Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə61/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   57   58   59   60   61   62   63   64   ...   104

Kuad  Mommadov
Kutturologiva effektiv» bayat va faalivvata apararı vol
və  onun  inkişafı  üçün  yeni  imkanlar yaradan  bir  sıra  sosial-mədəni 
inqalablar  baş  verdi  :  elmi-texniki,  informasiya-kompüter,  texnoloji, 
təhsildə  inqilablar.  Kulturologiya,  sosiologiya,  politologiya  və  digər 
humanitar  və  ictimai  elmlərin 
sürətli  inkişafi  sosial  inkişafin 
texnologiya  və  modellərinin  dəyişdirilməsinə  yardım  etdi.  XX  əsrdə 
bütün  qlobal  problemlərin  özəyi  insan  inkişafi  və  onun  təbiətlə 
harmoniyası problemi oldu.
Təəssüf  ki, 
müasir  sivilizasiya 
daxilində 
insan 
inkişafina 
mədəniyyətin  yaradıcı  qüvvələri  ilə  -  Ağıl,  Bilik,  Xeyirxahlıqla 
yanaşı,  yenə  də  dağıdıcı  qüvvələr  -  Təbiət,  Cahillik  və  Şər də  təsir 
göstərir.  Ümumiyyətlə,  amerika kulturoloqu  D.Recin  “şizoffeniyal” 
adlandırdığı  iyirminci  yüzillik  üçün  ziddiyyətlıi  inkişaf  olduqca 
səciyyəvidir.  Bu  ziddiyyətlər  -   bilik  və  cahillik,  fərdiyyətçilik  və 
kollektivçilik,  milliyyətçilik  və  beynəlmiləlçilik  səadət  və  xalqların 
istirabı  beynəlxalq  həmrəylikn  və  silahlı  qarşıdurma  arasında  baş 
verir.Bu  mübarizə 
Xeyir  və  Şər  qüvvələrin,  demokratiya  və 
diktaturanın,  ideologiya,  hərəkat  və  blokların  çəkişməsidir.  Özündə 
müxtəlif  sosial-siyasi  sistem  və  mədəniyyətləri  birləşdirən  müasir 
sivilizasiya  iki  dünya  və  bir  çox  lokal  müharibə  və  münaqişələrin 
şahidi  olmuşdur.  Yer  kürrəsi  əhalisi  öz  mövcudluğuna  nə  qədər 
sevinirdisə,  ekoloji  fəlakətlər,  xəstəliklər,  cinayətlər,  yoxsulluq  və 
milyonların  hüquqsuzluğu  ilə  bir  o  qədər  kədərlənirdi.  Bu  anlamdan 
çıxış  edərək, 
bəşəriyyətin  qabaqcıl  düşüncəli  insanlan,  özündən 
əvvəlki  nəsillərin  tərəqqipərvər  ideya  və  idrak  nailiyyətlərinə 
istinadən, 
yeni  tarixi  şəraitdə 
dünya  təcrübəsini 
zənginləşdirib 
inkişaf  etdirərək,  XX  əsrdə  bəşəriyyət  qarşısında  duran 
qlobal 
problemlərin 
həllinə 
istiqamətlənmiş  yeni 
ictimai 
inkişaf
texnologiyalarını  təkmilləşdirir.
Müasir 
sivilizasiyanın 
tərəqqipərvər 
nailiyyətlərinin 
əldə 
edilməsində  müxtəlif  peşə  sahiblərinin,  ilk  növbədə  isə  ziyalıların 
xidmətlərii  böyükdür.Lakin  sosial-mədəni  tərəqqinin  başlıca  faktoru 
elm  olaraq  qalır.  Özünü  bəşəriyyətə  xidmər 
və 
öz  fəaliyyətini 
humanizm  prinsipləri  əsasında 
həyata  keçirən  alimlər,  dünya
mədəniyyəti  tarixinin  bütün  dövrlərində  onun  inkişafının  avanqardı 
olmuşlar.  Empirik  bilikdən  onun  sisteminə  qədər,  minilliklər  ərzində 
inkişaf  edən  elm,  kəşf  etdiyi  qanunlara  görə  mədəniyyətin  mühüm
250
Fuad  Mammadov
Kulturologiya cffeklivli havat  va faalivvata aparan vol
sosial institutu və  bəşəriyyətin  inkişafinın  güclü yaradıcı  qüvvəsinə, 
sinsamn xidmətinə verilmiş bir çox sosial-mədəni inqilabların  əsasına 
çevrildi.  Elmi  biliklər  dünyanı  əvvəlcədən müəyyən  edilən  və  idarə 
edilən  etdi.  Üçüncü  minilliyin  astanasında  elmə  istinad  edən  bilik, 
təbii-coğrafi sərvət,  kapital və əməkdən  daha  üstün  olan,  "dördüncü 
iqtisadi faktor" oldu.
Bu  işdə  informasiya,  təhsil  və  tərbiyə  kimi  sosial  institutların 
əhəmiyyəti  böyükdür.  Elm  və  kompüter  texnologiyalarının  inkişafi, 
beynəlxalq  informasiya  şəbəkəsi  olan  “İntemet”-in 
yaradılması 
insanlar üçün bəşəriyyətin yaratdığı  bilikləri  mənimsəmək və praktik 
istifadə etmək  üçün  fantastik imkanlar açdı.  İnformasiyalı cəmiyyətə 
keçid,  informasiya  texnologiyalarının  intensiv  inkişafi 
şəraitində 
sivilizasiyalı ölkələrdə, bəşəriyyətin  bu və ya digər dərəcədə qiymətli 
biliklərin  seçimini  həyata  keçirən 
və  onların  praktikaya  tətbiqinə 
yardım edən  “bilik menecerləri”-nin hazırlığı mühüm əhəmiyyət kəsb 
etməyə başladı. Təhsilsiz insan  müstəqil ola bilməz.  Cahillik həmişə, 
indi  də  Şərin “sosial  bazası” olaraq  qalır.  Eyni  zamanda mədəniyyət - 
biliyə, quruculuğa və humanizmə əsaslanan rifah, insanın  intellektual, 
emosional  və  fiziki 
fəaliyyətinin  pozitiv  prosesi,  vasitəsi  və 
nəticəsidir. 
XX  əsrin  təcrübəsi 
bir  daha  təsdiq  etdi  ki.  insan 
mədəniyyətinin  mühüm  institutu  olan  humanizm  tərbiyəsi,  həyatını 
insan  təbiətinin  neqativ  xüsusiyyətləri  ilə  bağlı  barbarlıq  və  vəhşilik 
mədəniyyətinə xas  dağıdıcı proseslərdən qorumaq üçün,  bəşəriyyətin 
özünümühafizəsinə yardım edən  insan inkişafının zəruri alətidir.
Bəşəriyyəti 
görkəmli  elmi  kəşfləri  və  bədii  əsərləri  ilə 
zənginləşdirən  demokratik  mədəniyyət  öz  məzmun  yetginliyinə  XX 
əsrdə,  sinfi  məhdudiyyətlərin  aradan  qaldırılması 
onun  əsas 
tendensiyasına  çevrildiyi  zaman,  qədəm  qoydu.  Bu  onunla  şərtlənir 
ki,  sivilizasiyalı  ölkələrin 
müasir  mədəni  siyasəti,  cəmiyyətin 
müəyyən  hissəsinin  sinfi,  siyasi,  etnik  və  ya  dini  əlamətlərə  uyğun 
yox,  xalqın mənafeyinə uyğun olaraq qurulur.  Belə bir siyasət  dünya 
kulturoloji  elminin  son  nailiyyətlərini,  eləcə  də  sivilizasiya  və  dünya 
mədəniyyəti  inkişafinın  praktik 
təcrübəsini  nəzərə  alır.  BMT. 
YUNESKO, 
Avropa 
Şurası 
və 
digər 
beynəlxalq
təşkilatlar.bəşəriyyətin 
sosial-mədəni  problemlərinin 
həllinə 
əhəmiyyətli  töhfələr  vermişlər.  Onlar  milli  və  regional  təşkilatlara.
251


KMad  Mammadov
Kulturologiva cffcklMi havat 
у д
 
faaliyyola aparan 
v o l
elmi  tədqiqatların  nəticələrinə, 
müxtəlif  ölkə  politiloq,  sosioloq, 
müstəqil  ekspetrt-kulturoloqlann  tövsiyələrinə  istinadən 
mədəmi 
siyasət  və  dünya  mədəniyyətinin  inkişaf  prosesinə  pozitiv  təsir 
göstərirlər.Tərəqqipərvər  dünya  birliyi  ruhi  mədəniyyəti 
insan 
inkişafının  universal 
özəyi,  həyat  fəaliyyəti  vasitəsi  və  insanın 
təkmilləşdirilməsi  yolu,  mədəni  siyasəti  isə -  inkişaf və rifahın  strateji 
siyasəti 
kimi  nəzərdən  keçirir.  1988  -   1997-ci  illərdə  BMT  və 
YUNESKOmun  rəhbərliyi  altında  Dünya  mədəniyyəti  inkişafının 
onilliyi  keçirilirdi.  2000-ci  il  dünya  mədəniyyəti  ili  elan  olunmuş, 
2001-ci  il yeni minilliyin birinci onilliyi  isə  sivilizasiyalararası dialoq 
adı  altında  keçiriləcəkdir.  1922-ci  ildə  BMT-nin  ətraf aləm  və  inkişaf 
üzrə  Rio-de-Janeyroda 
keçirdiyi 
Dünya  konfransında  dünya 
birliyinin  XXI  əsr  üçün  fəaliyyət  proqramı  müəyyən  edilmişdir.  Bu 
proqramın  əsasını  planet  dövlətlərinin  daxili  siyasətinin  resursların 
qorunmasını  təmin  edən  yüksək  istehlak  mədəniyyəti  və  iqtisadi 
effektivliyin  sosial  məsuliyyətlə  uyğunlaşdınlmasına  istiqamətlənən 
davamlı  inkişaf  prinsipi  təşkil edir.
Vətəndaş  cəmiyyətinin  təkmilləşdirilməsi  məqsədi  ilə  Avropa 
Şurası  hərtərəfli  insan  inkişafına,  mədəniyyət  sahəsində  düzgün  qərar 
qəbul  edilməsi  və avropa ölkələrinin  effektiv mədəni  kooperasiyasına 
istiqamətlənmiş  kulturoloji  tədqiqatlara ciddi  yardım  göstərir.  1998-ci 
ilin 
martında  İsveç  Bankının  yardımı  ilə  Stokholmda,  mədəni 
siyasətin  sosial  inkişafa  istiqamətlənməsi  məsələlərinə həsr olunmuş, 
Avropa  dövlətlərinin  hökumətlərarası  konfransı  keçirildi.  Həmin  il 
İsveç  paytaxtında  avropa  ölkələri  mədəniyyət  nazirlərinin,  mədəni 
siyasətin  sosial  istiqamətləri  məsələlərinə həsr edilmiş iclası  keçirildi. 
1999-cu  ilin  noyabrında  Norveçdə,  22  ölkədən  gəlmiş  150  alimin 
iştirakı  ilə,  mədəni  siyasət  sahəsində  tədqiqatlar  üzrə  Beynəlxalq 
konfrans  keçirildi.  Bu  ölkələrin  əksəriyyəti 
inkişaf  etmiş  avropa 
dövlətlərini  təmsil  edirdilər.Konffans  iştirakçılarının 
məruzə  və 
çıxışları 
göstərdi  ki, 
müasir  dünyada,  ilk  növbədə  demokratik 
ölkələrdə  mədəniyyətin  inkişafına  verilən  əhəmiyyət  və  ona  aynlan 
diqqət  gündən-günə  artır.Postsovet  məkanından  fərqli  olaraq,  avropa 
ölkələrində  mədəniyyət  üstqurum  hadisəsi  kimi,  başlıca  olaraq  - 
incəsənət,  etika,  folklor  kimi  yox,  hər  şeydən  əvvəl  inkişaf,  rifah  və 
həyat yolu kimi  başa düşübür.  Avropada,  dövrün dəyişən şəraitinə və
252
Fuad  Mammadov
Kullurologiva cffcktivli havat 
у д
 
faaliyvat.a aparan  yol
həyatın 
obyektiv 
tələblərinə 
uyğun,  dövlət 
və 
cəmiyyətin 
tərəqqipərvər  sosial-mədəni  inkişafinı  təmin  edən  mədəniyyət  işləri 
üzrə  dövlət  şuraları,  mədəniyyəti  idarəetmə  institutları,  mədəniyyət 
universitetləri  və  kafedraları,  kulturoloji  tədqiqat  mərkəzləri  və  digər 
müəssisələr geniş yayılmışdır.
Son  onillikdə  BMT  məruzələrində,  BMT  inkişaf  Proqramının 
sifarişi  ilə 
müstəqil  ekspert  qrupunun  hazırladığı,  insan  inkişafı 
haqqında  qlobal  miqyaslı  aktual  problemlər  nəzərdən  keçirilir.  Bu 
proqram  öz  missiyasını,  bərabərhüquqlu  cəmiyyət  yaradılması  və 
davamlı  insan  inkişafına  nail  olmağa  yardım  edən  milli  potensial 
yaradılmasında  ölkələrə  yardım  göstərməkdə  görür.  O.  174  ölkə  və 
əraziyə  özünütəminatın  təşkili,  kasıblıqla  mübarizə,  ətraf  mühitin 
keyfiyyətinin bərpa  edilməsin,  iş  yerlərinin  yaradılması  və  qadınların 
vəziyyətinin yaxşılaşdırılmasında böyük yardım göstərir.
Məruzələrdə  insan  maraqlan  və  gəlir  əldə  etmək  cəhdi  arasında 
şüurlu  balans  axtanlma  cəhdələrinə  mühüm  əhəmiyyət  verilir.  Bu 
məruzələr göstərir ki,  insan potensialının inkişafı son nəticədə  “insan 
imkanlanmn  genişlənməsi  prosesi “ -  dir.  Müxtəlif ölkələrdə həyatın 
orta  uzunluğu,  savadlılıq  səviyyəsi,  ümumi  rifahla  ölçülən  insan 
inkişafi  indeksinin  analizi  çıxış  nöqtəsi  kimi  özünü  göstərir.  Məruzə 
müəllifləri  təhsil,  texnologiyalan  və  mədəniyyət  nailiyyətlərindən 
istifadə  imkanı  olmayan 
milyonlarla  insanın 
marginləşməsinin 
aradan  qaldırılması  məqsədi  ilə  sosial  siyasətin  gücləndirilməsi 
çağırışı ilə  siyasətçilərə müraciət edirlər..
BMT-nin  inkişaf  Proqramı  qloballaşma  şəraitində  ölkələrin  və 
xalqların polyarlaşmasının əksinə çıxış edərək, dünya birliyini  maddi 
nemət 
və 
imkanların 
qeyri-bərabər 
bölünməsinin 
aradan 
qaldırılmasına  çağırır.  Qloballaşmanı  yalnız 
iqtisadi  baxımdan 
anlamaq  düzgün  deyil.  Bu,  hər  şeydən  əvvəl, 
insan  həyatı  və 
fəaliyyətinin  bütün  sahələrini,  bütövlükdə  bütün  müasir  dünya 
mədəniyyətini  əhatə  edən 
sosial-mədəni  kateqoriyadır.  Dövlətlər 
qloballaşmadan yalnız gəlir əldə etmək üçün deyil, həm də onun insan 
mənafeyinə,  həyatın  zənginləşməsinə,  ümumi  dəyərlərə  əsaslanan 
qlobal  cəmiyyətin  yaradılmasına  xidmət  etməsində  yardımçı 
olmalıdırlar.  Bunun  üçün  qloballaşma  siyasətində,  insan  potensialı 
inkişafi  sahəsi  prioritet  istiqamətlərinin 
seçimini  nəzərdə  tutan
253


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə