Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

olun mur. Çünki öhdəliyin (vəzifənin) həcmindən asılı olaraq,
onun yerinə yetirilməsi üçün daha uzun müddətlər tələb
oluna bilər. Bununla belə, İİQ-nin 52-ci maddəsində əksini
tapmış 90 günlük müddət aşılmamalıdır. Müəyyən edilmiş
müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş
öhdəliklər icra olunmadıqda, məhkəmə İPM-in 120.3-ci
maddəsi ilə müəyyən edilmiş hədlərdə cərimə təyin edir və
İPM-in 119-cu maddəsinə əsasən onu icra edir. Məhkəmə
bu barədə qərardad qəbul edir. İnzibati orqan cərimənin
icrasından sonra da öhdəliyini yerinə yetirməkdən imtina
edərsə, məhkəmə bir neçə dəfə cərimə (lazım gələrsə, İPM-
in 120.3-cü maddəsində nəzərdə tutulmuş maksimal məbləği
aşmadan cərimə məbləğini hər dəfə artırmaqla) təyin edə və
məcburi qaydada tuta bilər (bax: İPM-in 120.4-cü maddəsi).
Məhkəmə dinlənilmə hüququ prinsipinə əsasən, tələbkarı
bütün icra tədbirləri barədə məlumatlandırmalıdır. Bu halda,
tələbkar üçüncü şəxs statusu əldə edir (bax: İPM-in 28-ci və
ondan sonrakı maddələri) və İPM-in 29.1-ci maddəsinə
uyğun olaraq, müstəqil şəkildə məhkəmənin onu əlverişsiz
vəziyyətə salan davranışına qarşı mümkün hüquqi vasitələrdən
istifadə edə bilər. O, misal üçün, məhkəmənin icra sənədinin
icra edilə bilən olmamasını əsas gətirərək icradan imtina
etdiyi hallarda şikayət verə bilər. 
E. İcra icraatında hüquqi müdafiə vasitələri 
Məcburi icra tədbirlərinə qarşı hüquqi müdafiə vasitələri
İPM-in 121-ci maddəsində tənzimlənmişdir. Bu müddəaya
əsasən, icranın əsasında dayanan məhkəmə qərarının qanuni
338


qüvvəyə minməsindən sonra da məcburi icra tədbirlərinin
müəyyən olunması haqqında məhkəmə qərardadları
mübahisələndirilə bilərlər. Predmet baxımından belə şikayətlərə
baxılması müvafiq apellyasiya instansiya məhkəməsinin
səlahiyyətinə aiddir. O, şikayətə yazılı icraat qaydasında
baxaraq qərar qəbul edir. Şikayət təmin edilmədikdə və ya
qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadından
Ali Məhkəməyə şikayət verilə bilər. Ali Məhkəmənin
qərardadı qətidir (bax: İPM-in 121.2 və 121.3-cü maddələri). 
Şikayət yalnız icra tədbirlərinə qarşı yönəldiyi halda,
mümkün sayılır. Çünki icra tədbirlərinin əsasında dayanan
məhkəmə qərarı artıq qanuni qüvvəyə mindiyindən ondan
şikayət vermək mümkün olmur. İcra sənədinin icra mümkün-
lüyündən (məsələn, icra sənədinin icrasının onun məzmununun
aydın olmaması səbəbindən mümkün olmaması), təyin
edilmiş cərimənin məbləğindən və ya icra ilə bağlı şərtlərə
riayət edilməməsindən (məsələn, icra sənədinin təqdim ol-
unmaması) şikayətlərin verilməsi mümkündür. Şikayətçi öz
fikrini, misal üçün, onunla əsaslandıra bilər ki, o, icranı
artıq həyata keçirmişdir və icra orqanı qismində çıxış edən
məhkəmə icraya dair qanunda nəzərdə tutulmuş müddəaları
nəzərə almamışdır. İPM-in 121.4-cü maddəsinə uyğun olaraq,
apellyasiya və kassasiya icraatına dair müddəalar icra
icraatında analoji qaydada tətbiq edilir. 
339


On ikinci fəsil
YENİ  AÇILMIŞ  HALLAR  ÜZRƏ  İCRAAT
A. Ümumi məsələlər
Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə
ərizəyə Almaniyanın hüquq təcrübəsində çox nadir hallarda
rast gəlinir. O, qanuni qüvvəyə minmiş məhkəmə qərarının
qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının
təzələnməsi ilə səciyyələnir. Ərizə təmin olunacağı təqdirdə,
bu, müvafiq məhkəmə qərarının qanuni qüvvəsinin aradan
qalxması ilə nəticələnə bilər. Yeni açılmış hallar üzrə icraatın
məqsədi ondan ibarətdir ki, ilkin qərarın əsasını təşkil edən
mühüm əsaslardan biri aradan qalxdıqda və ya həmin qərar
yeni sübutlar və faktlarla ziddiyyət təşkil etdikdə, ərizəçi
yenidən öz hüquqlarını müdafiə etmək imkanı əldə etsin. 
Yeni açılmış hallar üzrə icraat məhkəmə qərarlarına və
mübahisələndirilə bilinən qərardadlara şamil olunur. 
B. Şərtlər
Yeni açılmış hallar üzrə icraatın başlanması üçün şərt
ondan ibarətdir ki, məhkəmə qərarının qanuni qüvvəyə min-
məsindən sonra yeni sübutlar və ya hallar aşkar olunsun və
həmin sübutlar və ya hallar ərizəçinin təqsiri olmadan ilkin
icraat zamanı təqdim oluna bilməsin (bax: İPM-in 100-cü
340


maddəsi). Yeni açılmış hallar üzrə icraatların sayını məh-
dudlaşdırmaq məqsədilə təqsirlə bağlı tələbi nəzərə almaq
vacibdir. Ərizəçinin yalnız hüquqi mübahisənin gedişində
(şikayət instansiyasındakı icraat da daxil olmaqla) təqdim
edə bilmədiyi sübutlar və hallar sözügedən normanın tətbiqi
dairəsinə aid edilir. İstənilən yüngül bir ehtiyatsızlıq ərizəçinin
ziyanına təfsir olunur. Eyni qayda, həmçinin o zaman tətbiq
olunur ki, ərizəçinin hüquqi mübahisə üzrə icraat zamanı
diqqətli olacağı təqdirdə, həmin sübutları və halları araşdırıb
tapa bilməsinin mümkünlüyü güman edilsin. 
Normanın mətnindən və mənasından görünür ki, burada,
söhbət ya artıq ilkin icraatın gedişində mövcud olan, lakın
əldə edilməsi mümkün olmayan, yaxud sonuncu instansiyada
icraatın başa çatmasından sonra meydana çıxan, lakin bitmiş
mübahisənin predmetinə aid olan faktiki halları təsdiq
(müəyyən) edə biləcək sübutlardan və hallardan getməlidir. 
Yeni ərizəyə və fərqli, əhəmiyyətli faktiki hallara söykənən
yeni mübahisə predmeti ilə bağlı ərizəçi istənilən vaxt yeni
inzibati icraatın başlanması üçün addımlar ata bilər. Bu,
İİQ-nin 35-ci maddəsindən irəli gəlir. 
Hüquqi müdafiə vasitələrində olduğu kimi, burada da
ilkin qərarın ərizəçini əlverişsiz vəziyyətə salmış olması
zəruridir. Əgər ilkin qərar onun xeyrinə çıxarılıbsa, onun
tərəfindən hüquqi mübahisənin təzələnməsi üçün heç bir
hüquqi müdafiə marağı mövcud olmayacaqdır. 
Yeni icraat materialları fərqli, ərizəçi üçün əlverişli olan
nəticəyə nail olmaq üçün münasib olmalıdır. Bu zaman
yaranan sual yeni təqdim olunmuş halların və sübutların
məhkəməyə ilkin icraatın gedişində məlum olacağı təqdirdə,
341


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə