Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
 
140 
 
Şəkil 1.90. Trebuşetin ümumi görünüşü. 
üzərində  qurulurdu.  Bu,  maşını  nəql  etməklə  bərabər,  həm  də  atma 
zamanı ona təkan verirdi və beləliklə atma məsafəsini artırırdı. Bununla 
bərabər çarxlı maşınlar yumşaq torpaqlarda  bataraq qalırdılar ki, bu da 
onların manevretmə qabiliyyətini aşağı salırdı.  
Avropaya 
odlu 
silahların 
ərəblərdən 
İtaliya 
ərazisi 
uzərindən  gəlməsi  ilə  bağlı 
olaraq,  topların  ilk  dəfə  tətbiq 
olunması  da  Florensiyada  baş 
verir.  Ona  gorə  də,  bu  sahədə 
tətbiq  olunan  anlayışlar  (kanon, 
bombardman)  Italiyan  mənşə- 
lidirlər.  İlk  olaraq  toplar  Çində 
düzəldilsə  də,  onların  texniki 
cəhətdən 
təkmilləşdirilməsi 
avropalılara  aiddir.  İlk  toplar 
ölçüsünə  görə  çox  kiçik  olub,  əl 
silahı  kimi  istifadə  olunmuşdur. 
Onların  kalibrləri  30-40  mm 
arasında yerləşirdi (şəkil 1.91).  
Bu  toplar  ilk  vaxtlarda  adi 
sağanaq  şəklində  hazırlanmış  və 
oxların 
atılmasında 
istifadə 
olunmuşlar. 
1360-cı 
ildə 
qurğuşun 
mərmilərin 
düzəldilməsi 
ilə 
əlaqədar 
topların 
konstruksiyalarında  köklü  dəyişikliklər  baş  verir.  Barıtın  yanması 
zamanı əmələ gələn qazın enerjisini kinetik enerjiyə çevirmək üçün yeni 
topların kipliyi artırılmışdır. Bundan əlavə kürəni atmaq üçün uzadılmış 
borulardan  istifadə  edilmişdir.  O  dövrdə  məlum  olan  başqa  silahlara 
(trebuşet,  oxatan  sağanaq)  nisbətən  toplar  daha  dəqiq  idilər  və  uzaq 
məsafəyə mərmilərin atılmasını təmin edirdilər. 
 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
141 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  səbəbdən  X
Ι
V  əsrdə,  topların  döyüş  silahı  kimi  tətbiqi  yan 
keçilməz  idi.  Uzun  müddət  topların  yüklənməsi  onun  qabaq  tərəfindən 
aparılmışdır. 1380-ci ildə ilk dəfə olaraq alman  mühəndisi Vöqler (alm
Vögler)  tərəfindən  topların  arxa  tərəfdən  yüklənməsi  sınaqdan 
keçirilmişdir [1.71].    
Topların Avropada geniş tətbiqi əlbəttə barıtın burada yenidən ixtira 
olunması  ilə  bağlı  idi.  Barıt  ilk  dəfə  Çində  tapılsa  da,  orta  əsrlərdə 
Avropa  əyalətlərində  bu  sehirli  tozun  kimyəvi  tərkibi  maraqla 
öyrənilirdi. Artıq X
ΙΙΙ
 əsrdə Avropada barıtın tətbiqinə aid  məlumatlara 
rast  gəlinir.  İlk  dəfə  olaraq  inglilis  Roje  Bakon  (ingl.  Roger  Bacon
1242-1267-ci  illərdə  tərtib  etdiyi  əlyazmalarında  barıtın  tərkibinə  və 
tətbiqinə aid müxtəlif məlumatlar verir. X
Ι
V əsrdə alman keşişi Bertold 
Şvarts  (alm.  Berthold  Schvarz)  barıtın  istehsal  olunması  ilə  məşğul 
olmuşdur.  Orta  əsrlərdə  odlu  silahların  istehsalı  və  tətbiqi  Almaniyada 
geniş  yayılmışdır.  Buna  o  dövrdə  fəaliyyət  göstərən,  barıt  istehsal  edən 
manufakturaların olması dəlalət edir [1.19].  
Döyüş  texnikası  ilə  bərabər  antik  dövrdən  məlum  olan hazırlama 
üsullarını özündə əks etdirən bir çox sənət növləri də orta əsrlərdə  geniş 
 
 
Şəkil 1.91. Ən qədim Avropa odlu silahı, oxatan sağanaq, 1330-ci il. 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
 
142 
 yayılmışdır.  Germanların  əhatə  etdiyi  ərazilərdə    dəmirçi  peşəkarlığı 
geniş  tətbiq  olunurdu.  Ən  qədim  German  dəmirçi  alətləri  antik  dövrün 
sonuna  dəlalət  edir.  Onların  alətləri:  zindan,  çəkic,  bülöv,  kəlbətin  və 
deşici  alətlərdən  ibarət  idi.  Ancaq  məftil  istehsalı  və  stamplarla  döymə 
hələ  o  dövrdə  məlum  deyildi.  Dəmirçi  məhsullarına  silahlar,  əsasən  isə 
bir  və  iki  tilli  qılınc,  balta,  dəbilqə  və  eləcə  də  kənd  təsərrüfatı  və 
emalatxana  alətləri  aid  idilər.  Antik  dövrdən  və  qədim  Şərqdən  məlum 
olan, iplə işləyən torna dəzgahı da geniş tətbiq olunurdu.  
German  sənətkarlığının  inkişaf  etməsini  həm  də  o  dövrdə  tekstil  və 
saxsı  qabların  istehsalında  görmək  mümkündür.  Onlar  yaşayan 
ərazilərdə kəndçi 

 sənətkar əlaqələri yeni dövrün başlanması üçün əsas 
rol  oynayan  orta  əsrin  iqtisadi,  texniki  və  mədəni  inkişafına  təkamül 
vermişdir.  
Antik  dövrün  ənənələrini  götürüb,  inkişaf  etdirmək  də  xristianlıq 
dininin  yayılması  ilə  bərabər  kilsələrin  uzərinə  düşmüşdür.  Roma  və 
Yunanıstandan  fərqli  olaraq  kilsələr  insanları  sənətkarlıq  işləri  ilə 
məşğul  olmağa  məcbur  edirdilər.  Orta  əsr  üçün  əsas rol  oynayan  kotan 
və su çarxının ixtirası kilsələr tərəfindən qəbul edilərək tətbiq edilmiş və 
yayılmışdir.  Qədim  yunan  su  dəyirmanı  Qaliya,  İngiltərə  və  həmçinin 
Mozel və Reyn ərazilərində tətbiq  edilmişdir. Kotan və su dəyirmanları 
sonrakı  dövrdə  yeni  texnologiya  və  işçi  maşınların  yaradılmasında 
aparıcı rol oynamışdılar.  
Kilsələrdə  sənətkarların  hazırladıqları  bürünc  zınqırovlarla  bərabər, 
kilsələrdən  kənarlarda,  kəndlərdə  də  metal  üzrə  sənətkarlıq  işləri 
inkişafdan qalmırdı. Döymə əsas üsul olaraq qalırdı.  
Dəmirin  saflaşdırılması  Germanların  dövründə  də  qədim  dövrdəki 
kimi kömür sobalarda aparılırdı (bax: səh. 35). Dəmirin əridilməsi üçün 
lazım  olan  yüksək  temperatur  əldə  edilə  bilmədiyindən,  töküklərin 
istehsalı  mümkün  deyildi.  Dəmirin  keyfiyyəti  sadəcə  olaraq,  müxtəlif 
termiki emal üsullarının köməyi ilə əldə edilirdi.  
Dəmirçilərin  alətləri  də  illər  boyu    az    dəyişmişdir.  Orta    əsrlərdə  
dəmirçi işləri kənd təsərrüfatı üçün lazım olan alət, kotan hissələri, mis-  


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə