Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə148/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   144   145   146   147   148   149   150   151   ...   266

 

 

310 



 

təsdiqini  tapmışdır  [6].  Bələ  ki,  Fitosporinlə  yemləndirilmiş  şitillərin  nəzarətlə 

müqayisədə  xəstəliklərə  yoluxması  əhəmiyyətli  dərəcədə  azalmış,  boy  və  inkişafı 

güclənmişdir.   

Xəstəliklərə  qarşı  bioloji  mübarizə  tədbirləri  hazırlanması  məqsədi  ilə 

nəmləşdirilmiş  substrat  (Moss-Peat)  adi  şəraitdə  xüsusi  kasetlərə  doldurulduqdan 

sonra  hər  yuvaya  1  ədəd  Qliokladin  həbi  (Trychoderma  harzianum  st.  M  22 VİZR, 

titr 10


9

 KYO/qr) verilmişdir. Şitil çıxışından sonra 2-3 əsl yarpaq fazasında biktilərin 

xəstəliklərlə  sirayətlənməsinə  qarşı  mübarizə  tədbiri  kimi  Fitosporin-M  preparatının 

0,05  %-li  suspenziyası  ilə  2  dəfə  çiləmə  aparılmışdır.  Tətbiq  olunmuş  tədbirlərin 

səmərəsinin öyrənilməsi üçün ilk çıxışdan şitillərin köçürülməsi dövrünə qədər hər 5 

gündən  bir  başlıca  xəstəliklərlə  sirayətlənməsinin  uçotu  aparılmışdır.  Alınmış 

nəticələr etalon variantı ilə müqayisə edilmişdir.  Etalonda şitillər təcrübə variantı ilə  

eyni  aqrofonda  becərilməsinə  baxmayaraq,  xəstəliklərdən    təsərrüfatın   tətbiq  etdiyi 

tədbirlərlə  mühafizə  edilir (4 dəfə kimyəvi  funqisidlərdən isdifadə  -Aprin-2 dəfə, 

Kurzeb  və  Saprol  hər  biri  1  dəfə  çiləmə).  Təcrübədə  nəzarət  variantı  da 

götürülmüşdür.  Nəzarət  variantında  eyni  sortdan  (Durinta)  olan  toxumlar  eyni 

aqrofonda  becərilmiş,  lakin  xəstəliklərə  qarşı  heç  bir  tədbir  keçirilməmişdir. 

Təcrübələr ümumi qəbul olunmuş metodlar əsasında qoyulmuşdur [7]. 

Başlıca  xəstəliklərin  kök  çürümələri  (Fusarium  və  Verticillium),  Fitoftoroz 

(Phytophthora  solani,  Ph.  parasitica),  Gövdə  bakteriozu  (Pseudomonas  corrugata

ilə  yoluxmanın  yayılması  və  intensivliyinin  uçotuaparılmışdır.  Uçotların  aparılması 

hər 5 gündən bir olmaqla şitillərin sahəyə köçürülməsinə qədər davam etdirilmişdir. 

Təcrübə 4 təkrarda, hər təkrar 500 şitil daxil olmaqla cəmi 6000 şitili əhatə etmişdir. 

Uçot  və  təhlillər  göstərir  ki,  təcrübə  variantında  kök  cücərməsinə  uğrayan 

şitillərin  2,2  %,  etalonda  12,4  %,  nəzarət  variantında  isə  38,5%  olmuşdur.  Şitillərin 

Fitoftoroz  xəstəlikləri  ilə  sirayətlənmə  səviyyəsi  təcrübə  variantında  5,6%  yayılma, 

1,4  %  intensivliklə  qeydə  alınmışdır.  Etalon  variantda  xəstəliyin  yayılması  18,5%, 

intensivliyi  5,9%  olmuşdur.  Nəzarət  variantında  Fitoftorozun  yayılması  52%, 

intensivlik 12,6 % olmuşdur.  Gövdə bakteriozu təcrübə variantında  olmamış, etalon 

variantında 12,5%, nəzarətdə 34,9% yayılmışdır. 

Beləliklə,  tətbiq  olunmuş  yeni  mübarizə  sxemi  şitillərin  xəstəliklərə  qarşı 

davamlılığını  artırmışdır.  Təcrübə  variantında  alınan  nəticələr  nəzarət  variantı  və 

etalon  variantı  ilə  müqayisə  edilmiş,  bioloji  səmərə  kök  çürümələrinə  qarşı  təcrübə 

variantında  94  %,  etalonda  68  %,  Fitoftoroza  qarşı  təcrübə  variantında  89%,  etalon 

variantda  64%,  Gövdə  bakteriozu  xəstəliyinə  qarşı  isə  təcrübə  variantında  100%, 

etalonda 64% olmuşdur (Cədvəl 1). 

Təcrübə variantında sağlam şitil çıxışı 99,7 %, etalonda 86%, nəzarətdə isə 62% 

olmuşdur.  Etalonla  müqayisədə  təcrübə  variantında  əlavə  şitil  çıxışı  13,7  %  çox 

olmuşdur.  Hazırda  1000  ədəd  şitilin  satış  qiymətinin  150  manat  olduğunu  nəzərə 

aldıqda hər 1000 şitildən 136 ədəd, yəni 136 x 0,15 man. = 20,4 manat / 1000 şitildə 

xalis  gəlir  əldə  edilmişdir.  Əlavə  mübarizə  tədbirlərinə  şəkilmiş  xərclərin  hər  1000 

şitilə  6,2  manat  olduğu  nəzərə  alınarsa  hesablasaq  20,4-6,2=14,2  manat  alınır. 

Beləliklə, tətbiq edilmiş mübarizə tədbirləri nəticəsində həm ekoloji cəhətdən zərərsiz 




 

 

311 



 

vasitələrdən isdifadə olunmaqla ətraf mühit və işçilərin sağlamlığı qorunmuş, həm də 

hər 1000 şitildən 14,2 manat xalis gəlir əldə edilmişdir. 

Elmi-tədqiqat  işlərindən  alınmış  nəticələr  əsasında  örtülü  sahədə  becərilən 

məhsuldar  pomidorun  başlıca  xəstəliklərinə  qarşı  ekoloji  cəhətdən  təhlükəsiz 

mübarizə  tədbirləri  sistemi  işlənib  hazırlanmışdır.  Hazırlanmış  yeni  mübarizə 

sxeminə aşağıda göstərilmiş  komponentlər daxildir.  

a.Şitillərin  əkilməsi  zamanı  nəzərdə  tutulmuş  sahədə  və  ya  (hidroponika 

şəraitində)  substratda  olan  fakultativ  parazitlərdən  mühafizə  edilməsi  üçün  əkindən 

10  gün  qabaq  hər  yuvaya  5-10  sm  dərinlikdə  1  həb  Qliokladin  (Trychoderma 



harzianum st. M 22 VİZR, titr 10

9

 KYO/qr) preparatı tətbiq edilmişdir.  



b.Şitillərin əkinə hazırlanması, kök sisteminin substratda daha güclü inkişafının 

təmin edilməsi üçün əkin vaxtı Kornerost P (3 indolil sirkə turşusunun kalium duzu) 

preparatının 0,001 %-li işçi məhlulu hazırlanıb 1000 şitilə verilmişdir. 

c.Şitillərin  daimi  yerlərində  başlıca  xəstəliklərə  qarşı  mübarizədə  Alrin-B 

(Bacillus subtilis-şt-10 VİZR, titr 10

9

 KYO/qr) preparatı ilə Qamair (B. subtilis st.-22 



VİZR,  titr  10

9

  KYO/qr)  preparatı  birgə  kompleks  çiləmə  metodu  ilə  hər  15  gündən 



bir olmaqla 4 dəfə tətbiq edilmişdir. 

d.Fır  nematodlarına  qarşı  Nematofaqin  (Arthrobotrys  oligaspora)  preparatının 

torpağa 3 dəfəverilməsi. 1-ci  torpağa şitillər əkilməmişdən 10 gün qabaq 5litr /100 

pm-ə,    2-ci  əkin  vaxtı  hər  yuvaya  30  ml,  3-cü  vegetasiya  dövründə  fır  nematodu  ilə 

sirayətlənmiş  ocaqlara  1  yuvaya  30  ml  normada,  torpağın  15-20  sm  dərinliyinə 

fumiqator vasitəsi ilə verilmişdir. 

e.Vegetasiyanın  məhsul  yetişkənliyi  dövründə  və  məhsul  yığımı  vaxtı 

Fitosporin-M0,05 %-li məhlulu 2 dəfə tətbiq edilmişdir. IMS 400 litr/ha. 

Geniş təsərrüfat təcrübəsinin etalon variantı kimi  təsərrüfatda paralel becərilən, 

eyni  aqrofonda  eyni  sorta  (Durinta)  məxsus  olan  pomidorun  başlıca  xəstəliklərinin 

mühafizəsində tətbiq edilən tədbirlərin sayı 9 dəfə, kimyəvi funqisidlərlə, 1 dəfə DD, 

2000  litr/ha  normada,  Vidat  preparatının  sulu  məhlulu  ilə  100  litr/ha  normada  fır 

nematodlarına qarşı tətbiq edilmişdir.  

Nəzarət  variantında  eyni  aqrofonda  becərilən  eyni  sorta    məxsus  bitkilər 

üzərində heç bir mübarizə tədbiri keçirilməmişdir. Təcrübə qoyulduqdan sonrakı hər 

5  gündən  bir  yayılmış  xəstəliklərin  uçotu  aparılmışdır.  Uçotlar  bütün  təcrübə 

sahəsində  eyni  gündə  aparılmış,  alınmış  nəticələr  təhlil  edilmişdir.  Nəzarət 

variantında  xəstəliklərin  yayılma  səviyyəsi  ilə  təcrübə  və  etalon  variantdan  alınmış 

nəticələr  müqayisə  edilməklə  bioloji  səmərəlilik  hesablanmışdır.  Yeni  mübarizə 

sxemi  (YMS)  tətbiq  olunmuş  sahədə  Fitoftoroz  xəstəliyinin  yayılması  6,4%, 

intensivlik  2,6%  olmuş,  Alternarioz  və  Bakterial  xəstəliklərqeydə  alınmamış, 

Fuzarioz və digər traxeomikoz soluxmaların yayılması 6,2% olmuşdur (cədvəl 2). Bu 

zaman  etalon  variantda  Fitoftoroz  xəstəliyinin  yayılması  22,4%,  intensivliyi  5,2%, 

nəzarət variantında isə yayılma 62,8%, intensivliyi 25,6% olmuşdur. Etalon variantda 

Alternarioz  xəstəliyinin  yayılması  18,2%,  intensivliyi  7,8%,  Bakterial  soluxma 

xəstəliyi  12,8%,  Traxeomikoz  və  Fuzarioz  soluxmaları  16,5%  olmuşdur.  Nəzarət 

variantında  Alternarioz  xəstəliyinin  yayılması  38,5%,  intensivliyi  16,5%,  Bakterial 

xəstəliklər 32,2% olmuşdur. Alınmış nəticələr təhlil edilmiş və YMS tətbiq olunmuş 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə