Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə60/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   56   57   58   59   60   61   62   63   ...   104

Fuad 
МишаФа
KulturologiYa effcklivll hay al  m faallvvata aparan vol
bəşəriyyətin  gələcəyinin bütövlükdə gənclərin təhsil  və tərbiyəsindən 
asılı  olması  fikrindən  çıxış  edirdilər.  XIX  əsrin  sonunda  avropa 
ölkələri və ABŞ-da  icbari ibtidai təhsilin  tətbiqi bu strateji məsələnin 
həll  edilməsində  həlledici  əhəmiyyətə  malik  oldu.  Təhsilin 
əhəmiyyətli  rolu  yalnız  ayn-ayn  sahələr üçün  peşəkar mütəxəssislər 
hazırlamaqdan  ibarət  deyildi.  Bu,  elmi  və  gündəlik  şüur  arasındakı 
fərqi  azaldaraq,  şəxsiyyətin  sosial  mobilliyinin  artması  və  Avropada 
mədəni-iqtisadi  tərəqqinin  sürətlənməsi  üçün  şəraitin  yaradılmasına 
yardım  edirdi.  Bununla  yanaşı,  inkişaf  etməkdə  olan  kapitalizmin 
təhsil  sisteminə  avtoritar  hakimiyyətin  mənafeyinə  xidmət  edən 
ziddiyyətlər müəyyən təsir göstərirdi.  Bu ziddiyyətlər ondan  ibarət idi 
ki,  hakimiyyət,  bir  tərəfdən  yaradıcı  şəxsiyyətlərin  -   müstəqil  qərar 
qəbul  etmə  və  tənqidi  təfəkkürə  malik  alim  və  mütəxəssislərin 
hazırlığı  və inkişafında maraqlı idi.  Digər tərəfdən isə, yaradıcı  işçi  və 
qulluqçuların  məmurların nüfuzuna,  konformizmə,  hakim  strukturlara 
sözsüz  xidmətlə  tabe  edilməsində  də  maraqlı  idilər.  Bir  tərəfdən 
yüksək  ixtisaslı  mütəxəssislərə  olan  ehtiyac,  digər  tərəfdən  isə,  bəzi 
buıjua  məmur  dairələrinin,  asan  idarə  edimə  baxımından,  geniş 
kütlələrin  cahilliyi  və  geriləməsindəki  marağı  millətin  sosial-mədəni 
inkişaf  templərində 
mənfi  təzahür  olunurdu.  Həqiqi  demokratik 
hakimiyyəti  avtoritar  hakimiyyətdən  fərqləndirən  bu  ziddiyyət 
kapitalisf  cəmiyyətlərin 
sonrakı  tədrici  demokratikləşdirilməsi 
prosesində  aradan  qaldırılmağa  başladı.  Kapitalist  cəmiyyətlərindəki 
sosial  ziddiyyətləri  aradan  qaldırmaq  üçün,  inqilaba  alternativ  vasitə 
kimi,  siniflər  və  sosial  qruplar  arasında  əməkdaşlıq  yolu  ilə 
mənafelərin  harmonizasiyasına  istiqamətlənmiş,  sosial  islahatların 
təkamülü yolu  seçildi.
XIX  əsrin  ikinci  yarısı  -   XX  əsrin  əvvəllərindəki  elmi  kəşflər 
nəticəsində, dünyanın yaranışına  mexanistik nyuton nəzərindən  fərqli, 
yeni nəzərlə baxmaq  üçün əlverişli  şərait yarandı.  Elm Yer kürrəsində 
həyatın  əmələ  gəlməsi,  məkan  və  zaman,  materiyanın  quruluşu  və 
hərəkəti,  təbiətin  inkişaf qanunları  və  insanın  orada  yeri  haqqındakı 
təsəvvürlərə  inqilabi  dəyişikliklər  gətirdi.  Çarlz  Layel,  Çarlz  Darvin, 
Ernest  Hekkel,  Georq  Mendel  və  digər  görkəmli  alimlərin  əsərləri 
təbiətin  və  insanın  özünün  tarixi  problemlərinin  maarifli  insanların 
diqqət  mərkəzinə  gətirilməsinə  yardım  etdi.  Yeni  biliklər  və  inkişaf
246
Fuad  M
mw
HİKİQ
y
Kulturologiva cffektİYİi haval ta faalivvata aparan  yol
texnologiyaları 
yalnız 
avropa  xalqlarının  deyil,  həm  də  bütün 
bəşəriyyətin  istifadəsinə  verildi. 
