|
Annotasiya
384
siniflər üçün humanitar fənlər üzrə dərsliklər də yeniləşdirildi. V-XI
siniflər üçün “Azərbaycan tarixi” (7 kitabda), VI-IX sinif üçün “Azərbay-
can coğrafiyası” ( 2 kitabda), həmçinin IX, X,XI siniflər üçün “Ədəbiyyat
müntəxabatı” çap edildi. Bu dərsliklərin əksəriyyəti, o cümlədən “Azər-
baycan tarixi” (V-XI siniflər) və “Ümumi tarix” (VI-IX siniflər) dərs-
likləri rus dilinə tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-
IV sinif proqramları, V-XI siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün
“Biologiya”, VII-XI siniflər üçün “Fizika” və “Astronomiya”, VIII-XI
siniflər üçün “Kimya” proqramları əsaslı şəkildə təkmilləşdirilərək çap
olundu.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işi-
nin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azərbaycan Əlif-
bası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2002-
ci il tarixli fərmanları “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə ye-
nidən baxılması zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə
tərtib edilmiş və 1999-cu ildə təkmilləşdirilmiş proqramlar əsasında yazıl-
mışdı və təbii ki, bir sıra çatışmazlıq və nöqsanları vardı. İlk növbədə,
görkəmli alimlər və qabaqcıl orta məktəb müəllimlərinin iştirakı ilə
“Azərbaycan dili” və “Ədəbiyyat” proqramları (2002-ci il) və bunun əsa-
sında yeni dərsliklərin hazırlanmasına başlanıldı. Həmin il yeni “Riya-
ziyyat” proqramı da hazırlandı.
Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin çap
keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezi-
dentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət standartları haqqında Azərbaycan Respublikasının Qanunu”na
uyğun olaraq ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üçün 2002-ci
ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə çap olunub məktəblərə
pulsuz paylanılmışdır.
Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü
ildən başlayaraq mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif
dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr edilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il
tarixli, 56 saylı Sərəncamı ilə “2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı”nın icrasını təmin etmək məqsədilə 2004-2005-ci tədris ilində
35 adda dərslik çap edilmiş, respublikanın I-VII sinif şagirdləri və eləcə
də I-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün uşaqları dərsliklərlə
pulsuz təmin olunmuşdur. 2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI
sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap olunmuşdur. Həmin il V-
XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla proqramlar müvafiq
385
olaraq iki variantda hazırlanmışdır ki, bu da müəllimlərin işini xeyli asan-
laşdırmışdı. 2005-2006-cı tədris ilində Dövlət Proqramına uyğun olaraq
ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün dövlət vəsaiti hesabına 117
adda dərslik çap olunmuşdur.
Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na
müvafiq olaraq 2005-2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI
sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı uğurla başa çatdırılmış,
Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta
məktəb şagirdlərinin dərsliklərlə pulsuz təminatını reallaşdıran yeganə
ölkə olmuşdur. 2006-2007-ci tədris ili üçün 108 adda I-XI sinif dərsliyi
çap edilmişdir.
Ümumtəhsil sistemində dərslik siyasəti Təhsil Nazirliyinin, onun
müvafiq strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai or-
qanların vasitəsilə həyata keçirilir. Əsas məqsəd isə məktəbliləri müasir
standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnən, vətəninə, xalqı-
na, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəmi-
nində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır
və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Məhz bu baxım-
dan şagirdlərin yalnız dərsliklər deyil, digər əlavə vəsaitlərlə təminatı
istiqamətində respublikamızda uğurlu addımlar atılmaqdadır.
Ədalət naminə söyləyək ki, Təhsil Nazirliyi bütün bu illər ərzində
ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanması işinin
yaxşılaşdırılması istiqamətində mühüm işlər görərək irəliləyişlər əldə etsə
də, bununla kifayətlənməmiş, eyni zamanda paralel olaraq bu sahədə
dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənmiş, təhlil etmiş,
nəticədə düşünülmüş bir siyasət hazırlanmışdır. Əlbəttə, bu siyasətin
həyata keçirilməsi üçün kompleks tədbirlərin reallaşdırılması, müəyyən
normativ sənədlərin yaradılması vacib idi ki, bu istiqamətdə də zəruri
addımlar atılmışdır.
2005-ci ildə qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb
olunmaqla “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi hazırlanaraq
Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra
23.01.2006-cı il tarixli, 22 nömrəli əmrlə təsdiq edildi.
“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin əsas müddəa-
larından biri ondan ibarətdir ki, dərsliklər əvvəlki kimi subyektiv mü-
lahizələrə əsasən formal deyil, təsdiq olunmuş konkret meyarlara əsasən
qiymətləndirilir. Bu mexanizm dərslik müəllifliyi sahəsində inhisarçılı-
ğın aradan qaldırılmasına, müsabiqəyə təqdim olunan dərsliklərin seçi-
minin obyektiv aparılmasına imkan yaradır.
Dostları ilə paylaş: |
|
|