Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə29/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   25   26   27   28   29   30   31   32   ...   104

Kuad  Mommadov
Kulturoloeiva effcktivli havat »э foalivvata aparan  vol
•  
Orta  təbəqənin  üstünlüyü  hesabına  cəmiyyətdə  sosial-siyasi
stabilliyin  əldə  olunmasına 
istiqamətlənmiş 
ədalətli 
paylama münasibətləri.
•  
Sülh  mədəniyyəti,  mədəni  mübadilə  və  dialoq,  beynəlxalq
əməkdaşlıq.
•  
Mədəni müxtəliflik və mədəni plüralizm.
•  
Milli və din azadlıqları  maqraqlannın gözlənilməsi.
Demokratik cəmiyyət nəzərdə tu tu r:
•  
Hadisələrin  işıqlandırılması  və  qiymətləndirilməsində  azad  və
müstəqil 
KİV-nin 
obyektiv, 
vicdanlı, 
elmi 
əsaslı 
yanaşmasını.
•  
Fikir və informasiya mübadiləsinin  azadlığını.
•  
Xalq qarşısında debat və  qərar qəbuletmənin açıqlığını.
Demokratik idarəetmə siyasi sisteminin  aparıcı prinsipləri:
Ф  Majoritar  seçki  prinsipi,  əksər  səsləri  qazanma  nəticəsində 
namizədin  qələbə  qazanmasına  əsaslanır.  O,  siyasi  sistem 
olaraq, 
demokratiyanın 
əsas 
prinsiplərindən 
biridir. 
Majoritarizm, 
birqayda 
olaraq, 
dövlət 
hakimiyyətini 
məhdudlaşdıran, 
eyni 
zamanda, 
azlıqların 
hüququ 
və 
şəxsiyyətlərin  fərdi  hüququnu  təmin  edən  konstitusiya 
daxilində  fəaliyyət  göstərir.Vətəndaşlann  ən  mühüm  ayrılmaz 
hüquqları,  müddəalar  qanuna  zidd  olduqda  dövlət  və  ya 
məhkəmələr 
tərəfindən 
belə 
pozulmayan, 
konstitusiya 
tərəfindən təmin edilir.
Si 
".Saxlama  və  qarşılaşdırma"  sistemi.  Bu  sistem  hakimiyyət 
balansını  təmin  dir.  Belə  yanaşma,  hər  hansı  bir  idarəetmə 
orqanı,  siyasi  institut,  insanlar  qrupu  və  ya  aynca  şəxsdə 
hakimiyyət  artması  halını  aradan  qaldırır.  Xüsusilə,  müstəqil 
məhkəmə  sisteminin  mövcudluğu,  həm  qanunverici,  həm  də 
icraçı  hakimiyyəti  öz  səlahiyyətləri  hüdudlarından  kənara 
çıxmağa  imkan  verməyərək,  qarşılıqlı  nəzarətlə  bir-birini 
tarazlaşdırmağa imkan  verir.  Nəticədə,  vətəndaşların hüquqları 
üçün  yaranan,  hakimiyyətin  bir  şəxsiyyət  və  ya  dövlət 
strukturunun əlində cəməşməsi  təhlükəsi  aradan  qalxır.
122
Fuad  Mammadov
Kulturoloeiva effcktivli havat  va faaliyyata aparan  yol
Demokratiya  mədəniyyətinin 
formalaşdırılması  üzrə  praktik 
fəaliyyət üçün aşağıdakılar zəruridir:
• 
Demokratik mədəniyyətin həyat tərzinə çevrilməsi  üçün  onun 
imkan  və  üstünlüklərini  aşkar  edən  demokratik  dəyərlər  və 
təcrübə  prinsipləri  ilə  uşaq  və  gənclər,  eləcə  də  yaşlı  əhali  ilə 
sistemli təlimin təşkili.
• 
Cəmiyyətin  bütün  bölmələrində 
demokratik  mədəniyyətin 
formalaşması  və  inkişafını  təmin  edən  yeni  sosial  institutların 
yaradılması.
Bçlə  institutların 
ideoloji  vəzifəsi  azadlıq  və  müstəqillik, 
məsuliyyət,  yaradıcılıq,  insan  hüquqları  və digər dəyərlərə əsaslanan 
yeni 
insan 
tərbiyəsi 
və 
yeni 
ictimai 
münasibətlərin 
formalaşdırılmasına yardım etməkdir.
Demokratik 
metodlara  əsaslanan  idarəetmə  mədəniyyəti 
aşağıdakıları nəzərədə tutur:
•  
Günün  tələblərinə  cavab  verən  həyat  fəaliyyətinin  effektiv 
forma, metod və texnologiyalarının tapılması.
•  
Ziddiyyətlərin düzgün  həlli,  şəxsi  maraqlann  ictimai,  qrup  və 
dövlət  maraqlan ilə  uyğunlaşdırmaq bacanğı.
•  
Tolerantlıq  yaratmaq,  güzəştlər  tapmaq,  müxtəlif  adamlar  və 
strukturlarla 
əməkdaşlıq  və  işgüzar  münasibətlər  qurmaq 
bacanğı.
Demokratik  idarəetmənin 
yüksək  mədəniyyəti 
rəhbərlərin 
peşəkarlığına  və  pozitiv  mənəvi 
keyfiyətlərinə  əsaslanarsa, 
vətəndaşlann  ictimai-faydalı  və  rəqabətəqabil  yaradıcı  fəaliyyəti, 
qanunun  aliliyinin  gözlənilməsi  və  cəmiyyətin  mənəvi  sağlamlığının 
qorunması  üçün  əlverişli  şərait  yaranar.  O,  sosial  ədalətə,  ictimai 
rifahın  inkişafına  nail  olmaq,  terrorizm,  anarxiya  və  dağıdıcı 
proseslərin  aradan qaldınlmasına  yardım etməlidir.
İdarəetmə 
proseslərinin 
əksmərkəzləşdirilməsi 
və 
qərarın 
hazırlanıb  qəbul  edilməsi  prosesinə  müstəqil  ekspertlərdən  ibarət 
geniş  dairənin  cəlb edilməsi  hakimiyyət  və məsuliyyətin pavlanmasıs 
və  demokratik  idarəetmə formaları  üçün  geniş  imkanlar  açır.  Sərt 
dövlət  nəzarəti,  demokratik  ölkələrdə  şəxsiyyət  və  cəmiyyətin
123


F u a d  M a m m a d o v
Kulturologiva effcktivli havat va faalivvata a p a r a n  vol
maraqlannm  uyğunluğuna  yardım  edən  demokratik  tənzimləmə  ilə 
əvəz edilir.
Demokratiyanın  inkişafına mane olan  sosial hadisələr və  insani 
keyfiyyətlər:
•  
Cəhalət
•  
Şərəfsizlik
•  
Məsuliyyətsizlik
•  
Korrupsiya
•  
Monopolizm
•  
Yoxsulluq
•  
Qeyri-bərabər paylama münasibətləri
•  
Həsəd
•  
Yaltaqlıq
•  
Riyakarlıq
•  
Yerlibazlıq
VƏTƏNDAŞ CƏMİYYƏTİ MƏDƏNİYYƏTİ
Vətəndaş  cəmiyyəti  mədəniyyəti  -   bəşəriyyətin  sosial-siyasi 
mədəniyyətinin  şüurlu,  proqressiv  və  humanist  forması  olub, 
vətəndaşların sosial fəallığı  və özünüidarəsi hesabına  ictimai rifahın 
inkişafım  təmin edən  həyat fəaliyyətinin yüksək mədəniyyətidir.
Vətəndaş  cəmiyyəti  mədəniyyəti  -  məzmun və dəyər,  tarixi-siyasi 
göstəricilər  də  daxil  olmaqla, 
demokratik  mədəniyyətin  konkret 
ifadələrindən  biri  olub,  geniş  anlayışı  əhatə  edir.  Bu,  ictimai-siyasi 
sistem  olan  demokratiyanın  mədəniyyətidir.  O,  həyat  fəaliyyətinin 
müxtəlif  dəyər,  norma  və  texnologiyalarının  məcmuudur.  Bunların 
arasında  -   siyasi,  mənəvi,  hüquqi,  idarəetmə,  sosial,  milli,  dini, 
məişət  və  s. 
dəyərlər  vardır.Vətəndaş  cəmiyyəti  mədəniyyətinin 
əsasını 
insanın  hüquq  və  azadlıqları,  plüralizm  və  humanizm 
prinsipləri  təşkil  edir.  Vətəndaş cəmiyyəti  mədəniyyəti  -  şəxsiyyətin 
azadlığı  və  sosial  məsuliyyəti,  fikir plürializmi,  qanuni  hökumətə və 
qanuna, mülkiyyət və şəxsiyyət hüququna  hörmətdir.
124
rua.d_M?mm?dpv
Kulturologiva efTcktivli havat va faalivvata aparan yol
Vətəndaş cəmiyyətinin  ictimai idealı:
•  
Xidmət və mükafat arasında uyğunluq.
•  
Təhsilli,fəal  və  mənən  kamil 
şəxslər  üçün 
şəraitin 
mövcudluğu.
•  
İnsanın həyat fəaliyyəti üçün  ilkin bərabər şəraitin olması.
•  
Söz,  yaradıcılıq  və 
fəaliyyət 
azadlığı  üçün 
imkanların 
mövcudluğu.
•  
İnsanların özünütəyini  üçün  imkanların mövcudluğu.
•  
Ahəngdar və ədalətli  ictimai münasibətlərə nail olma.
•  
Həyati nemətlərin ədalətli bölgüsü.
•  
İnsanın ictimai vəziyyəti ilə. qabiliyyətləri  arasında uyğunluq.
•  
Hüquq və vəzifələr arasında uyğunluq.
•  
Şəxsi və ictimai maraqlar arasında uyğunluq.
•  
Vətəndaş vəzifəsi və insani ehtiyaclar  arasında  uyğunluq.
•  
Xeyirxah  həyat  tərzi  və  şəxsi  xoşbəxtliyə  nail  olma  arasında 
uyğunluq.
Vətəndaş cəmiyyəti mədəniyyəti aşağıdakıları nəzərdə tutur:
©  şəxsiyyətin  və  cəmiyyətin 
inkişaf  maraqlarına  maksimal 
cavab verən  mədəniyyətin 
siyasi tipi  olan  demokratiyanın təsdiqi;
©  demokratiyanın humanist  prinsiplərinə  əsaslanan  etik-hüquqi 
normaların həyata keçirilməsi;
©  informasiya  azadlığı, 
mədəni 
nailiyyətlər 
və 
həyat
təminedicilərinin humanist sistemindən geniş istifadə  imkanı;
©  şəxsiyyətin 
sosiallaşması 
və 
ictimai 
münasibətlərin
tənzimlənməsi, 
milli-mədəni,dini, 
sosial 
və 
digər
ziddiyyətlərin həll edilməsi;
©  şəxsiyyətin  və  cəmiyyətin 
mədəniyyət  və  maraqlannm 
uyğunlaşdmlması;
©  milli  mədəniyyətin  demokratikləşdirilməsi,  elmi  biliklərin  və 
həyat fəaliyyətinin  effektli texnologiyalanmn  yayılması;
©  yoxsulluğun  aradan  qaldınlması,  davamlı  inkişaf və  tərəqqiyə 
nail olmaq;
©  vətəndaşlann iqtisadi, ictimai və siyasi müstəqilliyinə, eləcə də 
məsuliyyətliliyinə  nail olmaq;
125


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə