Renessans dövründə maşınqayırma
204
Aqostino Ramelli ( 1530
−
1590)
A
qostino Ramelli ( ital. Agostino
Ramelli) 1531-ci ildə İtaliyanın Ponte
Treza şəhərində anadan olmuşdur
(şəkil 1.154). 1555-ci ilə qədər Gian
Giakomo de Mediçiyə (1495
−
1555)
xidmət etmişdir. Özünün yazdığı kimi,
bu dövrdə Ramelli riyaziyyat və
memarlıq üzrə təhsil alır. Mediçinin
hökmdarının yanında çalışan Ramelli
çox ehtimal ki, Gian Giakomonu bir
çox döyüşlərdə müşaiyət edib.
Ramelli
daha
sonra
Fransaya
Enriko von Anjousun (1551
−
1589)
yanında xidmət etmək üçün dəvət alır. 1574-cü ildə Enriko Fransanın
şahı olur və Enriko III adını daşıyır. Bundan sonra Ramellinin sarayda
mövqeyi möhkəmlənir. 1588-ci ildə Ramellinin möhtəşəm əsəri
“Müxtəlif və qabiliyyətli maşınlar” (ital. Le diverse ed artificose
machine de lcapitano Ramelli) böyük formatda Parisdə çap olunur.
Kitabın yüksək keyfiyyətdə tərtibi Ramellinin malik olduğu maliyyəyə
dəlalət edir. Kitab italyan və fransız dilində yazılmış, bir hissəsi onun öz
ixtirası olan 195 cizgidən ibarət maşın və mexanizmləri əhatə edir.
Kitabda 110 nasos, 25 dəyirman, 10 kran, ağır yükü çəkmək üçün 7
mexanizm, 15 körpü növü, düşmən səddini keçmək üçün 14 tərtibat və
mərmiləri atmaq üçün avadanlıqlar təsvir olunmuşdur [1.90].
Ramellinin kitabı renessans dövrünün mühəndislik bəhrələrindən
olub, uzun müddət Avropada mexanikanın inkişafına təkamül vermişdir.
O, Aqrikolanın “De Re Metallica (1556)“ kitabı ilə birlikdə ixtiralar və
maşınlar haqqında məlumat verərək böyük təsirə malik olub, renessans
dövründə ən çox surəti çıxarılan kitab idi.
Ramelli haqqında bizə gəlib çatan, Filippo Pigafettaya məxsus qeyd-
Şəkil 1.154. Aqostino Ramelli.
Renessans dövründə maşınqayırma
205
lər 1590-ci ilə təsadüf edir. Orada Ramellinin mühasirədə olan Parisin
müdafiə olunmasında iştirakından söhbət açılır. Ancaq bundan sonra
Ramellinin harada yaşaması və vəfat etməsi haqqında məlumat yoxdur
[1.90].
Ramellinin kitabına ümumilikdə nəzər saldıqda, onun bir çox
maşınlarının mürəkkəb olduğu nəzərə çarpır. Buna görə də, o, bir çox
mütəxəssislər tərəfindən “Mürəkkəb maşınların dostu” adlandırılmışdır.
Bu onunla əlaqədar idi ki, Ramelli nə mühəndis, nə də ki, texniki sahə
üzrə alim idi. O, yazdığı kitabı maşınqayıranlardan çox texnika
həvəskarları üçün
nəzərdə
tutmuş-
dur. Bu renessans
dövründə
saray
əyanları
üçün
xarakterik idi.
Ramellinin
kitabında
təsvir
olunan maşınların
kinematikasına
nəzər
saldıqda
məlum olur ki,
onların
çoxu
praktiki əhəmiy-
yəti olan funk-
siyalara
malik-
dir. O da məlum olur ki, bu maşınların çoxu artıq Leonardo
məktəbindən məlum idi. Ona görə də, mexanizmlərdən yalnız 3-ü yeni
adlandırıla bilər [1.45]. Bu maşın və mexanizmlərdən maşın-
qayırmanın tarixi baxımından maraqlı olan bir neçəsinə nəzər salaq.
Şəklil 1.155-də təsvir olunmuş metal dəstəklərlə, əl ilə hərəkət
etdirilən dəyirman onun etdiyi ixtiralardandır.
Şəkil 1.156-da sonsuz zəncirlə işləyən çarx ona qədər məlum olan
Şəkil 1.155. Dəyirman. Şəkil 1.156. Zəncir
çarxı.
Renessans dövründə maşınqayırma
206
çarxların təkmilləşdirilmiş forması idi.
Adi halda, ayaqla fırlanan
çarxları, işçilər ayaq üstə
duraraq
öz
ağırlıqlarının
təsiri ilə fırladırdılar. Bu çox
çətin və zəhmətli bir iş idi.
Ramellinin təklifinə görə,
işçi çarxın üzərində oturaraq
ayaq əzələlərinin köməyi ilə
çarxı fırladırdı. Şəkil 1.157-
də göstərilmiş maili çarx isə
daha
asan
fırlana
bilən
mexanizmə malikdir. İşçi maili müstəvidə yeriyərək, öz ağırlığının təsiri
ilə çarxı nisbətən asan fırladırdı.
Ramellinin hərəkət mexanizmlərindən dişli çarx ötürmələrini qeyd
etmək olar. Bucaq altında işləyən dişli çarxlarla bərabər, Ramelli
fırlanma hərəkətini irəli-geri hərəkətinə çevirən mexanizmlərə xüsusi
maraqla yanaşır.
Şəkil 1.158, a-da təsvir olunmuş mexanizmdə yarısı dişlərlə örtülmüş
çarx fırlandıqda, növbə ilə gah sağdakı, gah da soldakı dişlərlə təmasa
a)
b)
Şəkil 1.158. Dişli çarx ötürməsi.
Şəkil 1.157. Ayaqla fırladılan çarx.
Renessans dövründə maşınqayırma
207
girir. Nəticədə, yönəldicilər üzərində yerləşmiş çərçivə irəli-geri hərəkət
edir.
Əgər fırlanma hərəkətini baş müstəviyə ötürərək irəli-geri hərəkətə
çevirmək lazım gələrsə, onda Ramelli şəkil 1.158 b-də təsvir edilən dişli
çarx ötürməsindən istifadə edir. Bu ötürmədə yarısı dişlərlə örtülmüş
çarx üfiqi vəziyyətdə yerləşmiş valın üzərindəki dişlərə ardıcıl olaraq
ilişərək, valı gah bu, gah da digər tərəfə döndərir.
Dişli çarx ötürmələrini su nasoslarında tətbiqi şəkil 1.159, a-da
verilmişdir. Yanaşı yerləşdirilmiş nasosların oxu, üzərində dişli daraqlar
olan lövhəyə birləşdirilir. Bu lövhələr uc tərəfdən bir-biri ilə çarxa
dolanmış zəncirlə əlaqələndirilir. Lövhələrin üzərindəki dişlər aparıcı
valın üzərindəki dişli çarxlarla əlaqələndirilir. Val döndükdə o, hərəkəti
nasosun oxuna ötürərək onları ardıcıl olaraq yuxarı-aşağı hərəkət etdirir.
a)
b)
Şəkil 1.159. Su nasosları.
Ramellinin mexanizmlərində vintin tətbiqinə də böyük yer verilir.
Sonsuz vint və daraqlı lövhələr ilişməsinə bu gün də tez-tez rast gəlinir.
Bu ilişmə texnikanın tarixində ən qədim ötürmələrdən sayılır. Bu
ötürmələrdən Ramelli su nasoslarında istifadə etmişdir. Şəkil 1.159, b-
Renessans dövründə maşınqayırma
208
də fırlanan vint nasosun oxunu yuxarı-aşağı hərəkət etdirir.
Nasosların məhsuldarlığını artırmaq üçün Ramelli bir valın köməyi
ilə bir neçə nasosu hərəkətə gətirmək üçün mexanizm təklif edir (şəkil
1.160, a). Mexanizm əsasən şaquli valın üzərində yerləşdirilmiş,
üzərində yumruqcuqlar olan silindrik lövhələrdən və onun ətrafında
düzülmüş nasoslardan ibarətdir. Nasosların oxları yumrucuqlar üzərində
oturdulmuş dirsəklərlə əlaqələndirilir. Yumruqcuqlu lövhə döndükdə,
yumruqcuqlar silindrik kolbanın oxunu ardıcıl olaraq yuxarıya qaldırır.
Təmasdan çıxan ox öz ağırlığının təsirindən aşağıya düşür.
Yumruqcuqlar fırlanma hərəkətini onunla dişli çarx vasitəsilə əlaqədə
olan aparan valdan alır. Əgər nasosların oxlarının aparan valın bir
dönməsi zamanı yalnız bir dəfə hərəkət etdirilməsi lazım gələrsə, onda
şəkil 1.160, b-də göstərilmiş mexanizmdən istifadə edilir. Oxların
üzərindəki dirsəklər vintdəki yarıqda oturdulur. Bu zaman oxun yuxarı-
aşağı hərəkətinin dövrədə bir dəfə yerinə yetirilməsi üçün imkan
yaradılır.
a)
b)
Şəkil 1.160. Yumruqcuqlarla işləyən su nasosları.
Renessans dövründə maşınqayırma
209
Əvvəlki
mexanizmdən
fərqli
olaraq, burada oxun aşağıya hərəkəti
məcburi yerinə yetirilir. Ramellinin
işlərində
çarxqolu
ilə
hərəkətin
ötürülməsinə də, tez-tez rast gəlinir.
Şəkil 1.161-də verilmiş su nasosunda
belə bir mexanizm tətbiq olunmuşdur.
Əsas hərəkət, aparan valın uc
hissəsində bərkidilmiş dirsəkli qol
vasitəsilə birləşdirilmiş digər vala
ötürülür. Bu val isə öz növbəsində,
zəncirlə əlaqədə olan nasosun oxlarını
qaldırıb salır. Zəncir ötürməsinin
tətbiqi, o dövrdə ağac gövdələrin
sərtliyinin aşağı olması ilə bağlı idi.
Çünki, başqa ötürmələr sistemdə
yaranan yerdəyişmələrin təsirindən tez sıradan çıxırdı.
Ramelli su nasoslarının layihələndirilməsində ilk dəfə olaraq,
Leonardonun işlərində rast gəlinən əyilmiş kolbalardan da istifadə
etmişdir.
a)
b)
Şəkil 1.162. Əyri silindrli nasoslar.
Şəkil 1.161. Çarxqolu ilə işləyən
nasos.
Renessans dövründə maşınqayırma
210
Burada iki ötürmə tətbiq olunur. Birincidə kolbanın oxu əyilmiş
şəkildə, üzərində dişlər olan çarxdan ibarətdir (şəkil 1.162, a).
Çarx üfiqi vəziyyətdə yerləşmiş sonsuz vintlə əlaqələndirilərək,
hərəkəti nasosun silindrlərinə ötürür. İkinci nasosda hərəkəti ötürmək
üçün başqa mexanizmdən istifadə edilir (şəkil 1.162, b). Əyri silindrdə
yarıqlar açılır. Bu yarıqlara itələyicilər keçirilir. İtələyicilərə kolbalar
bərkidilir. İtələyicilər ox ətrafında dönə bilən qola bağlanır. Qolun digər
ucu nasosun üzərində üfiqi yerləşmiş, üstündə dişlər olan lövhələrə
hərəkətli qoşulur. Dişli lövhələr irəli-geri hərəkət etdikcə o, nasosun
kolbalarını
sağa-sola
hərəkət
etdirir.
Ramellinin ən sevimli və
məşhur ixtirası kitab çarxıdır
(şəkil 1.163). Bu mexanizm bir
növ
fırlanan
kitab
rəfini
xatırladır. Çarxın doğuranı üzrə
yerləşdirilmiş
rəflər
eyni
zamanda
bir
neçə
kitabın
oxunmasına imkan verirdi. Bu
mexanizm bir neçə kitabı eyni
zamanda
üfiqi
vəziyyətdə
saxlaya bilirdi. Kitablar oxucu
tərəfindən
necə
qoyulurdusa,
eləcə də qalırdı və istənilən vaxt
yenidən həmin vəziyyətdə oxuna
bilirdi.
Şəkil 1.163. Kitab çarxı.
Renessans dövründə maşınqayırma
211
Vittorio Zonça ( 1568
−
1602)
V
ittorio Zonça ( ital. Vittorio Zonca) fərziyyələrə görə 1568-ci ildə
anadan olmuşdur. Onun həyatı haqqında demək olar ki, çox az məlumat
vardır. Yalnız o məlumdur ki, o, İtaliyanın Padua şəhərində memar
işləmişdir və 1602-ci ildə 34 yaşında vəfat etmişdir. Zonçanı məşhur
edən onun vəfatından sonra 1607-ci ildə çap olunmuş “Maşınların
teatrı” (ital.“Novo Teatro di Machine etc.”) kitabıdır. Bu kitab 115
səhifədə cəmləşdirilmiş vərəqlərdən ibarətdir [1.91]. Vərəqlərdə
çəkilmiş qurğuların 42-si mis naxışlarla işlənmiş və mətnlə izah
olunmuşdur. Kitabda verilmiş nəzəri baxışlar böyük maraq doğurmasa
da, orada təsvir olunmuş texniki qurğular o dövrdə maşınqayırmanın
səviyyəsini göstərdiyindən böyük əhəmiyyətə malikdir.
Zonça da renessans dövrünün
başqa mühəndisləri kimi dişli çarx
ötürməsindən istifadə edilən, kiçik
güc tətbiq etməklə böyük iş görmək
üçün nəzərdə tutulmuş maşınların
quruluşları və işləmə prinsiplərinin
izahına
üstünlük
vermişdir.
Darvazanın ağır qapılarını qaldırmaq
üçün təsvir olunmuş mexanizm bu
növdəndir (şəkil 1.164). Şəkildən
göründüyü kimi, şaquli vəziyyətdə
hərəkətli bərkidilmiş sonsuz vintli val
üfiqi valda oturdulmuş dişli çarxla
əlaqələndirilir. Valın digər ucunda
bərkidilmiş dişli çarx darvazanın
üstündə şaquli vəziyyətdə bağlanmış
dişli lövhəyə ilişdirilir. Qapıçı sonsuz
vinti fırlatdıqda hərəkət darvazanın üstündəki dişli lövhəyə ötürülür və
onu yuxarı qaldırır. Hərəkət zamanı darvazanın gözlənilmədən aşağıya
Şəkil 1.164. Darvaza qaldıran
mexanizm.
Renessans dövründə maşınqayırma
212
düşməsinin qarşısını almaq üçün əyləcləyici tillərdən istifadə edilir. Bu
tillər dişli çarxın yalnız bir tərəfə fırlanmasına imkan verir [1.91].
Zonça dişli çarx ötürməsindən istifadə edərək asta fırlanan su
çarxının köməyi ilə dəyirman daşlarının sürətlə fırlanmasının
mümkünlüyünü göstərir. Bu dəyirmanlar renessans dövründə geniş
yayıldığından onların burada qrafiki təsvirinə ehtiyac qalmır. Zonça
kitabında bu dəyirmanlar haqqında yazır: “Böyük su çarxları kiçik
fırlanma sürətinə malik olduqları üçün valdakı çarxın dişlərinin sayı
artırılır və diametri böyüdülür. O 48 dişə və 2,2 m diametrə
malikdir...Ötürmədə iştirak edən val 7 şlisə malik olur. Su çarxı bir dəfə
dövr etdikdə dəyirman daşları 14 dəfə döndərilir.”.
Əgər normal halda su çarxının 4,5 dövr/dəq fırlanma sürətinə malik
olduğunu qəbul etsək, onda demək olar ki, yuxarıda təsvir olunmuş
ötürmənin köməyi ilə dəyirman daşları dəqiqədə 63 dəfə dönürdülər.
Şəkil
1.165-də
Zonçanın verdiyi, o
dövrdə geniş yayılmış
maili
çarxa
malik
dəyirmanın
quruluşu
təsvir
edilmişdir.
Qurğunun
təsvirində
Zonça
yazır
ki,
dəyirman
Venedikdə
taxılın üyüdülməsində
tətbiq edilmişdir. Maili
çarxın oxu 15° bucaq altında yerləşdirilir. Çarxın oxunun uc hissəsi
yeyilmənin qarşısını almaq üçün metal sağanaqlarda oturdulur. Çarxın
diametri 50 sm-dir. Onun üstündə heyvanlar hərəkət edərək dəyirmanı
hərəkətə gətirirdilər. Çarx fırlanan zaman heyvanlar eyni yerdə
addımlayırdılar. Heyvanlar yorulduğundan, onları iki saatdan bir
dəyişmək lazım gəlirdi [1.45].
Şəkil 1.165. Maili çarxa malik dəyirman.
Renessans dövründə maşınqayırma
213
Maili çarxın alt tərəfində,
üzərində 144 diş olan başqa
bir çarx bərkidilir. Bu dişli
çarx eyni zamanda üfiqi
vəziyyətdə yerləşmiş valın uc
hissəsindəki 12 ədəd dişlərlə
əlaqələndirilir. Bu valın digər
ucunda 48 dişi olan çarx
oturdulur. Dəyirmanın oxu
üzərindəki 12 dişli şlis bu
çarxla əlaqələndirilir. Belə
ki,
maili
çarx
1
dəfə
döndükdə dəyirmanın daşı 48
dəfə dönür.
Zonça
işlərində
pəstahların mexaniki emalına
da toxunur. Onun kitabında
pardaqlama emalatxanasında
tətbiq olunan ötürmələr və
qurğular təsvir olunmuşdur
(şəkil
1.166).
Üfiqi
vəziyyətdə yerləşmiş valda
pardaq və cilalama dairələri
oturdulur. Fırlanma hərəkəti
yaxınlıqda
yerləşmiş,
diametri təxminən 30 sm
olan su çarxının köməyi ilə
alınır. Su çarxının oturduğu
valın digər ucunda 60 dişə malik olan başqa bir çarx oturdulur. Bu çarx
öz növbəsində alətin oxunda oturdulmuş 2 ədəd dişli çarxa ilişir. Bu
çarxların dişlərinin sayı 15-dir. Alətin valı dəmirdən hazırlanır. Su çarxı
1 dəfə döndükdə pardaq dairələri 4 dəfə dönür.
Şəkil 1.166. Pardaqlama dəzgahı.
Şəkil 1.167. Pardaqlama dəzgahı.
Renessans dövründə maşınqayırma
214
İlk dəfə olaraq Kardanonun işlərində təsvir olunmuş, ip ötürməsinin
tətbiqinə Zonçanın verdiyi pardaq dəzgahında da rast gəlinir (şəkil
1.167). Zonçanın təsvirindən məlum olur ki, bu dəzgahda təsvir
olunmuş ip ötürməsi o dövrdə geniş yayılmamışdır. Ona görə də, o,
müəllif tərəfindən çox maraqlı bir konstruksiya kimi verilir. Zonça deyir
ki, onun ixtirası maraqlı bir konstruksiya olub, kamanla işlədilən
burğulama dəzgahına bənzəyir.
Şəkil 1.168-də təsvir olunmuş vintli pres qurğusu parça və müxtəlif
kətan lövhələrin qırışlarını açmaq üçün istifadə edilirdi.
Şəkil 1.169-da barıt hazırlanmasında və ağac kömürün üyüdülməsi
üçün istifadə olunan dəyirman verilmişdir. Bu dəyirmanın adilərdən
fərqi ondadır ki, o iki pillədən ibarətdir. Birinci pillədə kömür kobud
(solda), ikinci pillədə (sağda) isə xırda üyüdülür. Su çarxının
oturdulduğu valdan başqa, bütün vallar 12 şlisə və çarxlar 36 dişə
malikdirlər. Əsas valda oturdulmuş çarx 54 dişə və val isə 18 şlisə
malikdir.
Şəkil 1.170-də bütöv kolbalı su nasosunun quruluşu və iş prinsipi
verilmişdir. Burada ilk dəfə olaraq dirsəkli valla işləyən nasos sistemi
təsvir olunmuşdur. Əl ilə hərəkətə gətirilən val, hərəkəti dişli çarx
ötürməsinin köməyi ilə kolbanın üzərindəki dirsəkli vala ötürür. Val
Şəkil 1.168. Presləmə qurğusu.
Şəkil 1.169. Kömür üyüdən dəyirman.
DAVAMI
Document Outline - hisse 09
- hisse 10
- hisse 11
- hisse 12
Dostları ilə paylaş: |