Antik dövrdə maşınqayırma



Yüklə 6,62 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix15.07.2018
ölçüsü6,62 Mb.
#55969
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
137 
 
şərait yaratmışdır [1.13].  
X
ΙΙΙ

X
Ι
V  əsrlərdə  Avropada  tətbiq  olunan  kimya  Ərəbistandan 
gəlmişdir.  Tarixi  qaynaqlardan  məlum  olur  ki,  kimya  orta  əsrlərdə 
Avropada  hərtərəfli  biliklərin  tətbiqini  tələb  edən  bir  elm  kimi 
öyrənilməyə  başlanır.  Burada  İsgəndəriyyə  məktəbinə  mənsub  olan, 
Avropa  monastırlarında  saxlanılan  əlyazmalar  böyük  rol  oynamağa 
başlayır. İlk zamanlarda ərəblərdən Avropaya daxil olan kimyagərlık bir 
müddət  əyləncə  məqsədləri  üçün  istifadə  olunur.  Sonralar bu  sahələrdə 
onların  öz  təcrübələri  yarandıqdan  sonra,  kimya  elm  səviyyəsində 
öyrənilməyə başlanır [1.70, 1.71].               
Orta əsrlərdə döyüş texnikası da müəyyən dəyişikliklərə məruz qalır. 
Ümumiyyətlə,  döyüş  texnikası  hər  bir  tarixi  dövrün  istehsal 
texnologiyasını  qiymətləndirmək  üçün  meyyar  kimi  qəbul  edilir. 
Müharibə  texnikasının  inkişafı  həmişə  döyüş  zamanı  üstünlüyə  imkan 
verən  texniki  vasitələrin  əldə  edilməsinə  yönəlir.  Orta  əsrlərdə  bu 
sahədə  inkişaf  əsasən  məlum  olan  döyüş  maşınları  və  silahların 
təkmilləşdirilməsindən ibarət idi.  
Zirehli  paltarların  hazırlanmasına,  ox,  nizə  və  qılıncların  kütləvi 
istehsalından  fərqli 
olaraq  başqa  tələblər  qoyulurdu.  Silahın 
keyfiyyətinin artırılması, onun düzəldilməsi üçün lazım olan maliyyənın 
artırılmasını  tələb  edirdi.  Digər  tərəfdən  keyfiyyətli  döyüş  texnikası  ilə 
təchiz  olunmuş  ordu  daha  geniş  taktiki  imkanlara  malik  olurdu.  Döyüş 
texnikasının  hazırlanmasında  tətbiq  olunan  istehsal  proseslərində 
innovasiya  silahın  tətbiqi  zamanı  əldə  edilən  təcrübələr  əsasında  baş 
verirdi.  Çox  zaman  konstruktiv  təkmilləşmə  ilə  bərabər,  yeni 
materialların  tətbiqi  də,  onların  keyfiyyətcə  dəyişməsinə  kömək  edirdi 
[1.71].  
Zirehli 
paltarlar 
bir-birinə 
keçirilmiş 
metallik 
üzüklərdən 
düzəldilirdi.  Bu  zirehdən  baş  və  boyun  nahiyəsini  və  ayaqların  yuxarı 
hissəsini qorumaq üçün  istifadə edilirdi. Orta əsrlərdə döyüş və ov üçün 
döşə  qoyulan  yaylar  –  Arbaletlər  geniş  yayılmışdılar  (şəkil  1.88).  Bu 
silahın işləmə prinsipi antik dövrdə, Vitruvinin işlərində təsvir  olunmuş  


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
 
138 
katapultlarınkı ilə eyni idi. Bizim eranın əvvəlində bu silahdan çevik ox 
atan  kamanların  inkişafı  nəticəsində  az  istifadə  olunmuşdur.  Arbalet 
Cində,  Bizansda  və  Ərəblərin  hökmranlığı  dövründə  də  döyüş  silahı 
kimi  geniş  tətbiq  olunmuşdur.  Müxtəlif  dövrlərdə  düzəldilən  arbaletlər 
öz  konstruksiyaları  ilə  bir-birindən  fərqlənsə  də,  onlar  oxşar  işləmə 
prinsipinə malik olmuşlar.  
Arbalet əsasən uzunsov  gövdədən  ibarətdir. Bu gövdənin üzərindəki 
yuvaya  atılacaq  ox  qoyulur.  Gövdənin  sonunda  silahı  sinəyə  sıxmaq 
üçün  qol  bərkidilir.  Bu  qol  dəmirdən,  ağacdan,  ya  da  buynuzdan 
düzəldilirdi.  Atıcı  mexanizm  dəstəkdən,  gərilən  ipi  tutmaq  üçün 
şaybadan  (  o  əslində  “qoz”  adlanır)  ibarətdir.  Arbaletin  uc  hissəsində 
bərkidilimiş yaylar ox atmaq üçün lazım olan qüvvəni yaratmağa xidmət 
edir.  Bu  yaylar  iplər  vasitəsilə  gərildikdən  sonra  silah  hazır  vəziyyətə 
gətirilir.  Yayların  gərilməsi  silahın  tipindən  asılı  olaraq  ya  əllə,  ya  da 
mexaniki olaraq aparılırdı. Əl ilə silahı yükləmək üçün onun bir ucu  
 
ayaqla tutularaq, iplər çəngəlin köməyi ilə əl ilə dartılırdı. Gövdənin uc 
hissəsində yerləşmiş çarx qolu isə ipləri mexaniki olaraq gərməyə imkan 
verirdi (şəkil 1.89). Döyüşçü atıcı dəstəyə basdıqda gərilmiş ip azad olur 
və ox böyük sürətlə qabağa atılır.  
X  əsrdə  Arbaletlər  Avropada  yenidən  maraqla  istifadə  olunmağa 
başlanır.  X
ΙΙ
  əsrdə  Arbalet  İngiltərə  və  Fransada  döyüş  silahı  kimi, 
orduda  tətbiq  olunurdu.  Arbaletin  ox  atan  kamanlardan  fərqi  ondan 
ibarət idi ki, bu silahla dəqiq nişan almaq mümkün idi. Bundan əlavə bu 
 
Şəkil 1.88.  Orta əsrdə istiafdə olunan arbaletlər. 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 
139 
 
silahın  istifadə  olunması  çox  asan  və  sadə  idi.  Arbaletin  atdığı  oxun 
dəymə zərbəsi adi kamana nisbətən çox yüksək idi. 
Tarixi qaynaqlara görə, bu silahla 150 m-dən dəbliqəni deşmək, 200 
m məsafədən isə atlını vurub salmaq olurdu. Oxun uçma məsfəsi isə 300 
m-ə  çatırtdı [1.72].             
Antik  dövrdən  məlum  olan  böyük 
ölçülü  katapultlar  (Trebuşetlər)  da  orta 
əsrlərdə  döyüş  texnikasının  əsasını  təşkil 
edirdi  (şəkil  1.90).  Trebuşet  atıcı  maşın 
olub  daş,  mərmi,  alovlanan  hissə  və  bəzi 
hallarda  heyvan  leşini  düşmən  tərəfə 
atmaq  üçün  istifadə  olunurdu.  Tarixi 
mənbələrə  görə,  trebuşet  odlu  mərmiləri 
400-m  məsafəyə  qədər  atmaq  gücünə 
malik olmuşdur. Trebuşet, deyilənlərə görə 
Çində 
ixtira 
olunub. 
Avropaya 
isə   
ərəblərin 
tikinti 
işləri 
üçün 
təkmilləşdirdikləri 
formada 
gəlib 
çatmişdır. 
Barıtın 
kəşfindən 
sonra 
trebuşetlər  getdikcə  istifadədən  çıxmağa 
başlamışdır [1.71, 1.74].  
Trebuşet tam ağacdan hazırlanaraq nəql 
ediləbilmə 
qabiliyyətinə 
malik 
idi. 
Trebuşetin  iş  prinsipi  qravitasiyaya  əsaslanırdı.  İki  böyük  dayaq 
arasında  yerləşdirilmiş,  ox  ətrafında  dönə  bilən  tirin  bir  ucuna ağır  yük 
asılır.  Digər  ucu  isə  iplə  aşağıya  dartılaraq  bərkidilirdi.  Beləliklə,  tir 
gərilmiş  şəkilə  gətirilirdi.  Trebuşetin  sərbəst  ucuna  torba  bağlanır  və 
onun içərisinə atılacaq mərmi yerləşdirilirdi. Tir xüsusi dəstəyin köməyi 
ilə  sərbəst  buraxıldıqda  o,  yuxarıya  doğru  hərəkət  edərək  sürətlənir  və 
torbada olan mərmi atılırdı. Tirin uzun və qısa qolunun arasındakı nisbət 
1/4-ə kimi olurdu. Ağır daşları 200-250 m məsafəyə atmaq o dövr üçün 
döyüş texnikasında böyük irəliləyiş idi. Bəzi hallarda trebuşetlər  çarxlar 
 
Şəkil 1.89. Arbaletin  
                  yüklənməsi. 


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə