Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə87/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   83   84   85   86   87   88   89   90   ...   98

30 gün müddətində birinci instansiya məhkəməsi vasitəsilə
verilir (bax: İPM-in 85.1-ci maddəsi). Birinci instansiya
məhkəməsi apellyasiya şikayətini işin materialları ilə birlikdə
müvafiq apellyasiya məhkəməsinə göndərir. Şikayət vermə
müddəti axımının məhkəmə qərarının tam formada təqdim
olunma günündən başlaması onunla bağlıdır ki, tərəf yalnız
tam məhkəmə qərarı əsasında məhkəmənin nə cür qərar
çıxardığı barədə təsəvvür əldə edə və şikayət verib-ver-
məyəcəyini müəyyənləşdirə bilər. Şikayətçi apellyasiya
şikayətini, əvvəlcə, əsaslandırma hissəsi olmadan da təqdim
edə bilər. Bu hallarla bağlı İPM-in 85.2-ci maddəsinin 2-ci
cümləsində nəzərdə tutulmuşdur ki, əsaslandırma hissəsi
şikayətin təqdim edildiyi gündən 30 gün ərzində birbaşa
apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Bu qayda
onunla bağlıdır ki, birinci instansiya məhkəməsi şikayətə
özü baxmadığı üçün şikayətin əsaslandırma hissəsinin mütləq
surətdə ona təqdim olunmasına da zərurət yoxdur. 
Şikayətçi şikayətində hansı qərarı və hansı həcmdə
mübahisə ləndirdiyini, qərarın, onun fikrincə, nə üçün yanlış
olduğunu aydın şəkildə təsvir etməlidir (bax: İPM-in 85.2-
ci maddəsi). Eyni zamanda, şikayətçi konkret olaraq hansı
tələbi irəli sürdüyünü də şikayətində bildirməlidir. 
Misal:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15
fevral 2010-cu il tarixli, iş nömrəsi.... olan qərarına
qarşı apellyasiya şikayəti.
350


Şikayətin tam giriş hissəsi:
Mən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15
fevral 2010-cu il tarixli, iş nömrəsi.... olan qərarının ləğv ol-
unmasını və iddianın rədd edilməsini tələb edirəm. 
III. Apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının
hədləri
Apellyasiya instansiya məhkəməsi işə tamamilə yenidən
baxır və bu zaman tərəflərin faktiki hallarla bağlı yeni iza-
hatlarını, eləcə də yeni sübutları nəzərə alır. Lakin İPM-in
82-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya instansiya
məhkəməsi hüquqi mübahisəyə yalnız apellyasiya şikayətinin
həddində yenidən baxır. Bu o deməkdir ki, şikayətçi öz
şikayətini məhdudlaşdıra və birinci instansiya məhkəməsi
qərarının müəyyən hissələrini qəbul da edə bilər. Bunun
üçün şərt müvafiq qərarın hissələrə ayrıla bilinməsidir. Əgər
şikayətçi onun üçün əlverişsiz olan məhkəmə qərarının
müəyyən hissələrindən şikayət verirsə, bu o deməkdir ki,
həmin qərarın mübahisələndirilməyən hissələri qanuni
qüvvəyə minir. 
Misal:
İddiaçı cavabdeh inzibati orqandan ona ödənilmiş
dotasiyanın müəyyən hissəsinin geri qaytarılması
haqqında qərar alır. Həmin qərara əsasən, iddiaçı
dotasiyanı məqsədəuyğun şəkildə istifadə etmədiyi
üçün onun 2000 manatını geri qaytarmalıdır. İddiaçı
351


bu qərarı mübahisələndirmə haqqında iddia vasitəsilə
mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsi
işə baxaraq iddiaçının həmin məbləği ödəməli olması
haqqında qərar qəbul etmişdir. İddiaçı həmin qərardan
apellyasiya şikayəti verir və yalnız 1000 manatın geri
qaytarılmasını mübahisələndirir (apellyasiya şikayətinin
yalnız bu həddə uğurlu olacağını güman etdiyindən). 
İddiaçının apellyasiya şikayətindəki tələbi, birinci instan-
siyada olduğu kimi, məhkəmə tərəfindən həyata keçirilən
yoxlamanın çərçivəsini müəyyən edir (bax: İPM-in 52-ci və
82-ci maddələri). Başqa sözlə, məhkəmə yuxarıda göstərilən
misalda bu tələbdən kənara çıxa və inzibati aktı tamamilə
ləğv edə bilməz. 
B. Məhkəmə qərardadlarına qarşı şikayət üzrə icraat
Məhkəmə qərardadlarından apellyasiya şikayəti 
eyni qaydalara uyğun olaraq verilir. Fərq yalnız ondadır ki,
şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10
gün müddətində verilməlidir. Məcəllədə apellyasiya şikayətinin
verilməsi üçün məhkəmə qərarları və qərardadları ilə bağlı
fərqli müddətlərin nəzərdə tutulmasının səbəbi gös 
tə 
ril 
-
məmişdir. Bu, yəqin ki, onunla əlaqədardır ki, qərardadlara
qarşı şikayətlər daha çox müvəqqəti xarakterli müdafiəyə
dair icraatlarda verilir və buna görə də şikayətin verilib-ver-
ilməyəcəyinə dair qərar verməyin özü təcili xarakter daşıyır.
Lakin sözügedən müddəada söhbət, çox güman ki, qərardadın
352


əsaslandırma hissəsinin də elan olunduğu hallardan gedir.
Çünki tərəf, yalnız qərardadın qəbul edilmə əsasları barədə
məlumat əldə etdikdən sonra həmin qərardadı müba hi sə lən -
di rib-mübahisələndirməyəcəyini müəyyənləşdirə bilər. 
Qanunda qərardadlara qarşı şikayətlər üçün xüsusi bir ic -
raat qaydası nəzərdə tutulmamışdır. Faktiki olaraq, şikayət
ic raatı üzrə bir sıra qaydalar yalnız məhkəmə qərarlarına
qarşı şikayət verilərkən əhəmiyyət kəsb edir. Bu, xüsusilə
İPM-in 87.5-87.7-ci maddələrinə aiddir, çünki həmin nor-
malarda şikayətin predmeti qismində yalnız «qərarlar»dan
söhbət gedir. 
C. İcraat
Şikayət məhkəməyə daxil olduqdan sonra icraatın gedişatı
İPM-in 86-cı maddəsində əksini tapmışdır. Birinci instansiya
məhkəməsi, ilkin olaraq şikayətə dair qərarın qəbulu üçün
zəruri olan formal şərtlərin mövcud olub-olmadığını yoxlayır.
Lakin o, həmin formal şərtlərə riayət olunmadığı hallarda
şikayəti geri qaytara və ya apellyasiya məhkəməsinə göndərə
bilməz. Əksinə, bu cür hallarda birinci instansiya məhkəməsi
mövcud xətaları şikayətçinin nəzərinə çatdırmalı və onların
aradan qaldırılması üçün nə edilməli olduğunu ona bildirmə-
lidir. Bu baxımdan, şikayətdə yol verilən formal xətaların
aradan qaldırılması üçün İPM-in 86.3-cü maddəsində əksini
tapmış müddət (həmin müddəaya əsasən, birinci instansiya
məhkəməsi şikayətin daxil olduğu vaxtdan beş gün müddətində
həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə
müvafiq apellyasiya məhkəməsinə göndərməlidir) real hesab
olunmur. 
353


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə