Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

və müddətinin müəyyən edildiyi hallarda) nəzərdə tutulması
təsbit olunmuşdur. Bu qayda prosessual xərclərlə bağlı
göstərişlərə də aiddir. Qərarın nəticə hissəsində onun icrası
ilə bağlı göstərişlərin də əksini tapıb-tapmaması, əgər taparsa,
bunun hansı qaydada təsvir edilməsi icra haqqında prosessual
normalara əsasən müəyyən edilir.
Prosessual xərclər və qərarın icrası barədə məsələlərə
dair ətraflı məlumat almaq üçün bu kitabın müvafiq fəsillərinə
bax. 
Qərarın nəticə hissəsində hüquqi müdafiə vasitələri
barədə məlumat (hüquqi müdafiə vasitəsindən istifadə
etmək imkanı, həmin vasitənin növü, hüquqi müdafiə va-
sitəsinin təqdim edilməli olduğu səlahiyyətli məhkəmə və
ondan hansı müddət ərzində istifadə edilməli olması) mütləq
göstərilməlidir. 
Misal:
Bu qərardan onun təqdim olunduğu gündən 30 gün
ərzində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya
şikayəti verilə bilər. Apellyasiya şikayətində
mübahisələndirilən məhkəmə qərarı dəqiq göstərilməlidir.
Şikayət onun verilməsi ilə eyni vaxtda əsaslandırılmalı,
yaxud şikayətin əsaslandırma hissəsi şikayətin təqdim
edildiyi gündən ən geci 30 gün ərzində birbaşa Bakı
Apellyasiya Məhkəməsinə verilməlidir. Şikayətin
əsaslandırma hissəsində şikayət verən şəxsin tələbi,
habelə şikayət üçün əsas olan faktlar və sübutlar
göstərilməlidir (bax: İPM-in 85-ci maddəsi). 
321


D. Hakimlərin imzaları
İPM-in 4.1-ci maddəsinə əsasən, məhkəmə qərarları yazılı
şəkildə tərtib edilməli və hakim (işə kollegial qaydada
baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan bütün hakimlər)
tərəfindən imzalanmalıdır. 
İPM-in 4.3-cü maddəsi işə kollegial qaydada baxılarkən
hakimlərin hansı qaydada səs vermələrini tənzimləyir. 
322


Doqquzuncu fəsil
QƏRARDADIN  MƏZMUNU  VƏ  STRUKTURU
Yuxarıda artıq qeyd olunduğu kimi, qərardadların forması
və məzmunu, prinsip etibarilə qanunla müəyyən olunmayıb
və bu məsələ, məhkəmənin diskresion səlahiyyətinə aiddir.
Almaniyada da qərardadların strukturu ilə bağlı yalnız
müəyyən bir məhkəmə təcrübəsi mövcuddur. 
A. Giriş
İcra oluna bilən məzmuna malik olmayan qərardadlarda
(məsələn, İPM-in 50-ci maddəsinə əsasən qəbul edilən
sübutetmə, iddianın məbləği və məhkəmə icraatına cəlbetmə
barədə qərardadlar. Lakin həmin maddənin 50.0.2 və 50.0.3-
cü maddələrinə əsasən qəbul edilən qərardadlar yuxarıda
qeyd olunan qərardadlardan fərqli olaraq, icra edilə bilən
məzmuna malikdirlər), prinsip etibarilə giriş hissəsinin (İPM-
in 69.2-ci maddəsinin analogiya qaydasında tətbiqi əsasında)
tərtib edilməsinə ehtiyac duyulmur. Bu baxımdan, qərardadın
iş nömrəsini, tərəflərin soyadlarını, qərardadın məzmununu,
eləcə də hakimin imzasını qərardadın mətninə daxil etmək
kifayətdir. Bu cür yanaşma ona görə məntiqi hesab olunur
ki, icra oluna bilməyən qərardadlarda tərəflərin şəxsi məlumat-
larının tam şəkildə yazılmasını əsaslandıra biləcək heç bir
əsas yoxdur. Məhkəmə qərarlarında olduğu kimi, tərəflərin
şəxsi məlumatlarının tam şəkildə əksini tapmalı olduğu
qərardadlara misal olaraq İPM-in 110.6-cı maddəsinə əsasən
323


qəbul edilən, tərəflərin müştərək bəyanatı əsasında hüquqi
mübahisənin nizamlanması barədə qərardadı göstərmək olar.
Bu halda, işin mahiyyəti üzrə məhkəmə qərarı qəbul edilmədiyi
üçün (hüquqi mübahisənin tərəflərin müştərək bəyanatına
uyğun olaraq başa çatması səbəbindən) tərəflər xərclərlə
əlaqədar qərardaddan irəli gələn tələbləri icra etməlidirlər. 
B. Nəticə hissəsi
Nəticə hissəsinin hansı məzmunda olması qərardadın
növündən asılıdır. Misal üçün, İPM-in 50.0.1-ci maddəsində
nəzərdə tutulmuş icraatın dayandırılması haqqında qərardad
aşağıdakı kimi çox qısa şəkildə tərtib oluna bilər:
İş nömrəsi
Qərardad
Əbilov Quliyevə qarşı hüquqi mübahisəsi üzrə işdə
məhkəmə qərara alır:
İcraat dayandırılır.
Bakı, 13 iyun 2009-cu il. Hakimin imzası
Hüquqi mübahisənin tərəflərin müştərək bəyanatına əsasən
nizamlanması zamanı İPM-in 110.6-cı maddəsinə əsasən
qəbul edilmiş qərardadın nəticə hissəsi hüquqi nəticə baxımın-
dan fərqli olmalıdır. Belə bir qərardadın nəticə hissəsi, misal
üçün, aşağıdakı kimi tərtib oluna bilər: 
İş nömrəsi
Qərardad
….. (İPM-in 69.2-ci maddəsində nəzərdə tutulmuş tam
giriş hissəsi)
324


Hüquqi mübahisə üzrə işdə tərəflər arasındakı mübahisənin
aradan qalxmasına görə icraata xitam verilir. Prosessual xər-
clərin 40%-ni ödəmək vəzifəsi iddiaçının, 60%-ni ödəmək
vəzifəsi isə, cavabdehin üzərinə qoyulur. 
C. Əsaslandırma
Heç də bütün qərardadlar əsaslandırılmalı deyil. Barəsində
şikayət verilə bilən məhkəmə qərardadları isə mütləq
əsaslandırılmalıdır (bax: İPM-in 80.1-ci maddəsi). Bundan
başqa, hüquqi müdafiə vasitəsinin mümkünlüyü məsələsinə
dair qərardadlarda, eləcə də əsaslandırmanın qanunla birbaşa
nəzərdə tutulduğu hallarda (məsələn, sübutların cəlb olun-
masına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatətin
rədd edilməsi (bax: İPM-in 58.3-cü maddəsi) haqqında qərar-
dad) əsaslandırma vacibdir. Yox, əgər qərardaddan şikayət
verilməsi mümkün deyilsə, onun əsaslandırılmasına ehtiyac
yoxdur (misal üçün, İPM-in 24.7-ci maddəsinə əsasən, bu-
raxılmış prosessual müddətin bərpa edilməsi haqqında
qərardad, yaxud İPM-in 55.5-ci maddəsinə əsasən, iddiadan
imtina edilməsi haqqında qərardad).
Əsaslandırmanın hansı dərəcədə ətraflı olması müvafiq
qərardadın növündən və məzmunundan asılıdır. Prinsip
etibarilə mürəkkəb məsələləri həll edən qərardadlar məhkəmə
qərarlarında olduğu kimi, ətraflı əsaslandırıla bilər. Bununla
belə, İPM-in 110.6-cı maddəsinə müvafiq olaraq qəbul edilən
qərardadlarda xərclərin tərəflər arasında bölünməsi ilə bağlı
məhkəmə prosesini udma ehtimalının məhkəmə qərarındakı
kimi ətraflı əsaslandırılmasına ehtiyac yoxdur.
325


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə