Renessans dövründə maşınqayırma
198
Jerolamo Kardano ( 1501
−
1576)
J
erolamo Kardano
( lat
. Hieronimus
Cardanus, şəkil 1.145) 1501-ci ildə
İtaliyanın Pavia şəhərində anadan
olmuşdur (şəkil 1.145). 1521-ci ildə o,
Pavia universitetində riyaziyyat, fəlsəfə
və tibb üzrə doktor elmi dərəcəsini alır.
1531-ci ildə Milan şəhərində riyaziyyat
üzrə professor vəzifəsində çalışmağa
başlayır. Kardano eyni zamanda öz
həmkarlarına tibb üzrə məsləhətlər verir
və həkim kimi də fəaliyyət göstərirdi.
Şotlandiyaya uzun müddətli səyahət
etdikdən sonra 1559-cu ildə Kardano Milana geri dönür. O, həmin ildə
Paviada və iki il sonra Boloniyada tibb üzrə professor kimi universitetdə
dərs deyir [1.88, 1.89].
Kardano böyük təfəkkürə və biliyə malik insan idi. Riyaziyyatda
onun adı üçüncü tərtibli tənliklərin həlli ilə bağlıdır. Onun təklif etdiyi
qayda “kardan qaydası” adlanır. Kardanonun işləri XV əsrin
dəyərlərindən sayılsa da, çox vaxt onun yazıları ardıcıl olmayaraq təsvir
olunmuşdur və ziddiyyətlərlə doludur. Kardano elmi işlərini “
İncəliklər
haqqında kitab” (lat.:
De subtilitate libri XXI) və “
Materiyanın
müxtəlifliyi haqqında kitab” (lat.
De rerum varietate libri XVII)
əsərlərində təsvir etmişdir. Birinci kitabı 1550-ci ildə Nürnberqdə və
1554, 1583 və 1664-cü illərdə genişləndirilmiş halda Bazeldə çap
olunmuşdur. İkinci kitab 1557-ci ildə Bazeldə, sonra isə 1559-cu ildə
Nürnberqdə alman dilində çap olunur [1.89]. Bu kitabda mexaniki
hərəkət və bu hərəkəti icra etmək üçün çoxlu sayda mexanizmlər təsvir
olunmuşdur. Kardano işlərinin çox hissəsini irəli-geri hərəkəti fırlanma
hərəkətinə çevirən mexanizmlərə həsr etmişdir. Onun təsvir etdiyi
qurğuların əksəriyyəti başqa mənbələrdən
məlum olsa da, onların ara-
Şəkil 1.145. Jeralamo Kardano.