Onlar  obyektiv  olaraq,  müxtəlif 
səviyyədə də olsa, dünyanın ayn-ayn  ölkə  xalqlannın ümumi  mədəni 
səviyyəsi  və  intellektual  potensialının  inkişafına  təsir  göstərirdilər. 
Avropada  mədəni  tərəqqinin 
mühüm  tarixi  əhəmiyyəti  də  məhz 
bunda  idi.  Dünyanın  yeni  elmi  mənzərəsi  Maksvel,  Mendeleyev, 
Rentqen,  Eynşteyn,  Küri,  Bor,  Rezerford  və  digər görkəmli  alimlərin 
kəşfləri ilə zənginləşərək, bütün baxışlar sisteminin dəyişməsinə səbəb 
oldu  və  Yeni  dövr  demokratik  mədəniyyətinin  ciddi  nailiyyətinə 
çevrildi.  Xalqın  elmi  dünya görüşünün  formalaşmasına  yardım  edən 
ictimai maarifçilik sistemi geniş vüsət aldı.  O, İngiltərə, Fransa,  ABŞ, 
eləcə  də  Köhnə  və  Yeni  dünyanın  görkəmli  alimlərinin  iştirak 
etdikləri 
kütləvi  mühazirələr  yolu  ilə  həyata  keçirilirdi.  Bununla 
yanaşı,  Avropa  və  ABŞ-da 
yaşlılar  üçün  məktəb  və  kurslar, 
universitetlərdə  təbliğat  şöbələri,  “xalq  universitetləri”,  axşam  və 
bazar  günü  məktəbləri  geniş  yayılmağa  başladı.  Elmi  biliklərin 
inkişafi,  elm və texnika nailiyyətlərinin praktik mənimsənilməsi insan 
qabiliyyətləri  və  onun  inkişaf  imkanlarını  genişləndirdi.  Bütün  bu 
faktorlar  Yeni  dövrdə  demokratik  mədəniyyətin  təkamülünə  böyük 
təsir göstərdi.
Lakin  demokratik  mədəniyyətin 
inkişafında  uğurlarla  bərabər 
neqativ  hadisə  və  obyektiv  çətinliklər  də  olurdu.  Yetgin  kapitalizm 
cəmiyyətində  burjuaziyanın  bir  hissəsinin  öz  “status  quo”-nu 
saxlamaq istəyi ilə əmələ gəlib, yaradıcılığa düşmən olan konformizm 
mədəniyyətdə  müəyyən durğunluq, hətta  böhran hadisələrinə səbəb 
oldu.  Bunlara, bir çox xalqların “ümumi əməyinin” nəticəsi olan,  ruhi 
və maddi dəyərlərin paylanmasında bərabərsizlik də əlavə edilməlidir. 
Həmin  ziddiyyətlərin  daha  da  kəskinləşməsinə 
monopolist 
kapitalizminin  inkişafi  təsir  göstərdi.  Bununla  belə,  mədəniyyət 
demokratikləşdirildikcə,  monopoliyaların  yaranması  ilə  əlaqədar olan 
kapitalizm  ziddiyyətləri  də  tədricən  aradan  qaldırılırdı.  O,  öz 
təcəssümünü  -  ümumi  seçki  hüququ, 
antiinhisar  və  sülhyaradıcı 
siyasət,  əhalinin  sosial  müdafiəsinin  effektiv  sistemləri,  hökumətin 
parlament  qarşısında 
məsuliyyəti  və  digər 
proqressiv  dövlət 
sənədlərində  tapdı.  Elm  və  təhsilin  qabaqlayıcı  inkişafi  xalqın  sosial 
fəallığının  inkişafinda  güclü  faktor  oldu.  Kəmsavad,  intellektual
247


Kuad  Mommodov
Kullurologiva effcklivli hoval  уд foalivvota aparan  vol
cəhətdən  inkişaf  etməmiş,  cahil  adam  kapitalist  cəmiyyətinin 
tərəqqipərvər  inkişafi  maraqlarına  zidd,  nökər  psixologiyasının 
sosial  mənbəyi  kimi  nəzərdən  keçirilirdi.  Bu  anlamdan  çıxış  edərək, 
XIX  əsrin  axırlarında  Avropa  və  ABŞ-nın  liberal  buıjuaziyasımn 
ümumi  mədəniyyət,  etik  tərbiyə  və  siniflərin  əməkdaşlığının,  “etik 
ümumilik” çərçivəsində  əmək və kapitalın inkişaf etdirilməsi  yolu ilə 
sosial  ziddiyyətlərin  azaldılmasına yönəldilən  təşəbbüs  və  cəhdlərini 
layiqincə  qiymətləndirmək  lazımdır.  Həyat  tərzi, 
dini  və  siyasi 
baxışlarındakı 
fərqlərdən 
asılı 
olmayaraq, 
vətəndaşların 
konsolodasiyasına  yardım  edən  vahid  mədəniyyət  daxilində  yaradılan 
etik  mədəniyyət 
cəmiyyətləri,  klubları  və  settelmenlər  həmin 
məqsədlərə  xidmət  edirdi.  Bu  fəaliyyət  xalqın  sosial  psixologiyasına 
pozitiv  təsir  göstərərək, 
cəmiyyətin  mədəni  tərəqqisinə  yardım 
göstərdi.Demokratik  mədəniyyət 
kapitalist  cəmiyyətinin 
vahid 
“yüksək  mədəniyyəti”nin 
formalaşdırılması  yolu  ilə 
mürəkkəb 
siyasətdaxili problemlərin  həll edilməsinin  mühüm vasitəsi oldu.
Elm,  təhsil  və  mədəniyyət  yeni  dövr  mədəniyyəti  inkişafının 
dominantası  oldu.  Dünya  elm  xadimləri  özlərindəki  intellektual  gücə 
istinadən  həqiqətə,  bəşəriyyətin  daha  uğurlu  gələcəyinə  doğru  gedən 
yolu  işıqlandırırdı.  Təhsil  -  mütəxəssislərin  elmi  biliklər  əsasında 
peşə  hazırlığını  təmin  edir,  yüksək  incəsənət  isə  ictimai  şüuru  həmin 
biliklərlə  daha  da  zənginləşdirirdi.Özündə  yüksək  intellekt,  sosial 
fəallıq,  emosional  zənginlik  və  humanizm  birləşdirən 
insan 
şəxsiyyətinin  formalaşdırılması  istiqaməti  mədəni  inkişaf üçün  daha 
mühüm səciyyə  daşımağa başlayırdı.  Belə yanaşma, harmonik inkişaf 
etmiş  insanı  nəzərdə  tutan 
H.Mannm  “mütləq  insan”  formuluna 
uyğun gəlirdi.
Mədəniyyətin  elmi  anlamının  dərk  edilməsi,  dünya  nmədəniyyəti 
və  onun  sosial 
institutlarının 
inkişaf  qanunauyğunluqlarının 
öyrənilməsində  XIX  əsrdə  yaranan 
pozitixizmin  mühüm  tarixi 
əhəmiyyəti  oldu.  Mədəniiyyətin  mahiyyətini,  digərlərindən  fərqli 
olaraq,  daha  geniş  anlamda  başa  düşən  ingilis  tarixçisi  Henri  Tomas 
Bökl,  alman  tarixçisi  Karl  Lamprext  və  digərlərinin  əsərləri  tarixi 
sivilizasiyanın  təkamülü  və  tərəqqisi,  insan,  dövlət  və  cəmiiyyətin 
inkişafında mədəniyyətin rolu haqqında biliklərlə  zənginləşdirdilər.
248
Fuad  Mommadot
Kulturologiva cffcktivlı həvat vo faalivvata aparan vol
Yeni dövr demokratik mədəniyyətinin inkişafı üçün bədii ədəbiyyat 
və  publisistika,  xüsusilə də  tənqidi  realizm  prinsiplərində  qurulmuş 
əsərlər  misilsiz  əhəmiyyət  daşıyırdılar.  Balzak,  Dikkens,  Puşkin. 
Qoqol,  Tolstoy,  Dostoyevski, 
Stendal,  Qolsuorsi  insan  qəlbinin 
dərinliklərinə  nüfuz  edərək,  ətraf aləmə  realistik baxış  formalaşdırır, 
bəşəriyyətin  tərəqqipərvər  üsullarla 
dəyişdirilməsinə  can  atmaq 
cəhdlərini stimullaşdırırdı.
Avropada 
demokratik 
mədəniyyət 
inkişafının 
ən 
uğurlu 
nümunələrindən biri kimi  Norveçin  sosial-mədəni  inkişaf təcrübəsini 
misal  göstərmək olar.  Norveçlilərin azadlıqsevər ruhu və alicənablığı, 
onların  insan  və  cəmiyyətin  həyat  keyfiyyətinin  yüksəldilməsi  və 
təkmilləşdirməsi  cəhdləri  öz  əksini,  onların  “ümumi  rifah  dövləti" 
humanist  prinsipinin 
formalaşdınlmasında 
tapmışdır.Bu  fikir 
özünün  ən  uğurlu  əksini  Henrix  İbsenin,  “yuzandan"  ideoloji  təsir, 
“aşağıdan”  isə 
kölə  psixologiyasına  qarşı  mübarizə  ideyaları  ilə 
zəngin, 
dramaturgiyasında 
tapmışdır.  Öz  yaradıcılığı  ilə  idrak 
üsulları,  eləcə  də 
insan  və  cəmiyyətin  təkmilləşdirilməsini 
simvollaşdıran  bu  görkəmli  şəxsiyyətin  əsərləri  azadlıqsevər  ruhun 
avropa  ölkələrinə  psixoloji  translyasiyasının  güclü  vasitəçisi  oldu. 
Norveç  təcrübəsinin  öyrənilməsini  təbliğ  edən  Engels  norveçlilərin 
qətiyyətlilik,  təşəbbüskarlıq  və  azadlıqsevərliklərini  xüsusilə  qeyd 
edərək,  XIX  əsrdə  Norveçdə  demokratik  mədəniyyət  dalğasını 
yaradan  və  bütün  dünyada  onun  təsirini  təmin  edən 
sosial  zəmin 
haqqında söhbət açırdı.
Beləliklə,  XX əsrin  əvvəllərində öz təkamülü,  eləcə də  sosialist  və 
kommunist 
ideyalarının  təsiri 
nəticəsində 
kapitalist  cəmiyyəti 
sosial-mədəni inkişafın yüksək  səviyyəsinə çatdı.
XX  əsr  öz  inkişaf  dialektikasına,  sosial-mədəni  dəyişikliklərin 
sürət  və  miqyasına  görə  bu  vaxta  qədər  görünməmiş  nümunələr 
göstərdi.  O,  bəşəriyyətin  mədəni  inkişafında  varisliyi  saxlayaraq, 
dünya mədəni  inkişafım  yeni  keyfiyyət pilləsinə qaldırdı.  Elmdə yeni 
kəşflər,  yüksək  texnologiyaların 
yaradılması  Kosmosun  ram 
edilməsinə,  insanın  daxili  aləmi,  cəmiyyət  və  təbiətin  inkişaf  və 
dəyişdirici  qanunlarından  məhsuldar  istifadə  edilməsi  və  gələcək 
dərkinə  gətirib  çıxardı.  XX  əsrdə  insan  təfəkkürünün  və  intellektual 
tərəqqinin  gücü  ilə  insanın  həyat  keyfiyyətini  köklü  surətdə  dəyişən
249


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə