Dayaniqli iNKİŞaf statiSTİkasi ekoloji TƏHLÜKƏSİZLİYİN İnformasiya təMİnatidir təmraz Təmrazov



Yüklə 161,15 Kb.

tarix04.07.2018
ölçüsü161,15 Kb.


DAYANIQLI İNKİŞAF STATİSTİKASI EKOLOJİ TƏHLÜKƏSİZLİYİN 

İNFORMASİYA TƏMİNATIDIR 

Təmraz Təmrazov 

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi 

Biologiya üzrə fəlsəfə doktoru, dosent  

AZ 1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 

e-poçt:ttamrazov@azstat.org  

 

Ölkənin  milli  prioritetlərinin  başlığında  bir  sıra  məsələlərlə  yanaşı  iqtisadi  fəaliyyəti 

ekologiyalaşdırma  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  problemi  də  durur.  Bununla  bağlı  ilk 

növbədə  müasir  dövrün  tələblərinə  cavab  verən  və  davamlı  inkişaf  prinsiplərinə  əsaslanan  ekoloji 

siyasət  yürüdülməklə  ətraf  mühitin  vəziyyəti,  ölkənin  təbii  ehtiyatları  və  onların  qorunması 

haqqında  toplanılan  sistemli  məlumatlar  mütəmadi  olaraq  dövlət  orqanlarına,  elmi,  ictimai 

təşkilatlara, ölkə əhalisinə, həmçinin xarici tərəfdaşlara çatdırılmalıdır. Azərbaycanda ətraf mühitin 

vəziyyətinə  dair    hesabatda  son  beş  il  üçün  ətraf  mühitin  qiymətləndirilmə  nəticələri  və  ətraf 

mühitin  mühafizəsi  sahəsində  dövlət  siyasətinin  prioritet  istiqamətləri  üzrə  görülmüş  işlər  əks 

etdirilib.  Məlumat  5  bölmədən  –  “Ölkə  haqqında  ümumi  məlumat“,  “Azərbaycan  Respublikasının 

ekoloji siyasəti“, “Ətraf mühitin vəziyyəti“, “Ətraf mühit üzrə görülmüş işlər“ və “Ekoloji təbliğat, 

vətəndaş  cəmiyyəti  və  QHT-lər“dən  ibarətdir.  Məlumatın  məqsədi  Azərbaycanda  beynəlxalq 

göstəricilərdən  istifadə  etməklə  ətraf  mühitin  qiymətləndirilməsi  ilə  onun  dəyişiklik  meyllərini 

müəyyən  etmək,  sənədlərin  analitik  komponentlərinin  yaxşılaşdırılması  və  unifikasiyası,  mövcud 

vəziyyətin  yaxşılaşdırılması  istiqamətində  ölkədə görülən tədbirlər barədə  geniş  məlumatı və  ətraf 

mühitə dair problemlərin həlli yolları ilə bağlı təklifləri təqdim etməkdən ibarətdir. İkinci mərhələdə 

ekoloji  problemlərin  həlli  yolları  və  ətraf  mühit  üzrə  inkişaf  strategiyası  yer  almışdır.  Məlumatın 

ətraf  mühitin  vəziyyəti  ilə  bağlı  üçüncü  bölməsinə  daxil  edilmiş  su  ehtiyatları,  atmosfer  havası, 

torpaq və radioloji vəziyyətlə  bağlı  göstəricilərin strukturu və məzmunu  Şərqi Avropa ölkələrində 

ekoloji  göstəricilərin  istifadəsi  əsasında  ətraf  mühitin  qorunması  üçün  Qiymətləndirilmə 

Hesabatlarının tövsiyələrinə uyğunlaşdırılmışdır.   

Ətraf mühit və ekoloji tarazlığın qorunması ilə yanaşı ölkə  iqtisadiyyatının inkişafı, əhalinin 

sosial-mədəni  səviyyəsinin  yüksəldilməsi  dövlətin  daim  diqqət  mərkəzindədir.  Bu  məsələlərə  dair 

son  illər  ekologiyaya,  təbiəti  mühafizəyə  və  təbii  ehtiyatlardan  səmərəli  istifadəyə  dair  bir  sıra 

normativ-hüquqi  aktlar  qəbul  edilmiş,  təbiətin  qorunması  və  sağlamlaşdırılması  sahəsində  mühüm 

praktiki addımlar atılmışdır.   

İnsanların  sağlamlığı  üçün  əsas  amillərdən    sayılan  ətraf  mühitin  keyfiyyəti  xüsusi  qeyd 

edilməlidir.  Qeyd  edək  ki,  respublikada  sənaye  və  kənd  təsərrüfatının  inkişafı  təmin  edilərkən, 

ekoloji amillərin nəzərə alınmaması  ölkədə ciddi problemlər yaradır. Digər tərəfdən isə  respublika 



 

 

 



 

ərazisinin  böyük  bir  hissəsinin  işğal  altında  qalması  və  insanların  yaşayış  yerlərindən  didərgin 



düşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemləri daha da dərinləşdirmişdir.

 

 

Bundan əlavə  az olan meşə ərazisinin  torpaqqoruyucu, su saxlayıcı,  hava təmizləyici  kimi 



vacib sanitar-gigiyenik və sosial-ekoloji funksiyanın xeyli dərəcədə zəifləməsinin əsas səbəbi  ölkə 

ərazisində  olan  meşə  örtüyünün  məhv  edilməsidir.  Hətta  meşə  örtüyü  ərazilərində  bəzi  qiymətli 

ağac və kol cinslərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalmışdır. Digər tərəfdən, son illərdə 

ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə dəyən ciddi ziyanın əsas səbəblərindəndir. Odur ki, 

ölkədə  təbiətin  mühafizəsi,  bioloji  müxtəlifliyin  azalmasının  və  ətraf  mühitin  çirklənməsinin 

qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib amillərdən sayılır. 

Hazırda  məqsədli  çoxsaylı  fəaliyyət  proqramlarının  işlənib  hazırlanması  ölkənin  ətraf  mühitin 

mühafizəsi  sahəsindəki  idarəetmə  qabiliyyətinin  gücləndirilməsinə  gətirib  çıxarır.  Respublika 

ərazisində  çay  sularının  çirklənməsinin  qarşısının  alınması,  atmosfer  havasına  atılan  zərərli 

maddələrin  azaldılması,  Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  ozon  qatının, 

biomüxtəlifliyin  qorunub  saxlanması  kimi  son  dərəcə  mühüm  əhəmiyyətli  ekoloji  problemlərin 

uğurlu  həlli  üçün  regional  və  beynəlxalq  əməkdaşlığın  hər  zaman  davam  etdirilməsi  olduqca 

zəruridir. Qeyd edək ki, aparılan tədbirlərin nəticəsi olaraq artıq 54 ölkədə ekoloji kənd təsərrüfatı 

istehsalı üzrə milli normativlər qəbul etmişdir. Bu normativlər tətbiq olunan ölkələrdən 20-si inkişaf 

etmiş ölkələrə aiddir.  

Bu  nöqteyi-nəzərdən  yanaşsaq,  ölkədə  bu  gün  mövcud  olan  kiçik  və  pərakəndə  torpaq 

istifadəçiliyi  şəraitində  Ekoloji  Kənd  Təsərrüfatının  inkişaf  etdirilməsi  çox  zəruridir.  Tədqiqatın 

bazasında  ətraf  mühitin  çirklənməsi  və  onun  əhalinin  sağlamliğına  təsirinin    daha  ətraflı 

araşdırılması məqsədəuyğundur. 

Qeyd  edək  ki,  hələ  çox  illər  bundan  əvvəl  atmosferdə  olan  asılı  hissəciklərin  əhali 

sağlamlığına  mənfi  təsir  göstərməsi  haqda  məlumatlar  verilmişdir.  Baxmayaraq  ki,  asılı 

hissəciklərin  insan  sağlamlığı  üçün  ciddi  təhlükə  mənbəyi  olması  son    zamanlar  aparılan 

tədqiqatların nəticəsində  müəyyənləşdirilmişdir.  

Bildiyimiz kimi, biosferə insanın təsərrüfat fəaliyyəti nəticəsində birbaşa və ya dolayı yolla 

təsiri antropogen təsir adlanır (antropos – insan). Yalnız geoloji proseslə antropogen təsir qüvvəsinə 

görə  biosferdə  baş  verən  maddələr  mübadiləsi  və  enerji  dövranı  ilə  isə  miqyasına  görə  müqayisə 

edilə bilər. Antropogen təsirin mahiyyətini, əhalinin yaşaması üçün ilkin bioloji məhsula və mineral 

xammala olan tələbat təşkil edir. Həmin tələbatı ödəyən yeganə mənbə kimi biosfer çıxış edir. 

Təbiətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  idarə  olunması  ekoloji-iqtisadi  rayonlaşmanın 

sosial-iqtisadi aspektlərindən olmaqla ölkəmizdə daha aktual məsələ olaraq qalır. Ona görə ki, son 

vaxtlar  burada  elm  tutumlu  sahələrlə  yanaşı  xammal  istiqamətli  sahələr  daha  sürətlə  inkişaf  edir, 



 

 

 



 

ərazi həm təbii, həm də təsərrüfat cəhətdən çox diferensiasiya olunur. Ətraf mühit əvvəlki illərdən 



daha  cox  cirklənsə  də  bu  proseslərin  qarşısı  alınmaqdadır.  Eləcə  də  müasir  dövrdə  cəmiyyətin  və 

təbiətin  qarşılıqlı  əlaqələrinin  inkişafında  çoxsaylı  ekoloji  problemlərin  həlli  üçün  əsas  baza 

bütövlükdə,  iqtisadiyyatın  tarazlı  və  davamlı  inkişafı,  onun  ekologiyasızlaşdırılması  və  səmərəli 

idarə olunmasıdır.  

Təbiətdən  və  təbii  ehtiyatlardan  lazımi  istiqamətdə  səmərəli  və  rentabelli  istifadə  etmək, 

daha  doğrusu  güclü  və  ətraflı  ekoloji  biliyə  malik  olmadan  təbii  ətraf  mühiti  həyat  üçün  yararlı 

halda  saxlamağı  ekoloji  tarazlığı,  onun  mürəkkəb  və  biri-biri  ilə  hərtərəfli  bağlılıq  mexanizmini 

bilmədən, proqnozlaşdırmaq mümkün deyildir. Bu əsasdan da ekocoğrafi problemlərin, onun sosial 

- iqtisadi aspektlərinin həll olunması qaçılmazdır. Belə ki, ekoloji obyektlərin qarşılıqlı əlaqə sxemi 

aşağıda əks olunmuşdur. 



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sxemdən  göründüyü  kimi,  verilmiş  obyektlərin  bir-biri  ilə  qarşılıqlı  və  sistemli  şəkildə 



əlaqəsi vardır. 

Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflər 

Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflər aşağıdakılardan nibarətdir. 

1.

 

Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması 



 

Atmosfer 

Kimyəvi 

məhsullar 

 

İnsan 

 

Heyvan



 

Bitki 

 

Balıqlar

 

 



Torpaq 

 

Su 


 

 

 



 

2.



 

Biomüxtəlifliyin qorunması 

3.

 

Yaşıllıqların artırılması 



4.

 

Atmosfer havasının mühafizəsi 



5.

 

Torpaqların deqradasiyasının qarşısının alınması 



6.

 

Tullantıların idarə olunmasının təkmilləşdirilməsi 



Ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlərin ön plana çəkilməsində məqsəd 

iqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri  – neft sektoruna yönəldilməsi 

ekoloji layihələrin həyata keçirilməsi imkanlarının xeyli genişləndirilməsidir.   

 

Son  dövrlərdə  bütün  cəmiyyətin  narahatçılığına  səbəb  olan  qlobal  ekoloji  problem 



atmosferin  ozon  qatının  dağılması,  iqlimin  getdikcə  istiləşməsi,  səhralaşma  prosesinin  zaman 

ötdükcə  daha  geniş  əraziləri  əhatə  etməsi,  bioloji  müxtəlifliyin  kəskin  azalması,  ətraf  mühitin 

çirklənməsi  ilə  əlaqədar  müxtəlif  xəstəliklərin  geniş  yayılmasıdır.  Vaxt  işlədikcə  sadalanan  bu 

problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında 

həllini  tapmamış,  kiçik  bir  təbiət  hadisəsi  kimi  izah  olunan  problemlər  indi  artıq  bəşəriyyət 

qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilmişdi. 

Digər tərəfdən isə inkişafın ekoloji baxımdan dayanıqlı olmasını təmin etmək üçün iqtisadi 

fəaliyyət  zamanı  meydana  çıxan  ciddi  ekoloji  problemləri  aradan  qaldırmaq,  onları 

məhdudlaşdırmaq üçün aşağıdakı məqsəd və vəzifələrin icrası nəzərdə tutulur. 

 



Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə 

edilməsinin müvafiq üsullarından istifadə edilməsi

 

İndiki  və  gələcək  nəsillərin  rifahının  yaxşılaşdırılmasını  təmin  edən,  stimullaşdıran 



iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi; 

 



 İnsanın  həyat  fəaliyyətini  təmin  edə  biləcək  sistemlərin,  ekosistemlərin  və 

biomüxtəlifliyin qorunması. 

Bu vəzifələrin həyata keçirilməsi aşağıdakı prinsiplərə əsaslanmaq lazımdır: 

 



Qısamüddətli  və  uzunmüddətli  iqtisadi,  ekoloji  və  sosial  nəticələr  və  ehtimal  edilən 

fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi; 

 

Dayanıqlı  inkişaf  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  qərarların  qəbul  edilməsi 



proseslərində alternativ variantların nəzərə alınması; 

 



Ətraf mühitin hər hansı  komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb 

ola biləcək iqtisadi, sosial və ekoloji layihələrin həyata keçirilməsinin qarşısının alınması; 

 

Ətraf  mühitin  qorunması  və  dayanıqlı  inkişafın  təmin  edilməsi  üçün  müvafiq  vəsaitin 



ayrılmasına imkan yaradan güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi; 


 

 

 



 



 

Dayanıqlı  inkişaf  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  qərar  qəbul  etmə  prosesində 

qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi. 

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə ətraf mühitin vəziyyəti  ölkənin barometri hesab edilir. 

Yəni  ətraf  mühiti  tələb  olunan  normalara  cavab  verməyən  ölkələrin  iqtisadi  və  sosial  inkişafı 

davamlı  olmur.  Qeyd  edək  ki,  digər  tərəfdən  isə  ətraf  mühitin  vəziyyəti  dayanıqlı  inkişafı 

şərtləndirən mühüm amil hesab edilir.   

 

"Dayanıqlı inkişaf -  elə inkişafdır ki, hansı ki, indiki  vaxtın ehtiyaclarını təmin edir, amma 



öz  şəxsi  ehtiyaclarını  təmin  etməklə  gələcək  nəsillərin    imkanlarini  təhlükə  altına  qoymur. 

Dayanıqlı inkişaf əsasən iki əsas anlayışla müşaiyət olunur.    

 

Ehtiyaclar  anlayışı,  xüsusi  halda  əhalinin  ən  kasıb    təbəqələrinin  mövcudluğu  üçün 



lazım olan ehtiyaclardır, hansı ki, ən mühüm prioritetin predmeti olmalıdır; 

 



Texnologiyanın  hazırki  vəziyyətiylə  və    gələcək  ehtiyacları  təmin  etməyə  ətraf  mühit 

üçün təşkilatı tərəfindən cəmiyyətin qarşısına qoyulan şərt qoyulmuş məhdudiyyətlər anlayışı." 

Dayanıqlı inkişafın təyin  olunması üçün aşağıdakı amillərin nəzərə alınması vacibdir. 

1.

 



Hal-hazırda dayanıqlı inkişafın 169 təyinatı var. 

2.

 



Ətraf mühit ilə tarazlıq, iqtisadiyyatla və Yer kürəsinin  əhali arasındakı tarazlıq ideyası 

dayanıqlı inkişafın strategiyasının əsası sayılır 

3.

 

Dayanıqlı inkişafın strategiyasının hədəfi - həyatın uyğunlaşmasının əsas yollarının və 



qlobal dəyişikliklər (qurğusunun) üsullarının hazırlanması.  

4.

 



 Bu  məqsədə görə, hər bir insan sağlam ətraf mühitə və təbiətlə harmoniyada məhsuldar 

həyat hüququna malikdir.  

Digər nöqteyi-nəzərdən yanaşsaq, “Dayanıqlı inkişaf - öz təbii əsasını dağıtmayan bir sabit 

ictimai-iqtisadi  inkişafdır.  Belə  ki,  əhalinin  yaşam  keyfiyyətin  yaxşılaşması  əsasən  3  mərhələdə 

formalaşmışdır. Belə ki, biosferin qənaətli həcminin elə hüdudlarında təmin olunmalıdır ki, hansı ki, 

o  hüdudların  aşılması  ətraf  mühitin  tənzimlənməsinin  və  onun  qlobal  dəyişikliklərinə  təbii  biotik 

mexanizminin dağıdılmasına gətirib çıxarsın".  

Ölkə  üçün  aktual  olan  ekoloji  problemlərin  davamlı  inkişaf  prinsipləri  əsasında  müvafiq 

dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 

Dayanaqlı inkişafın təyin edilməsi üçün aşağıda verilmiş düsturdan istifadə olunur: 

 

 

 



burada,    F(L, K, N, I) —dayanıqlı inkişaf funksiyası    

L —  insan kapitalı;  

,

0



)

,

,



,

(



dt

I

N

K

L

dF


 

 

 



 



K — süni yaradılmış (fiziki) kapital, istehsal vasitələri;  



N —  təbii kapital; 

I — institusional kapital 

Nəzərə  almaq  lazımdır  ki,  dayanıqlı  inkişafla  əlaqəli  olaraq  mövcud  ekoloji  sistemlərin, 

iqtisadi  potensialın  qorunmasına  və  təbii  ehtiyatlardan  səmərəli  istifadəsinə  diqqət  yetirilməlidir. 

Bunu  gerçəkləşdirmək  məqsədi  ilə  təbii  ehtiyatlardan  istifadə  yolları  işlənib  hazırlanmalı  və 

iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməsi aktualdır. 

Ətraf mühit və iqtisadi inkişaf   

Son  onilliklər  ərzində  dünyada  iqtisadi  inkişafın  və  ekoloji  deqradasiyanın  arasında  olan 

nisbətsizlik  kritik  kəskinləşmişdir.  Ötən  əsrdə  dünyada  ÜDM-in  dörd  dəfə  əhəmiyyətli  artması 

müşahidə  olunurdu  ki,  bu  da  yüz    milyonlarla  insanın  yaşayış  səviyyəsinin  yüksəlməsinə  gətirib 

çıxarmışdır.  Ancaq  belə  artıma  təkcə  təbii  kapitalın  və  qlobal  ekosistemlərin  deqradasiya 

uğramasının azaldılması sayəsində nail olunmuşdur.   

Aşağıdakı sxemdə ətraf mühit ilə iqtisadi sistemin əlaqəsi göstərilmişdir. 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



Innovasiya 

 

 



risklərin yönəldilməsi  

 

 



genişləndirilmə 

əhalinin məşğulluğu 

 

ixtisasın artırılması 

 

biznes davranışı 

  

resursların effektiv istifadəsi 

prinsip əsaslı istehsal 

istehsalın həyat tsiklinin idarə olunması 

 



insan hüquqlarına nəzarət 

 



qeyri-kommersiya  təşkilat-

larının investisiyası 

təmiz hava və suyun mühafizəsi 

məişət tullantılarının olmaması 

ekoloji ədalətlilik 

 

sağlamlığın qorunması 

iqlim dəyişikliyinə nəzarət 

biomüxtəlifliyin qorunması 

 

Şəkil 2. Dayanıqlı inkişafin modelləri 

 


 

 

 



 



 



 

Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat 

Dayanıqlı  inkişafda  hal-hazırda  əsas  məqsəd,  ikinci  effekt  kimi  iqtisadiyyatın 

yaşıllaşdırılması  məsələsidir.  Bunun  üçün    Avropa  Birliyi  Avropanın  iqtisadiyyatını  2020-ci  ilə 

20%  istixana    qazlarının  tullantılarını  azaltmağa,  20%  enerji  effektivliyini  yüksəltməyə  və  20%-ə 

qədər bərpa edilən enerji mənbələrinin  payını ( norma 20:20:20) çatdırmağa nail olacaqdır. Yaxın 

gələcəkdə  əsas  müəyyən  yüksək  enerji  səmərəliliyi  və  iqlim  sisteminə  minimal  təsir  ilə  dünyanın 

qabaqcıl iqtisadiyyatı üçün aşağı karbon iqtisadiyyatı (lowcarbon iqtisadiyyat)" olacaq. 

Bildiyimiz  kimi,  dünyada  100-dən  artıq  ölkədə  yüksək  dövlət  səviyyəsində  dayanıqlı 

inkişaf ittifaqı və dayanıqlı inkişafa keçidin milli proqramı mövcuddur. 

Bundan  əlavə  ilk  növbədə  dayanıqlı  inkişaf  meyarlarının  seçilməsi  üçün  əsas  göstəricilər 

təyin edilməlidir. Belə olan halda aşağıdakı göstəriciləri qeyd etmək daha məqsədəuyğundur

 



ekoloji, iqtisadi və sosial aspektlərin uyğunluqları; 

 



kəmiyyət göstəricilərinin mümükünlüyü; 

 



anlaşıqlılıq və qərar qəbul edənlər üçün birmənalı şərh; 

 



milli statistikanın  dayaq sisteminə tələbi olmadan  məlumatın yığılması və hesablamalar 

üçün əhəmiyyətli olan xərclər; 

 

müvəqqəti dinamikada qiymətləndirilmənin imkanı, müntəzəmlilik,  



 

düzgün  nəzəri arxa planlar. 



Dayanıqlılıq inkişaf konsepsiyasından savayı inkişaf indikatorlarının qurulması və düzgün 

yanaşmalar  təyin  edilməlidir.  Bunun  üçün  dayanıqlı  inkişaf  indikatorlarının    qurulmasına 

yanaşmalar  aşağıdakı  ardıcıllığa  uyğun  olmalıdır.  Dayanıqlı  inkişaf  indikatorlarının  qurulmasında 

iki yanaşma mövcuddur. 

1)

 

İctimai-iqtisadi  inkişafın  sabitliyinin  dərəcəsini  müəyyən  etmək  üçün  ümumi 



aqreqasiya indikatorun və inteqralın  qurulması;  

Aqreqasiya adətən üç qrup göstəricilərin əsasında həyata keçirilir: 

 

ekoloji və iqtisadi 



 

ekoloji və sosial-iqtisadi 



 

yalnız ekoloji  



2)

 

İndikatorlar  sisteminin  qurulması,  hansılardan  ki,  hər  biri  davamlı  inkişafın  ayrı 



aspektlərini əks etdirir.  

Əksər hallarda ümumi sistem çərçivəsində göstəricilərin növbəti alt sistemləri seçilir 

 

İqtisadi, 




 

 

 



 



 

Ekoloji, 

 

Sosial, 



 

İnstitusional. 



Qeyd  olunan  parametrlərlə  yanaşı  dayanaqlı  inkişafın  inteqral  indikatorları  da 

müəyyənləşdirilməlidir. Belə olan təqdirdə inteqral indikatorları kimi aşağıdakıları qeyd etmək olar. 

 

Razılaşdırılmış xalis qənaət 



 

Birləşdirilmiş ekoloji və iqtisadi hesablar 



 

İnsan potensialının  inkişaf İndeksi   



 

Minilliyin inkişafının hədəfləri 



 

Xalq sərvətinə yeni baxış və s. 



Aparılan bir neçə araşdırmalar nəticəsində dayanıqlı inkişafa yeni yanaşmalar lazım olduğu 

müəyyənləşdirilmişdir. Bu yanaşmalar belə olmalıdır.  

Başlıca məqam:  

-

 



Ətraf mühitin çirklənməsindən dəyən zərər, 

-

 



Təbii resursların tükənməsi, 

-

 



Yeni iqtisadi reallıq  

Stiqlisa və A.Senanın “İqtisadi inkişafın və sosial irəliləmənin (2009) ölçülməsi”  məsələsi 

barədə məruzəsində aşağıdakı məlumatlar ətraflı şəkildə qeyd edilmişdir.  

İctimai-iqtisadi  proseslərin  müasir  ölçü  sistemi  qeyri-mükəmməldir,  dövlət  və  bazar 

iştirakçıları ən adekvat göstəricilərin analizinə yönəlmirlər; 

 



Ümumi Daxili Məhsul (ÜDM ) anlamı rifah halının  yaxşılaşdırılması üçün mükəmməl 

göstərici deyil, o faktın tanınmasını artırır ki, çünki o müxtəlif sosial prosesləri əhatə etmir, hansı ki, 

" dayanıqlı" inkişaf adlandırmağı qəbul edilmişdir ( ətraf mühitdə dəyişikliklər, bəzi hadisələr, ) 

 



ÜDM-in  yaratdığı  məlum  ziddiyyəti  xüsusi  vurğulamq  lazımdır  ki,  halbuki  əhali  tələb 

edir ki, ən böyük diqqət təhlükəsizlik məsələlərinə, havanın və suyun çirklənməsinin azaldılmasına 

ayrılsın, bu da ÜDM -in artım sürətinin azalmasına gətirib çıxara bilər.  

 



Əsas nəticələrdən biri istehsalı ölçmək üçün rifah halı göstəricilərinın yaxşılaşdırılması 

sistemində  dəqiq  qiymətləndirmə  aparılmalıdır.  Belə  olan  halda  rifah  halının  ölçülməsinə  davamlı 

inkişafın təmin edilməsi kontekstində baxılmalıdır.  

 



Sosial  rifah  halının  ölçülməsi  üçün  müxtəlif  göstəricilərdən  istifadə  etmək  lazımdır, 

hansı ki, bu kateqoriyanın müxtəlif aspektlərini əhatə edir, məsələn, təhlükəsizlik (iqtisadi və fiziki) 

kimi,  siyasi  seçimin  azadlığı,  sağlamlıq  vəziyyəti,  təhsil  (yaranma)  və  bəzi  (bir  qədər)  başqa 

amillər.  Lakin  təəssüf  ki,  sosial  rifah  halının  bir  çox  ənənəvi  göstəriciləri  gəlirlərin 

məhdudlaşdırılmasına səbəb olur. 



 

 

 



 

Dayanıqlı  inkişaf  göstəriciləri  ilə  yanaşı  ekoloji  indikatorlara  da  nəzər  salaq.  Ekoloji 



indikator kimi aşağıdakıları qeyd etmək olar. İlk növbədə əsas indeksləri qeyd edək. 

 



Canlı planet indeksi 

 



Ekoloji iz indeksi 

Sözü gedən indikatorların növləri aşağıdakılardır: 

 

İnteqral /ümumilər indikatorlar, 



 

Əsas /bazalar indikatoru 



 

Əlavələr  



 

Spesifik indikatorlar 



 

Xüsusi indikatorlar 



Sadalanan  indikatorlar  hər  biri  ayrı-ayrılıqda    ekologiya  və  ətraf  mühitin  inkişafı  və 

mühafizəsində əhəmiyyətli rola malikdir. 



Ekoloji güclülük (çirkləndirmə intensivliyi) – ekoloji effektivlik = xərc/nəticə 

Düzəliş edilmiş xalis qənaətlərə aşağıdakıları şamil etmək olar. 

 

ÜDY  - ümumi daxili yığım, 



 

ƏKİ  - əsas kapitaldan istifadə,                  

 

TCX - Təhsil  xərcləri, 



 

TETS - təbii resursların tükənməsi səviyyəsi 

 

TZ - CO



2

  tullantıların nəticəsində dəyən zərər 

 

BTZ - bərk hissəciklərin tullantıları nəticəsində dəyən zərər. 



Bundan əlavə dayanıqlılığın inteqral indikatorları müəyyən olunmuşdur. Dünya ölkələrinin 

20-si  üzərində müxtəlif sahələr üzrə dayanıqlığın inteqral indikatorları aşağıda verilmiş diaqramda 

əks olunmuşdur. 



 

 

 



 

10 


 

Şəkil 3. Dayanıqlılıığın inteqral indikatorları 

Verilmiş  dinamikada  ayrı-ayrı  ölkələrdə  6  göstəriciyə  görə(mədən  yanacaqlarının  payı, 

bərpa olunan enerji mənbələrinin payı, adambaşına düşən karbon dioksid tullantılarının miqdarı, 

şəhər  çirkləndiricələrinin  miqdarı,  təbii  resursların  itkisi,  meşə  ərazilərinin  sahəsi  və  s.)  yer 

almışdır.  Belə  olan  halda  bunların  müqayisəli  dinamikasına  nəzər  salaq.  İlk  növbədə  mədən 

yanacaqlarının  payına  görə  ən  yüksək  göstərici  100,7  %  olmaqla  Türkmənistanda,  ən  aşağı 

göstərici  isə  52,6  %  olmaqla  Braziliyada  müşahidə  olunur.  Türkmənistandan  sonra Azərbaycan 

Respublikasında ən yüksək göstərici (98,9 %) müşahidə olunur. Bərpa olunan enerji mənbələrinə 

görə isə Azərbaycan demək olar ki, Türkmənistan və Kazaxıstandan sonra ən aşağı səviyyədə (1,5 

% təşkil etməklə) dayanır. Adambaşına düşən karbon dioksidə görə maksimum ABŞ-da (17,3 ton), 

ən  aşağı  Qırğızstanda  (1,1  ton)  olmaqla, Azərbaycanda  isə  5,4  Ton  olmuşdur.  Növbəti  göstərici 

olan  şəhər  çirkləndiricilərinə  görə  isə  ən  maksimal  rəqəm  Ermənistanda  (69  mq/m

3

),  ən  az 



Belarusda (7 mq/m

3

), Azərbaycanda isə orta olaraq 33 (mq/m



3

) müşahidə olunur. Bu da nə aşağı 

nə  də  ki  cox  yüksək  deyil  amma  bunun  azaldılması  daha  məqsədəuyğun  olmalıdır.  Təbii 

ehtiyatların tükənməsi indikatoru üçün aparılmış müşahidəyə görə Azərbaycan 32,7 % olmaqla ən 

yüksək  paya  mallikdir.  Digər  ölkələrlə  müqayisədə  ən  aşağı  faiz  0,1  olmaqla  Almaniyada 

müşahidə edilir. 




 

 

 



 

11 


 

Şəkl 4. Dayanıqlı inkişafın əsas inteqral indikatorları 

Dayanıqlı  inkişafın  inteqral  indikatorlarından  fərqli  olaraq  xüsusi  inteqral  indikatorlarını 

nəzərdən keçirək. Şəkil 4-də  üç indikatora görə müxtəlif ölkələr üzrə göstəricilərin dinamikası əks 

olunmuşdur. 

Dinamikaya  görə  ilkin  göstərici  ən  yüksək  39,7  %  olmaqla  Çində,  ən  aşağı  isə  Rusiya, 

ABŞ və Qazaxstanda, Azərbaycanda isə 5,4 % müşahidə olunur. 

İkinci  göstəriciyə  görə  isə  ən  yüksək  qiymət  ABŞ,  Kanadada  (8;  7  ha/adam),  aşağı 

göstərici  Hindistanda  (0,9  ha/adam),  Azərbaycan  da  bu  göstəriciyə  görə  aşağı  səviyyədə 

formalaşmış və 0,9 ha/adam intevalına malikdir. Bu da aşağı göstərici olduğunu xarakterizə edir. 

Üçüncü  indikatora  görə  ölkələr  üzrə  dinamikadan  aydın  olur  ki,  ən  maksimal  81,1  bal 

olmaqla Norveçdə, ən az isə Özbəkistanda (42,3), Azərbaycanda isə orta səviyyədə (59,1 olmaqla) 

müşahidə edilir. Bunun daha yüksək səviyyəyə aparılmasına  səy göstərilməlidir. 

Bunun üçün gələcəkdə qoyulan tələblərə uyğun göstəricilər  daha da artırılmalı və ölkədə 

ekologiya və ətarf mühitin inkişafına təkan vermək lazımdır. 




 

 

 



 

12 


 

Şəkl 5. Müxtəlif ölkələr üzrə sosial davamlılıq indikatorları. 

Müxtəlif  ölkələr  üzrə  sosial  davamlılıq  indikatorları  da  araşdırılmışdır.  Aparılan 

araşdırmalara  görə  ümumi  həyat  təminatı,  ətraf  mühitin  mühafizəsi  üçün  tədbirlərin  təminatı  və 

insan  inkişaf  indikatorundan  ibarət  3  sosial  indikator  müəyyənləşdirilmişdir.  Ümumi  həyat 

təminatına  görə  Kanada  ən  yüksək  göstəriciyə  malik  ,  aşağı  göstərici  isə  araşdırılan  ölkələr 

içərisində Azərbaycanda müşahidə olunur. Ümumi qiymətləndirməyə  görə isə qeyd etmək olar ki, 

maksimal  göstərici  heç  bir  ölkədə  müşahidə  olunmamışdır.  İkinci  göstəriciyə  görə    ən  maksimal 

hədd 73 % olmaqla Çin respublikasında, ən aşağı hədd  0 olmaqla Türkmənistanda, Azərbaycanda 

isə 28,1 % olmuşdur.  

Üçüncü  göstəriciyə  görə  isə  ən  maksimal  hədd  Hindistanda  (134),  aşağı  hədd  Norveçdə 

(1), Azərbaycanda isə (91) müşahidə edilir. Bu göstəriciyə görə dünya olkələri arasında reytinqimiz 

qənaətbəxş  sayılır.  Gələcəkdə  daha  yüksək  reytinq  qazanılması  üçün  ölkədə  bu  sahələrə  daha  çox 

diqqət və qayğı göstərilməlidir. 

İndi isə əsas göstəricilərdən olan və ekologiyanın dayanıqlığının müəyyənləşdirilməsi üçün 

ekoloji iz göstəricisi qeyd olunur. 

Ekoloji iz 

Ekoloji  iz  göstərici  kimi  planetdə  Yer  kürəsinin  bioməhsuldar  ərazilərinin  

qiymətləndirilməsini  və  bu  bioməhsuldar  torpaqlarda  bəşəriyyətin  ehtiyaclarının  ölçülərini  əks 

etdirir.  Ekoloji  iz  göstəricisi  bioloji  məhsuldar    torpağın  sahəsinin  ekvivalentlərində  və  dənizin 

sahəsində ərzağın və materialların  əhaliylə istehlakını ölçür, hansılar ki,  bu resursların istehsalı və 



 

 

 



 

13 


yaranan  tullantıların  udulması  üçün  lazımdır  amma  enerjinin  istehlakı  uyğun  olan  CO

2

-in 



tullantılalarının absorbsiyası üçün lazım olan sahənin ekvivalentlərində müəyyənləşir. 

"Ekoloji  iz"  indikatorunun  hesablamaları  bəşəriyyətin  və  qlobal  iqtisadiyyatın  inkişafının 

"dayanıqsızlıq"  biosferası  üçün  kritik  göstəricidir  ki,  hal-hazırda  bu  indeks  çox  planetin  bioloji 

tutumunun  50%-ni  ötür.  Qeyd  edək  ki,  1961-ci  ildə  dünyada  biopotensial  iki  dəfədən  də  çox 

azalmışdır.  

İndi əhali faktiki olaraq öz fəallığının təminatı üçün 1,5 planet istifadə edir. Bir il ərzində 

bəşəriyyətlə  sərf  edilən  yenilənən  resursların  tam  təkrar  istehsalı  üçün  bir  il  yarım  planetə  tələb 

olunur. Digər araşdırmalara əsasən amerikanlının orta həyat səviyyəsinin nailiyyətinə çatmaq üçün 

5 planet lazımdır. 

 

Şəkl  6. Müxtəlif illər üzrə bəşəriyyətin ekoloji izi 

Dinamikadan müşahidə olunur ki, bəşəriyyətin ekoloji izi 1970-ci ildən 2020-ci ilə  qədər 

artan  dinamikada  verilmişdir.  Bu  dinmika  əsasən  yerin  yükünə  görə  müəyyənləşdirilmiş  və 

dinamikaya nəzər saldıqda qeyd etmək olar ki, 1970-ci illərdə  yerin  yükündən aşağı səviyyədədir. 

Bu bu vaxta qədər artan dinamikada olmuş və davam edir.  




 

 

 



 

14 


 

Şəkl  7. Dünyada və ölkədə assimliyasiya potensialının tərkibi (qlob.ha/adam) 

Digər  bir  dinamikada  isə  dünyada  və  ölkəmizdə  əsasən  torpaq  strukturunun  qarşılıqlı 

dinamikası  əsasında  assimliyasiya  potensialı  əks  olunur.  Dinamikada  əsasən  kənd  təsərrüfatına 

yararlı  ərazilər,  otlaq  ərazilər,  meşə  əraziləri  balıqçılıq  əraziləri  və  tikili  altında  olan  ərazilərin 

dinamikasaı hesablanmış və dünya üzrə göstəricilərlə qarşılıqlı olaraq verilir. 

Tədqiqat  zamanı  insan  inkişaf  indeksinin  araşdırılması  da  bu  sahənin  dəqiqləşdirilməsi 

üçün vacib göstərici sayılır. 

İnsan inkişafı indeksi (Human Development Index) 

İnsan inkişafının ölçülməsi - mühüm sosial aspektləri özündə əks etdirən xüsusi İnsan 

İnkişafı İndeksinə xidmət edir. Bunun üçün məcmu indeksə baxaq 

İnteqral indeksə aiddir: 

 

uzun ömürlülük, 



 

təhsil səviyyəsi, 



 

ÜDM əsasında alıcılıq qabiliyyətinin paritetində adambaşına gəlir. 



Hər şeydən öncə iqtisadi cəhətdən birtərəfli irəliləməklə ənənəvi olaraq iqtisadi tərəqqinin 

göstəricilərini  keçmək cəhdi, ÜDM göstəricisi əsasında ölkənin və ya regionun yaşayış yerindən 

fərqli olaraq, insanın yaşayış keyfiyyətinin səviyyələrinin qiymətləndirilməsi amilləri nəzərə 

alınmalıdır. 

Əsasən  uyğunlaşdırılmış  ekoloji  xalis  daxili  məhsul  göstəricisi  xalis  daxili  məhsul 

göstəricisindən əmələ gəlir. Ekoloji Xalis Daxili Məhsul (EXDM) Xalis Daxili Məhsul ilə (XDM) 

Tükənmiş  Təbii  Ehtiyatların  (TTE)  (neft  çıxarma,  mineral  xammal,  meşənin  seyrəldilməsi  və  s.) 

təbii  resurslarının  tükənilməsinin  dəyər  qiyməti  (qiymətləndirilməsi)    fərqinə  bərabərdir.  İkincidə 

isə  -  alınmış  göstəricidən  havanın  və  suyun  çirklənməsi,  (tullantıların)  yerləşdirilmələri,  torpağın 

tükənməsi, yeraltı  sulardan istifadələr nəticəsində ekoloji zərərin qiymətləndirilməsi (EZQ)  çıxılır. 




 

 

 



 

15 


EXDM= (XDM-TTE)-(EZQ) 

BMT-ın  statistik  bölməsinin  ilkin  hesablamalarına  əsasən,  orta  hesabla  EXDM  təxminən  

ÜDM-in 60-70%-ni təşkil edir.  

İndikatorlar sistemi  üçün aşağıda qeyd olunan təklif və  yanasmaların qiymətləndirilməsi 

vacibdir. Belə olan halda: 

 



"mövzu  /  problem-indikator"  strukturu.  Müəyyən  olunmuş  bu  indikator,    müəyyən 

olunmuş problemə uyğundur. Adətən indikatorları üç qrupa  ayrılır: iqtisadi , sosial  və ekoloji   

 

"məqsəd-tapşırıq-indikatorlar"  strukturu  indikatorların  işlənməsində  yanaşmanın 



iyerarxiya strukturudur. Məqsəd və məsələlər yalnız indikatorlardan fərqli olaraq - miqdar ifadəsinə 

malik olur; 

 

əsas(baza-açar)  indikatorlarının  yığcam  sistemi.  Əsas-açar  indikatorlar  seçilmiş  



olmalıdır, belə ki, regionun spesifikasını və prioritetli problemlərini əks etdirmək üçün, həmçinin, 

onun müasir dövrünün inkişafının xüsusiyyətləri və inkişafı baxımından; 

 

 "mövzu-mövzu  altı  indikator"  strukturu.  Bu  yanaşma  dayanıqlı  inkişafa  görə  



müəyyənləşdirilmişdir;  

 



"təsir  -  vəziyyət-reaksiya"  strukturu.  Bu  göstəricilərə  görə  indikatorların  strukturunun 

dərəcələrə ayırması ki, BMT-ın və İİƏT (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı) sistemləri üçün 

xarakterikdir.  

Ekoloji güc 

Ekoloji  güc  ekoloji  effektivliyin  əsas  göstəricisi  sayılır.  Bu  göstərici  ekoloji-iqtisadi 

inkişafın səviyyəsini və növünü yaxşı xarakterizə edir.  Ekoloji gücə görə iki əlamət növünü qeyd 

etmək olar: 



1)  son  məhsul  vahidinə  görə  təbii  resursların  dəyərinin  hesablanması.  (tez-tez  bu 

göstərici təyin edilir məhz ekoloji güc göstəricisi kimi).  

Burada  ekoloji  tutumun  yüksəklik  ölçüsü,  ilkin  təbii  resursları  birləşdirən  bütün  zəncirdə 

təbii resurslardan istifadənin effektivliyindən asılıdır onların əsasında alınan məhsulu və bilavasitə 

texnoloji proseslərin son mərhələləri, təbii maddənin dəyişikliyiylə bağlı olur;  

2)  son  məhsul  vahidinə  görə  çirkləndirmələrin  müəyyən  ölçülərinin  müəyyən 

olunması.  

Bu  göstərici  ilə  həmçinin  çirkləndirmələrin  intensivliyini  müəyyən  etmək  olar. 

Çirkləndirmə  kimi  müxtəlif  çirkləndirici    maddələr  -  qazlar,  tullantılar  götürülmüş  ola  bilər.  Bu 

göstəricinin  dəyəri  "qeyri-tullantıların"  texnologiyası,  kanalizasiya  təmizləyici  qurğuların 

səmərəliliyinin və səviyyəsindən asılıdır. 

Ekoloji tutumun göstəriciləri iki səviyyədə müəyyən edilə bilər.  




 

 

 



 

16 


 

makrosəviyyə, iqtisadiyyatın  bütün səviyyəsi 



 

istehsal sahəsi və ya sahələrarası səviyyə. 



Makrosəviyyədə  ekoloji  güc  makrosəviyyədə  makroiqtisadi  göstəricilərini  əks  etdirən 

ekoloji güc göstəricilərinə aşağıda qeyd olunanları aid etmək olar:  

 

təbii ehtiyatların (resurs) xərcləri,  



 

ümumi daxili məhsulun vahidinə uyğun çirkləndirici maddələrin və tullantıların  həcmi,  



 

milli gəlir və s. dəyər formasındakı kimi qiymətlər     



Digər tərəfdən, bu göstəricilərlə yanaşı təbii dəyər göstəriciləri də müəyyənləşdirilməli və 

hesablanmalıdır. 

 Bu nöqteyi - nəzərdən təbii-dəyər ümumi olaraq   aşağıdakı kimi hesablanır: 

 

   



 

burada,  e

n

 —  təbii resursların müəyyən xərclərinin əmsalıdır. 

Ekoloji  güç    parametrlərini  makrosəviyyədə  də  təyin  etmək  mümkündür:  Belə  olan 

təqdirdə  istifadə  edilən  təbii  resursların  xərcləri  kimi  (və  ya  resurs)  (N)    ÜDM  vahidinə  nisbətinə 

görə,  ekoloji  tutum  (müəyyən  çirkləndirmə  və  ya  çirkləndirmənin  intensivliyi-  makrosəviyyə)  (2) 

ÜDM vahidinə görə çirkləndirici maddələrin həcmi (Z)  : 

 

 



             e

z

 —  müəyyən çirkləndirmə əmsalı. 



Dayanıqlı inkişafı daha ətraflı xarakterizə etmək üçün onun verilmiş 8 məqsədinin ətraflı 

şəkildə araşdırılması böyük əhəmiyyətə malikdir. 

Qeyd 

edək 


ki,  dayanıqlı  inkişafın  əsas  məqsədləri  aşağıdakı  ardıcıllıqla 

müəyyənləşdirilmişdir:  



məqsəd  1. Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq. 

məqsəd 2.  Aclığa son qoymaq, ərzaq təhlükəsiziliyinə nail olmaq, qidalanmanı yaxşılaşdırmaq və 

kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəkləmək. 



məqsəd    3.  Yaşından  asılı  olmayaraq  hamı  üçün  sağlam  həyat  tərzini  təmin  etmək  və  rifah  halını 

yaxşılaşdırmaq. 



məqsəd  4.  Hamı  üçün  əlçatan,  bərabər  keyfiyyətli  təhsili  təmin  etmək  və  ömür  boyu  təhsil 

imkanlarını dəstəkləmək. 



məqsəd  5. Gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaq. 

məqsəd  6.  Hamı  üçün  suyun  və  kanalizasiya  xidmətlərinin    mövcudluğunu    və  dayanıqlı  idarə 

olunmasını təmin etmək. 

ÜDM

N

e

n

ÜDM



z

Z




 

 

 



 

17 


məqsəd  7. Hamı üçün sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxşı təmin etmək. 

məqsəd  8. Mütərəqqi, inklüsiv  və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və səmərəli məşğulluğu, 

layiqli əməyi təşviq etmək. 



məqsəd    9.  Möhkəm  infrastruktur  yaratmaq,  inklüziv  və  dayanıqlı  sənayeləşməni  təşviq  etmək  və 

innovasiyaların inkşafına dəstək vermək. 



məqsəd  10. Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq. 

məqsəd  11.  Şəhər  və  yaşayış  məntəqələrinin  yaşayış  üçün  əlverişliliyini,  təhlükəsizliyini, 

möhkəmliyini və ekoloji tarazlığını təmin etmək. 



məqsəd  12. Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək. 

məqsəd  13.  İqlim  dəyişməsi  və  onun  təsirlərinə  qarşı  mübarizə  aparmaq  üçün  təxirəsalınmaz 

tədbirlər görmək*. 



məqsəd  14.  Dayanıqlı  inkişaf  naminə  okeanları,  dənizləri  və  dəniz  ehtiyatlarını  qorumaq  və 

onlardan səmərəli istifadə etmək. 



məqsəd    15.  Yer  ekosistemlərini  mühafizə  və  bərpa  etmək,  onlardan  səmərəli  istifadəni  təşviq 

etmək,  meşələri  dayanıqlı  idarə  etmək,  səhralaşmaya  qarşı  mübarizə  aparmaq,  torpaq 

deqredasiyasını  dayandırmaq,  ona  qarşı  əks  tədbirlər  görmək  və  bioloji  müxtəlifliyin  itkisininin 

qarşısını almaq. 



məqsəd    16.  Dayanıqlı  inkişaf  üçün  sülhsevər  və  açıq  cəmiyyəti  təşviq  etmək,  hamı  üçün  ədaləti 

təmin  etmək  və  bütün  səviyyələrdə  effektiv,  məsuliyyətli  və  geniş  iştiraka  əsaslanan  təsisatlar 

yaratmaq. 

məqsəd  17.  İcra  vasitələrini  gücləndirmək  və  Dayanıqlı  inkişaf  üçün  qlobal  əməkdaşlığı 

canlandırmaq. 

Bununla  yanaşı  ekoloji    dayanaqlılığın  təmin  edilməsi  üçün  aşağıdakı  vəzifələrin  icrası 

vacibdir: 

1.

 

Ölkə  strategiyalarına  və  proqramlara  uyğun  davamlı  inkişaf  prinsiplərini  daxil  etmək 



(qoşmaq) və təbii ehtiyatların tükənməsinin qarşısını almaq;  

2.

 



Əhalini içməli təmiz su ilə təmin etmək;  

3.

 



Əhalinin mənzil şəraitinin və keyfiyyətinin yaxşılaşmasını təmin etmək.  

  Ekoloji  dayanaglığın  təminatı üçün indikatorlara aşağıdakıları aid etmək olar: 

1.

 

Meşə örtüklü ərazilərin faizi; 



2.

 

Yerüstü mühitin biomüxtəliflliyinin saxlanılması üçün qorunan ərazilərin faizi;  



3.

 

Enerji tutumu;  



4.

 

Karbon emissiyaları (ton);  



5.

 

Əhalinin sayı, xüsusilə çirkləndirilmiş şəhərlərdə yaşayan əhalinin sayı;  




 

 

 



 

18 


6.

 

Su  təchizatı ilə təmin edilmiş yaşayış fondunun payı;  



7.

 

Kanalizasiya ilə təmin edilmiş yaşayış fondunun payı.  



Ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması  ilə  bərabər,  iqtisadiyyatın  müxtəlif 

sahələrində  çalışan  əhalinin  iş  şəraitinin  yüksəldilməsi  bütövlükdə  əhalinin  ümumi  sağlamlığına 

xidmət  edən  başlıca  amillərdəndir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  respublikada  mövcud  olan 

sənayenin əsasının təşkil dən bir çox müəssisələrdəki iş şəraiti ekoloji, sanitar-gigiyenik baxımdan 

müvafiq  tələblərə  cavab  vermədiyindən,  orada  çalışan  insanların  sağlamlığı  təhlükə  qarşısında 

durur.  Belə  vəziyyət  xüsusi  ilə  neft-kimya,  maşınqayırma  müəssisələrində  daha  qabarıq  şəkildə 

təzahür edir. 

Məlumdur  ki,  insanların  təsərrüfat  –  məişət  fəaliyyəti  zamanı  (texnoloji  proseslərin 

nəticəsində)  yararlı  məhsul  (mal  və  xidmət)  və  yararsız  tullantı  əmələ  gəlir.  Təsərrüfat 

(institusional)  vahidi  istifadə  üçün  yararlı  məhsulun  miqdarının  hecablanmasının  təşkilinə  marağı 

olsa da, tullantıların uçotunun təşkilinə marağı olmur. Nəticədə, ətraf  mühit (torpaq, su, hava və s.)  

davamlı olaraq fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq  aşınır (kəmiyyət və keyfiyyətini 

dəyişir). Ətraf mühitə dəymiş zərərin düzgün müəyyən edilməsi müəssisənin imkanlarından kənara 

çıxdığı üçün bu sahənin müvafiq orqanlar tərəfindən tənzimlənməsinə ehtiyac yaranır.  

Ekoloji  balansın pozulması  bütün  canlı aləmin o cümlədən də insanlar üçün təhlükəlidir. 

İnsanlar təbiəti fiziki, kimyəvi, bioloji təsirdən qorumalıdırlar. Fiziki təsir yaşıllığın məhv edilməsi, 

yerin təkinə fiziki zərbələr, müxtəlif məqsədlərlə aparılan qazma işləri, sənaye obyektləri tərəfindən 

havaya buraxılan toz, atmosferin fiziki bütövlüyünə mənfi təsir edən sair amillər daxildir. 

Tədqiqat  nəticəsində  təbiətlə  cəmiyyətin  qarşılıqlı  münasibətləri  nəticəsində  yaranmış 

hadisə  və  prosesləri  öyrənməklə  ətraf  mühitin  komponentlərinin  vəziyyətini,  insan  fəaliyyətinin 

ətraf mühitə təsir dərəcəsini, ətraf mühitin istehsal fəaliyyətinə mənfi təsirinin neytrallaşdırılmasına 

qarşı yönəldilmiş tədbirləri və bu tədbirlərin səmərəliliyi kimi məsələləri də səciyələndirilməsində  

bir sıra dayanıqlı inkişaf göstəricilərinin təsir mexanizmləri araşdırıldı. 

Tədqiqatın istiqamətinə uyğun bir sıra təklif  və nəticələr əldə olunmuşdur. 



Nəticə və təkliflər 

1.

 

Ölkə əhalisinin sağlamlığını təmin etmək üçün yaşayış və iş şəraitinin yaxşılaşdırlması 

əsas şərtlərdən biridir. 

2.

 

Ətraf  mühitin  yaxşılaşdırılması  insanların  sağlamlığı  üçün  çox  mühüm  amil  sayılır. 

Lakin ölkəmizin ciddi problemlərlə üzləşməsi ətraf mühitin mühafizəsi sahələrindəki problemlərin 

daha  da  dərinləşdirilməsi,  ölkədə  ayrı-ayrı  sənaye  və  kənd  təsərrüfatı  sahələrinin    inkişafı  təmin 

edilərkən, ekoloji amillərin nəzərə alınmaması ilə sıx əlaqədardır. 



 

 

 



 

19 


3.

 

Atmosfer  havasına  atılan  zərərli  maddələrin  azaldılması,  çay  sularının  çirklənməsinin 

qarşısının  alınması,  Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  ozon  qatının, 

biomüxtəlifliyin  qorunub  saxlanması  kimi  son  dərəcə  mühüm  əhəmiyyətli  ekoloji  problemlərin 

uğurlu  həlli  üçün  regional  və  beynəlxalq  əməkdaşlığın  hər  zaman  davam  etdirilməsi  olduqca 

zəruridir. 



4.

 

Azərbaycanda  dayanıqlı  insan  inkişafına  nail  olunması  əhəmiyyətli  dərəcədə  ölkənin 

həm səhiyyə və həm də ətraf mühitin mühafizəsi sahələrindəki problemlərin həllindən asılıdır. Hər 

iki sahə sabit iqtisadi irəliləyişə və yaşayış səviyyəsinin yüksəlməsinə təkan verən normativ hüquqi 

aktlardan bəhrələnməlidir. 

5.

 

Ölkənin ən ciddi ekoloji problemlərinin aradan qaldırılması (ekoloji təhlükəsizlik) üçün  

ölkənin  ətraf  mühitinin  mühafizəsi  sahəsində  idarəetmə  qabiliyyətini  gücləndirmək  məqsədilə 

çoxsaylı fəaliyyət proqramlarının işlənib hazırlanmasına ehtiyac duyulur. 



6.

 

Regional  və  beynəlxalq  səviyyələrdə  təbii  ehtiyatların  mühafizəsi,  elmə  əsaslanan 

inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edərək iqtisadi və insan 

resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir  



7.

 

Statistik göstəricilər sisteminin layihələndirilməsi, istehsalı və yayılması üçün  səmərəli 

metodların tərtibi. 

8.

 

 Statistik innovasiyaları, müasir metodologiya və texnologiyaların tədrisi və tətbiqi;    



9.

 

Elmi  araşdırılmaların  və  statistik  tədqiqatların  müasir  metodlarla  (registrə  əsaslanan 



statistikaya, məlumat bazalarına və on-line rejimində məlumatların toplanmasına) təşkili. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə