29
- Əgər dəniz xəstəliyi və Laverquyerin uzun müddət apardığı
təcrübənin çətinliyi olmasaydı, mən də bu böyük laynerdə
Kanalı** keçib, həvəslə səyahətə çıxardım,- deyə Puaro
dodaqaltı mızıldadı.
- Bəli, doğrudur, - mən dedim. – Bu cür təmtəraqlara ancaq
saraylarda rast gəlmək olar; üzmək üçün hovuz, restoranlar,
barlar, palma ağacları, - həqiqətən də bütün bunların dənizdə
olmasına inanmaq çətindir.
- Mən dənizdə nə vaxt səyahətə çıxmağın lazım olduğunu yaxşı
bilirəm, - deyə Puaro təəccüblə dilləndi. – Və saydığınız bu
oyun- oyuncaqlar mənə heç bir şey demir, ancaq, dostum, bir
anlığa hesab et ki, səyahətə çıxan dahilər bəzən, başqasının adı
altında hərəkət edirlər! Suda üzən bu təmtəraqlı saraylara, indicə
adlarını sadaladığınız o şeylərə, yalnız cinayət dünyasının ən
yüksək aristokrat təbəqəsində rast gəlmək mümükündür!
Mən güldüm.
- Elə buna görə də siz entuziazist deyilsiniz! Siz Liberti
İstiqrazlarını oğurlayan adamı şpaqaya keçirərdinizmi?
Bu vaxt ev sahibəsi bizə mane oldu:
- Mister Puaro, sizi bir xanım görmək istəyir. Buyurun, bu da
onun görüş vərəqəsidir.
Vərəqədə qeyd edilmişdi: Miss Esmi Farkuhar.
Puaro yeməkdən sonra stolun altına tökülən çörək qırıntılarını
yığdı, ehtiyatla onu kağız parçaları atılmış zibil səbətinə qoyaraq,
başı ilə ev sahibəsinə Miss Farkuharı içəri buraxmasına işarə
etdi.
Bir neçə dəqiqədən sonra otağa adamı ilk baxışda özünə
əfsunlayan, adam üzünə baxmağa belə cəsarət etməyə utanan,
füsünkar bir gözəl daxil old. O, təxminən iyirmi beş yaşlı, iri
qəhvəyi gözləri olan bir qız idi. Onun səliqəli geyimi görkəminə
xüsusi gözəllik verirdi.
- Buyurun, əyləşin xanım. Bu mənim dostum kapitan
Hastinqsdir. O, mənə kiçik məsələlərdə kömək edir,- deyə mən
dostum kapitan Hastinqsi qıza təqdim etdim.
30
- Məncə, bu gün sizə gətirdiyim xəbər böyük əhəmiyyətli
məsələdir, Mister Puaro,- qız oturaraq sözə başladı. Cəsarətlə
deyə bilərəm ki, siz artıq bu barədə qəzetlərdə oxumusunuz. Mən
“Olimpiyadan” oğurlanmış Liberti İstiqrazlarını nəzərdə tuturam.
O, Puaronun üzündə bir neçə dəfə təəccüb ifadəsi gördü və
söhbətini tez davam etdirməyə başladı:
- Şübhəsiz siz özünüzdən soruşa bilərsiniz ki, mən bu London
və Şotland Bankı birliyi ilə niyə belə ciddi maraqlanıram.
Bunun bir tərəfdən heç bir şey üçün, digər tərəfdən isə hər şey
üçün əhəmiyyəti vardır.
------------------------------------------------------
* Bu, “Qızıl İstiqrazları” Birləşmiş Ştatlar hökuməti
Konqresinin qərarı ilə 1917 - ci il aprelin 24-də və 1919 -cu il
martın 3-də buraxılmışdı.
** La-Manş kanalı nəzərdə tutulur.
- A!... Mister Filip Ricvey...
- Onlar istiqrazların oğurlanmasında ittiham olunmuşdur.
Əlbəttə, onun müqəddəs olmasına heç bir sübut yoxdur, o heç
vaxt belə iş tutmaz, bu işdə o, günahsızdır. Bununla belə, o, bu iş
üstündə ağlını itiribdir, sərsəm olubdur. Mən bilirəm, onun dayısı
ona təkid edirdi ki, gələcəkdə o, özü üçün müəyyən mülkə sahib
olmalıdır. Bu mülkü yaratmaqda isə nişanlım çox aciz idi.
Ümumiyyətlə, bu onun karyerasına əks təsir göstərən bir amildir.
- Onun dayısı kimdir?
- Mister Vavasour, London və Şotland Bank birliyinin baş
müdiri.
- Miss Farkuhar, mən ümid edirəm ki, siz bu hekayənin hamısını
əvvəldən axıra kimi nəql edəcəksiniz, eləmi?
-Yaxşı.Bildiyiniz
kimi
Bank
Amerikada
kreditləri
genişləndirmək arzusunda idi. Bu səbəbə görə də ora bir milyon
dollarlıq Liberti İstiqrazları göndərməyi qərara aldı. Mister
Vavasour, bu işdə uzun müddət etibarlı mövqe tutmuş, Nyu-
31
Yorkda bank işlərindən yaxşı baş çıxara bilən öz bacısı oğlunu
seçmişdir. Ayın 23- də “Olimpiya” gəmisi Liverpuldan yola
düşdü. İstiqrazları Filipə Mister Vavasour, Mister Şou və iki
nəfər də London və Şotland Bank birliyinin baş müdirləri
vermişdilər.Onlar əvvəlcə istiqrazları saymış, bir bağlama
düzəldib möhürləmişdilər. Filip də bağlamanı dərhal çamadana
qoyub ağzını kilidləmişdi.
- Çamadanın kilidi adi kilid idi?
- Xeyr, Mister Şou bu xüsusi kilidi Habsda sifariş etmişdi. Filip
bağlamanı sandığın dibində yerləşdirmişdi. Bağlama Nyu-Yorka
çatmamamışdan əvvəl oğurlanıbdır. İstiqrazlar elə bil ki,
bütünlüklə havaya buxarlanmışdır.
- Puaro üz-gözünü büzüşdürdü.
- Ancaq onlar tamamilə yoxa çıxmayıbdır. Mən belə qərara
gəlirəm ki, “Olimpiya”nı doka qoyana qədər, yarım saat
içərisində istiqrazları kiçik bağlamalarda satmışdılar! Yaxşı,
şübhəsiz, növbəti işim Mister Ricveyi görmək olacaqdır.
- Mən sizi lanç yeməyinə, “ Çeşire Çize” restoranına dəvət
edirəm. Filip də orada olacaq. O, məni orada gözləyəcək. Amma
Filip mənim onun tərəfindən sizinlə məsləhətləşməyimi bilmir.
Biz qızın təklifini qəbul edib, dərhal taksi ilə oraya getdik.
Mister Filip Ricvey bizdən qabaq orada idi. O, nişanlısını iki
naməlum adamla görəndə, əlbəttə, təəccüblənməyə bilməzdi. O,
xoş baxışlı, ucaboylu, şux geyimli bir adam idi. Boz rəngli
tükləri gicgahına tökülmüşdü. Ona otuz yaşdan artıq vermək
olmazdı. Miss Farkuhar irəli yeriyərək onun qoluna girdi.
- Filip, səninlə məsləhətləşmədən hərəkət etdiyim üçün məni
bağışla.- deyə qız öz səhvini boynuna aldı. İcazə ver haqqında
tez-tez eşitdiyin Mister Herkuli Puaronu və onun dostu kapitan
Hastinqsi sizə təqdim edim.
Ricvey çox təəccüblü görünürdü.
- Əlbəttə, mən sizin haqqınızda eşitmişəm, Mister Puaro,-
deyərək Ricvey onların əllərini sıxdı. Ancaq Esminin mənim,
Dostları ilə paylaş: |