Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

qərarlar çıxarılması mümkündür. Cavabdeh tərəfdə isə,
qanuni qüvvə bütün inzibati orqan və şikayət instansiyası
üçün məcburi xarakter daşıyır. Qanuni qüvvə icraata cəlb
edilmiş üçüncü şəxslərə o halda şamil olunur ki, iddiaçı və
cavabdeh arasındakı münasibəti tənzimləyən qərar onlar
üçün də məcburi qüvvəyə malik olsun. Mübahisələndirmə
haqqında iddianı təmin edən qərar çıxarıldıqda, inzibati
aktın iddiaçıya münasibətdə qanuna zidd olması və buna
görə də ləğv edilməsinə dair nəticə icraata cəlb edilmiş
üçüncü şəxs üçün də məcburi qüvvə əldə edir. Bununla da,
barəsində söhbət gedən inzibati akt icraata cəlb edilmiş
üçüncü şəxsə münasibətdə də hüquqi cəhətdən mövcud
olmur. 
Qanuni qüvvənin təsiri hüquq varislərinə, yəni vərəsələrə,
torpaq sahəsinin sonrakı mülkiyyətçilərinə (tikinti işlərində)
və ya hüquqi şəxslərin hüquq varislərinə, yaxud inzibati
orqanlarda vəzifəli şəxslərin yerinə gəlmiş şəxslərə də şamil
olunur. Kimin hüquqi varis olması maddi hüququn müd-
dəalarına əsasən müəyyən edilir. 
Qanuni qüvvə yalnız müstəsna hüquqi müdafiə va-
sitələrindən (məsələn, İPM-in 100-cü və ondan sonrakı mad-
dələrinə əsasən, yeni açılmış hallarla bağlı ərizə əsasında)
istifadə edildikdə, yaxud Konstitusiya Məhkəməsinə fərdi
şikayətlə müraciət olunduqda aradan qalxa bilər. Avropa
İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət olunması
isə, qərarın qanuni qüvvəsinin aradan qalxması ilə nəticələnmir,
çünki qeyd olunan məhkəmə şikayətin uğurlu olacağı təqdirdə
yalnız Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq
maddəsinin (maddələrinin) pozulduğunu müəyyən edir. 
330


On birinci fəsil
QƏRARIN  İCRA  EDİLƏ  BİLƏN  OLMASI
A. Ümumi məsələlər
İPM-də icra ilə bağlı ayrıca sistem nəzərdə tutulmayıb.
İPM-in 116-cı maddəsində məhkəmə qərarlarının icrası ilə
əlaqədar MPM-in və «İcra haqqında» Qanunun müddəalarına
istinad edilir (bax: İPM-in 116.1-ci maddəsi). Məhkəmə
qərarlarının icrası ilə bağlı bir sıra situasiyalar üçün İPM-in
118-120-ci maddələrində ayrıca normalar təsbit edilmişdir.
İPM-in 118.1-ci maddəsi İİQ-nin 81-ci və ondan sonrakı
maddələrinin məzmununa göndəriş edir. 
İPM-in 116.2-ci maddəsi məhkəmə qərarının icrasını
təmin edən məhkəmə qismində birinci instansiya məhkəməsi-
ni nəzərdə tutur. İcra səlahiyyətli dövlət orqanları tərəfindən
həyata keçirilir. Bu, konkret icra sənədindən asılı olaraq, ya
icra məmuru, ya da qərarın icrasını təmin etməli olan
məhkəmə ola bilər. 
İPM-in 117-ci maddəsində məhkəmə qərarlarının icra ol-
unması üçün əsas qismində çıxış edə bilən icra sənədləri
məhdudlaşdırıcı şəkildə sadalanmışdır. Buraya, qanuni
qüvvəyə minmiş məhkəmə qərarları, qərardadları və məhkəmə
qərardadı ilə təsdiq edilmiş barışıq sazişləri daxildir. 
İcra edilə bilən məhkəmə qərarlarına xas olan ümumi
cəhət odur ki, onların hamısında icra edilmək keyfiyyətinə
331


malik məzmun olmalıdır. Hər hansı bir vəziyyətin də 
-
yişdirilməsi predmetinə malik iddialar (məsələn, mübahi sə -
ləndirmə haqqında iddialar) və müəyyən etmə haqqında
iddialar üzrə çıxarılmış qərarlarda belə bir məzmun olmur.
Başqa sözlərlə, bu növdən olan iddialar üzrə çıxarılan qərarlar
yalnız xərclərə münasibətdə icra edilmək qabiliyyətinə malik
olurlar. Bundan başqa, icra sənədləri müəyyən edilə bilən
olmalıdır. Yəni onlar prosesdə iştirak edən tərəflər, eləcə də
icra predmetinin növü və həcmi baxımından birmənalı
surətdə təyin edilə bilmək keyfiyyətinə malik olmalıdırlar.
Əgər bu şərtlər mövcud olmazsa, icra sənədi əsasında heç
bir icra hərəkəti həyata keçirilə bilməz. Çünki bu cür hallarda
icra orqanı kimə qarşı hansı icranı həyata keçirməli olduğunu
kifayət qədər dəqiqliklə bilməyəcəkdir. 
B. Məhkəmə qərarlarının icrası 
(İPM-in 117-ci maddəsi)
İcra ilə bağlı prinsip İPM-in 79.1-ci maddəsində təsbit
edilmişdir. Həmin müddəaya əsasən, məhkəmə qərarları
qanuni qüvvəyə mindikdən sonra icra edilir. Bu qaydadan
istisnaya yalnız o halda yol verilir ki, qanunla məhkəmə
qərarının dərhal icra edilməsi nəzərdə tutulmuş olsun.
Beləliklə, formal-hüquqi qanuni qüvvənin yaranması məhkəmə
qərarının icrası üçün zəruri şərt hesab olunur. 
Məhkəmə qərarı o zaman formal-hüquqi qanuni qüvvəyə
minir ki, həmin qərardan şikayət verilməsi daha mümkün
olmasın. İPM-in 117.1.1-ci maddəsi bütün qərarlara və qərar-
dadlara şamil olunur, bir şərtlə ki, onlar İPM-in 117-ci mad-
dəsinin digər müddəalarında sadalanmamış olsunlar. 
332


İPM-in 117.1.2-ci maddəsi həmin Məcəllənin 40-cı və
ondan sonrakı maddələrinə müvafiq olaraq qəbul edilmiş
qərardadları, yəni müvəqqəti xarakterli müdafiə icraatında
qəbul edilmiş qərarları əhatə edir. İPM-in 117.1.3-cü maddəsi
məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin
icrasını tənzimləyir. Bu o deməkdir ki, tərəflər arasında
məhkəmədən kənar bağlanan barışıq sazişi deyil, yalnız
İPM-in 66-cı maddəsinə uyğun olaraq məhkəmə tərəfindən
təsdiq edilmiş barışıq sazişi icra sənədi sayılır. Digər icra
sənədlərində olduğu kimi, barışıq sazişini nəzərdə tutan icra
sənədi də icra edilə bilən məzmuna malik olmalıdır. İPM-in
117.1.4-cü maddəsi prosessual xərclərin müəyyən edilməsi
haqqında məhkəmə qərardadının icrasını tənzimləyir. Xərclərlə
bağlı istənilən qərardad (məsələn, İPM-in 111.3-cü maddəsinə
müvafiq olaraq, şikayət geri götürüldüyü halda prosessual
xərclərə dair qəbul edilən qərardad) icrası xüsusi bir müəyyən-
ləşdirməyə ehtiyac olmadan icra edilə bilər. 
İcra məhkəmə qərarının giriş və nəticə hissələrinə əsasən
həyata keçirilə bildiyi üçün müvafiq tərəfə qərarın yalnız bu
hissələrinin (yəni təsviri və əsaslandırma hissələri olmadan)
verilməsi kifayətdir (bax: İPM-in 117.2-ci maddəsi). Lakin
bu, məhkəməni qərarı tam şəkildə tərtib etmək vəzifəsindən
azad etmir. Burada, söhbət sadəcə tam şəkildə tərtib edilmiş
məhkəmə qərarının təqdim edilməsini gözləməli olmayan
tərəf üçün icra icraatının sürətləndirilməsindən gedir.
İcra ilə bağlı ayrıca qaydalar icranın dövlətin xeyrinə və
ya ziyanına həyata keçirilib-keçirilməməsi əsasında
fərqləndirilir. 
333


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə