olmayıb tədris
fənninin tərkib hissələrindən biridir.
Anlayışların elmdəki sistemi ilə tədris fənnindəki sistemi ara-
sında da fərq olur. Məsələn, botanikanın məktəbdə öyrənilməsi hü-
ceyrənin öyrənilməsindən deyil, ətraf mühitin bitki örtüyünün mü-
şahidəsindən başlayır.
Tədris fənni elmin təkcə didaktik cəhətdən işlənmiş əsaslarını,
habelə müvafiq bacarıq və vərdişləri gənc nəslə öyrətməklə kifayət-
lənmir. O, həm də şagirdlərin tərbiyəsinə və əqli inkişafına xidmət
371
etməlidir. Elmlərin əsasları isə özlüyündə tərbiyə və əqli inkişafa is-
tiqamətlənməyə də bilir.
Beləliklə, bu və ya digər elmdə mübahisə doğurmayan, isbat
olunmuş biliklər (anlayışlar, qanun və qanunauyğunluqlar, qaydalar,
teoremlər və s.) həmin elmin əsaslarıdır. Tədris fənni isə tədris mü-
əssisəsində öyrənilməsi nəzərdə tutulan və müvafiq elm üzrə didak-
tik cəhətdən işlənən, tərbiyə və inkişaf imkanı olan zəruri biliklərin,
habelə bunların mənimsənilməsinə xidmət edən bacarıq və vərdişlə-
rin sistemidir.
Bu fikirdən bir sıra əməli nəticələr çıxır. Elmin əsaslarına aid
hər cür biliyi və ya anlayışı təhsilin məzmununa mexaniki şəkildə
daxil etmək olmaz. Bu və ya digər anlayışın tədris fənninə daxil
edilməsinin zəruriliyi lazımınca əsaslandırılmalıdır.
Anlayışın tədris prosesinə qoşulması zərurəti isbat olunduq-
dan sonra həmin anlayış didaktik cəhətdən işlənilməlidir. Çünki ey-
ni anlayış müxtəlif tipli tədris müəssisələrində başqa-başqa istiqa-
mətlərdə öyrədilə bilir. Anlayışın öyrədiləcəyi sinif, şagirdlərin im-
kanları da diqqət mərkəzində durmalıdır. Çünki sinifdən asılı olaraq
anlayış müxtəlif səviyyələrdə öyrədilir.
Tədris fənninin məzmununa daxil edilən anlayışın mənimsə-
nilməsinə və praktikada tətbiqinə imkan verən çalışmalar müəyyən-
ləşdirilməlidir. Bunsuz tədris fənni tamamlanmır. Tədris fənninin
məzmununa daxil edilən anlayışın tərbiyəvi imkanları aydınlaşdırıl-
malıdır. Tədris fənninin məzmununa daxil edilən anlayışın öyrədil-
məsi şagirdlərin psixoloji inkişafına kömək etməlidir. Bu mənada
aşağıdakı sualın cavabı da aydın olmalıdır: tədris prosesinə daxil
edilən anlayış şagirdlərdə hansı psixoloji funksiyaları hərəkətə gətir-
məlidir?
10.5. Tədris proqramları
Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tər-
tib olunur. Tədris proqramlarında aşağıdakılar öz əksini tapır:
1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şa-
girdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olu-
nan forma və metodları;
372
2) öyrənilən materialın tematik məzmunu;
3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf
edəcəyi saatların təxmini miqdarı;
4) dünyagörüşünün əsas elementlərinin siyahısı;
5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;
6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;
7) tövsiyə edilən ədəbiyyat.
Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar
olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variant-
ları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin
maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda
proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan is-
tifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yarat-
maq haqqında qərarı məktəb şuraları verir.
Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elm-
lər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili
əlaqələr də tədris proqramında nəzərdə tutulur.
Deməli, tədris planına əsasən fənnin hissələrini və ya böl-
mələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn
üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat
vərəqinə malik olan sənədə tədris proqramı deyilir.
Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə
başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün
ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris
planı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-
tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər.
10.6. Dərslik, iş dəftəri və müəllim üçün
metodik vəsait komplekti
Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhə-
miyyətli resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında
dərsliklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdir-
mək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərslik-
lər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də təhsil islahat-
Dostları ilə paylaş: |