Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə76/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

olmuşdur. Şikayətinin əsaslandırma hissəsində iddiaçı
neçə ildir ki, artıq spirtli içki içmədiyini və buna görə
də ona arzu etdiyi lisenziyanın verilməsi üçün heç bir
şübhənin olmadığını bildirmişdir. Cavabdeh 18 iyul
2009-cu il tarixdə qəbul edilmiş və iddiaçıya 20 iyul
2009-cu il tarixdə təqdim olunmuş qərarla iddiaçının
şikayətini rədd etmişdir. Qərarını əsaslandırmaq üçün
cavabdeh yenə də iddiaçı tərəfindən mübahisələndirilən
ilkin qərarında əksini tapmış əsaslara istinad etmiş və
bundan başqa qeyd etmişdir ki, iddiaçı bütün şəhərə
məlum olan borcluluq vəziyyətinə görə də spirtli içkilər
satışına icazə verən lisenziyadan etibar olunacaq və
lazımı qaydada istifadə edəcək şəxs hesab olunmur. 
3. İş materiallarının məzmununa göndəriş edilməsi
İş materiallarının tərkib hissələrinin məzmununun da
qərarın təsviri hissəsinə daxil edilə bilməsi vacibdir (köçürmə
və ya onların tamamilə unudulmasına yol verilmədən). İPM-
in 69.3-cü maddəsinin 2-ci cümləsi bunu açıq şəkildə nəzərdə
tutur. Həmin müddəaya əsasən, qərarın təsviri hissəsində
mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki
vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə
istinad etmək zəruridir. Bu normanın özü də prosesə qənaət
olunmasına xidmət edir. Belə ki, bu qayda da hakimi əlavə
sənədlərin (qərarlar, tikinti sənədləri və s.) məzmununu
qərara köçürməli olmaq öhdəliyindən qoruyur, lakin eyni
zamanda, sənədlərin məzmununu hüquqi mübahisənin həll
olunması işinə daxil edir. 
304


Misal
İddiaçı planlaşdırdığı evin tikintisi üçün çertyojlar
və statik şərtlər barədə rəy tərtib etmişdir. Bu sənədlərin
məzmunu barədə ətraflı məlumat almaq üçün 13 may
2009-cu il tarixli çertyojun və statik şərtlər haqqında 5
iyun 2009-cu il tarixli rəyin məzmununa istinad edilir
(iş materiallarının 6-8-ci və 11-13-cü səhifələri).
İşin hüquqi qiymətləndirilməsi üçün sənədlərin məzmunu
əhəmiyyət kəsb etdikdə, onları qərarın təsviri hissəsində
sadalamaq zəruridir. Lakin çertyojların məzmununu yazılı
şəkildə təsvir etmək çətin olduğu və bu, çoxlu vaxt apara
biləcəyi üçün iş materiallarının məzmununa göndəriş etmək
məqsədəuyğun hesab olunur. Bu zaman oxucunun heç bir
çətinlik olmadan müəyyən bir sənədlə tanış ola bilməsi üçün
iş materiallarının müvafiq tərkib hissəsinin dəqiq (adı, tarixi
və iş materiallarının neçənci səhifəsində yerləşməsi)
göstərilməsi vacibdir.
4. Tərəflərin izahatları
Tərəflərin (nadir hallarda rast gəlinən) mübahisəli izahatları
məhkəmənin onların faktlar barədə hansı baxımdan müxtəlif
fikirdə olmalarını araşdırdığı ilkin yoxlama nəticəsində
nizamlanmış olmalıdır. Məhkəmənin mübahisənin hüquqi
həllini tərəflərin bildirdiklərindən asılı olmayaraq bilməsi
şərt qismində müəyyən olunduğu üçün tərəflərin hüquqi
baxışlarının təsvir edilməsi yalnız o halda tövsiyə olunur
305


ki, bu, oxucunun tərəflərin izahatlarını başa düşməsinə
kömək etsin (məsələn, inzibati hüquqda əksər hallarda olduğu
kimi, tərəflər yalnız hüquqi baxışlar ətrafında mübahisə et-
dikdə). 
Misal
İddiaçının fikrincə, o, spirtli içkilər satışı üçün lisen-
ziyanın icrası ilə bağlı məsuliyyəti daşımaq iqtidarındadır.
O iddia edir ki, ona qeyri-məhdud şəkildə etibar oluna
bilər və hamı onu spirtli içkilərlə məsuliyyətli davranan
bir şəxs kimi tanıyır.
Cavabdeh prosesdən əvvəl gətirdiyi dəlillərə istinad edir.
O iddia edir ki, iddiaçı şəhərdə hamının tanıdığı, tamamilə
borc içində olan bir əyyaşdır. 
(İzah: Bu, cavabdehin istinad etdiyi və iddiaçının izahatından
fərqlənən bir izahatdır. Ona görə də bu izahatın cavabdehin
mübahisəli xarakter daşıyan izahatında təsvir edilməsi tövsiyə
olunur).
5. Tərəflərin vəsatətləri
İPM-in 69.3-cü maddəsində qeyd olunmuş iddiaçının
tələbi və cavabdeh tərəfin etirazı müvafiq olaraq tərəflərin
verdiyi vəsatətlərə istinad edir. Bu vəsatətlər məhkəmə
qərarının əsasını təşkil etdikləri üçün onları indiki zamanda
ifadə etmək tövsiyə olunur. Bu zaman tərəflərin iş (iddia)
üzrə icraatda verdikləri vəsatətlər həlledici əhəmiyyət kəsb
edir. Məsələn, tərəflərin təqdim etdiyi sənədlərdə xərclər
306


barədə vəsatətlər ona görə vacib sayılmır ki, məhkəmə bu
məsələni onsuz da xidməti vəzifəsinə görə həll edir. Əks
təqdirdə, yəni xərclərin prosesi uduzmuş tərəfin üzərinə
qoyulmasına dair vəsatətin verilməməsi belə bir nəticəyə
gəlməyə əsas verərdi ki, tərəflərdən heç biri prosessual
xərcləri ödəmək vəzifəsi daşımır. Beləliklə, prosessual
xərclərin ödənilməsi təmin edilməli olduğu üçün məhkəmə
bu məsələni tərəflərin vəsatət təqdim edib-etməmələrindən
asılı olmayaraq həll edir. 
Misal:
İddiaçı cavabdehin 10 iyul 2009-cu il tarixli qərarının
18 iyul 2009-cu il tarixli redaksiyada ləğv olunaraq
ona «Azer-Food» adlı restoranında spirtli içkilər sata
bilmək üçün lisenziya verilməsini tələb edir.
Cavabdeh iddianın rədd olunmasını tələb edir
6. Prosesin xronologiyası
İddianın məhkəməyə daxil olmasından (iddianın verilməsi,
bax: İPM-in 45.1 və 45.4-cü maddələri) həyata keçirilən
bütün prosessual hərəkətlər prosesin xronologiyası adlandırıla
bilər. Onlar oxucuya daha yaxşı başa düşülmə məqsədilə id-
diaçının iddianı nə vaxt qaldırması (bu müddətlərin hesablan-
ması baxımından vacib məqamdır), hüquqi mübahisədə
hansı dəyişikliklərin baş verməsi, üçüncü şəxslərin icraata
cəlb olunub-olunmaması və məhkəmənin müəyyən faktların
mövcudluğuna dair sübutları araşdırıb-araşdırmadığı barədə
məlumat verir. 
307


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə