Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

Səkkizinci fəsil
MƏHKƏMƏ  QƏRARININ  QURULUŞU
A. Ümumi məsələlər: məzmun və forma
Məhkəmə qərarının məzmun və forması İPM-in 69-cu və
4.1-ci maddələri ilə müəyyən edilmişdir. Buraya aşağıdakılar
aiddir:
• giriş hissəsi (bax: İPM-in 69.1.1 və 69.2-ci maddələri)
Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi
tarix və yer, qərarı qəbul etmiş məhkəmənin adı, qərarın
qəbul edilməsində iştirak etmiş hakimlərin (hakimin) soyadı,
adı, atasının adı, proses iştirakçılarının, onların qanuni və
(və ya) səlahiyyətli nümayəndələrinin adı, soyadı, atasının
adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə
icraatında onların statusu göstərilməlidir.
təsviri hissə (bax: İPM-in 69.1.2 və 69.3-cü maddələri)
Məhkəmə qərarının təsviri hissəsində mübahisənin predmeti
və mübahisə ilə bağlı işin faktiki vəziyyəti yığcam şəkildə
və mahiyyəti üzrə ifadə olunmalıdır. 
Bununla bağlı ətraflı məlumat almaq üçün aşağıda «təsviri
hissə» başlıqlı hissəyə bax.
• əsaslandırma  hissəsi  (bax: İPM-in 69.1.3-cü maddəsi
və 69.4-cü maddəsinin 1-ci cümləsi)
Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul
edilərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar,
300


istinad etdiyi normativ hüquqi aktlar və onların qiymət 
-
ləndirilməsi göstərilməlidir. Bununla bağlı ətraflı məlumat
almaq üçün aşağıda «əsaslandırma hissəsi» başlıqlı hissəyə
bax.
• nəticə hissəsi (bax: İPM-in 69.1.4 və 69.5-ci maddələri)
Məhkəmə qərarının nəticə hissəsində məhkəmənin gəldiyi
nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi
müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilmə-
lidir. Nəticə hissəsi qərarın icra edilməsi üçün əsasdır və ona
görə də nəticə hissəsinin qüsursuz redaksiyada tərtib olunması
mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı ətraflı məlumat
almaq üçün aşağıda «nəticə hissəsi» başlıqlı hissəyə bax.
• hakimlərin imzaları.
B. Təsviri hissə
Əvvəlcədən hazırlanmış iş materiallarından çıxarış (bununla
bağlı ətraflı məlumat almaq üçün «İşin faktiki halları ilə iş»
başlıqlı fəsilə bax) məhkəmə qərarının təsviri hissəsinin
hazırlanması üçün istifadə oluna bilər. İPM-in 69.3-cü mad-
dəsinə müvafiq olaraq, məhkəmə qərarının təsviri hissəsində
proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin
predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti yığcam
şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Təsviri hissə
işin məhkəmə tərəfindən müəyyən edilmiş bütün faktiki
hallarına əsaslanır. Qanunvericinin Məcəllədə mübahisə
predmetinin və mübahisə ilə bağlı işin faktiki vəziyyətinin
yığcam şəkildə ifadə edilməli olunmasını bildirməsi prosesə
qənaət olunmasına xidmət edir. Belə ki, lüzumsuz yerə
«aşıb-daşan» qərarlar işləri çox olan hakim üçün həddindən
301


artıq vaxt sərfi deməkdir. Müvafiq maddədə mahiyyət üzrə
ifadə olunmanın vurğulanması da bununla əlaqədardır. Nor-
manın bu cür redaksiyada veril 
məsi aydın şəkildə onu
göstərir ki, təsviri hissə və əsaslandırma hissəsi arasında
zəruri balansı yaratmaq məqsədilə qərarın təsviri hissəsində
hüquqi qiymətləndirmə üçün əhəmiyyət kəsb edən bütün
faktlar əksini tapmalıdır. 
İPM-in 69.3-cü maddəsinin tələblərinə cavab vermək
üçün məhkəmə qərarının təsviri hissəsinin strukturunu
aşağıdakı qaydada təklif etmək olar:
• giriş cümləsi;
• işin faktiki halları (məhkəmə tərəfindən müəyyən edilmiş);
• iddiaçının izahatı (işin hüquqi və faktiki hallarına dair);
• iddiaçının tələbləri;
• cavabdehin etirazları;
• cavabdehin izahatı (işin hüquqi və faktiki hallarına dair);
• proses gedişatının tarixi.
1. Giriş cümləsi
Giriş cümləsi oxucunun bir neçə söz əsasında qərarın
«mövzusu» barədə təəssürat əldə edə bilməsi baxımından
məqsədəuyğun hesab olunur.
Məsələn: İddiaçı yaşayış evinin tikintisi üçün ona icazə
verilməsini istəyir.
2. İşin faktiki halları
İşin faktiki halları hissəsində söhbətin artıq baş vermiş
hadisələrdən getdiyini aydın şəkildə göstərmək üçün mətnin
302


axıcı üslubda və nəqli keçmiş zaman formasında yazılması
tövsiyə olunur. Bu zaman tərəflərin məlumat verdiyi hadisələrin
və iddia qaldırılana qədər inzibati icraat çərçivəsində atılmış
addımların (məsələn, inzibati aktın qəbulu, inzibati şikayətin
verilməsi, şikayət instansiyasının qərarı, inzibati aktların
təqdim olunması, məhkəməyə qədərki hüquqi müdafiə va-
sitələrinin daxil olması) ümumiləşdirilmiş şəkildə qısa və
xronoloji (tarixi) ardıcıllıqla təsvir edilməsi məqsədəuyğun
hesab olunur. 
Misal:
Özünün «Azer-Food» adlı restoranında spirtli içkilər
sata bilmək üçün lisenziya almaq istəyən iddiaçı
bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş
və onun ərizəsi 3 iyul 2009-cu il tarixdə həmin inzibati
orqana daxil olmuşdur. Cavabdeh 10 iyul 2009-cu il
tarixdə qəbul etdiyi və iddiaçıya 11 iyul 2009-cu il
tarixdə təqdim olunmuş qərarla iddiaçıya belə bir lisen-
ziya verilməsindən imtina etmişdir. Qərarını əsaslandır-
maq üçün cavabdeh əsasən bildirmişdir ki, iddiaçının
davamlı xarakter daşıyan spirtli içki asılılığı insanların
sağlamlığı üçün böyük təhlükə təşkil edir. Fikrini
davam etdirərək, cavabdeh müvafiq qərarında daha
sonra qeyd etmişdir ki, iddiaçı bu asılılıqdan irəli gələn
məhdudiyyətlərə görə spirtli içkilər satmaq icazəsi
olan bir restoranı etibar ediləcək şəkildə idarə edə
bilmək üçün münasib şəxs hesab olunmur. İddiaçı bu
qərardan inzibati şikayət vermiş və həmin şikayət 15
iyul 2009-cu il tarixdə cavabdeh inzibati orqana daxil
303


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə