304
Article is devoted a phytopathologic estimationof infection by fungoid diseases
of lentil variety simples and to selection of perspective and resistant among these
varieties plants and their use as a donor material.
UOT 633;1 632.9
ARPA BİTKİSİNİN YARPAQ XƏSTƏLİKLƏRİNİN TƏDQİQİ
Ş.R.KƏRİMOVA
1
,
E.R.İBRAHİMOV
1
,
B.M.ƏHMƏDOV
2
,
H.N. HƏMİDOV
1-Əkinçilik Elmi Tədqiqat İnstitutu, Pirşağa qəs., Sovxoz 2, Az 1098, Bakı;
2-ƏETİ, Qobustan BTS
Məqalədə 2015-ci ilin vegetasiya dövründə arpa bitkisində sari pas, unlu şeh,
rinxosporioz və helmintosporioz göbələk xəstəliklərinə davamlı nümunələrin nəzarət-
1, nəzarət-2, müsabiqəli sort sınağı pitomniklərində qiymətləndirilməsi haqqında
məlumat verilmiş və adı çəkilən göbələk xəstəliklərinin intensiv yayılmasının davam
etməsi göstərilmişdir.
Açar sözlər: arpa, xəstəlik, sarı, pas helmintosporioz, rinxosporioz, unlu şeh,
davamlılıq
Kлючевые слова: ячмень,болезнь, желтая ржавчина, гельминтоспориоз,
ринхоспориоз, мучнистая роса, устойчивость
Key words: barley, disease, yellow rust, scald, powdery mildew,spot bloch
resistance
Arpa ölkəmizdə becərilən mədəni dənli taxıl bitkilərindən biridir. Bu bitki
ölkəmizdə buğdadan sonura geniş yayılmış dənli bitkidir. Dənli bitkilər sırsaında arpa
ən qiymətli yem bitkisi olmaqla birinci yerdə durur. İnkişaf fazalarından asılı olaraq
arpa bitkisinin temperatura münasibəti müxtəlif olur. Payıziıq arpa şaxtaya davamsız,
quraqlığa və istiyə davamlıdır. Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim
şəraitində becərməyə imkan verir. Arpa bitkisinin məhsuldarlığı hələdə ölkə üzrə
tələblərə uyğun deyildir. Məhsuldarlığın yüksəlməsinə mane olan əsas amillər
içərisində bitkilərin müxtəlif xəstəliklərlə sirayətlənməsi xüsusi qeyid olunmalıdır.
Arpa bitkisi vegetasiya dövründə bir çox göbələk xəstəlikləri ilə sirayətlənirlər.
Xəstəliklərin törədicilərinə qarşı mübarizədə davamlı sortların yaradılması böyuk
əhəmiyət kəsb edir. Dünyanın arpa becərilən bütün bölgələrində arpa bitkisində sarı
pas, cırdan pas, unlu-seh, helmintosporioz, rinxosporioz, septorioz və sair kimi
xəstəliklərə rast gəlinir.
Bu xəstəliklər ölkəmizin arpa əkinlərində epizodik xarakter daşıyır.
Xəstəliklərin arpa bitkisinə vurduğu ziyan, onun törədicisinin yayılmasının
öyrənilməsi əsas məsələlərdən biridir. Yarpaq üzərində yayılan parazitlər vegetasiya
dövrü, bitkilərin vegetativ orqanlarını sirayətləndirməklə onların ümumi
305
zəifləməsinə, yarpaqlarda fizioloji pozğunluğa və məhsul itkisinə səbəb olur.
Ölkəmizdə arpa bitkisinin yarpaq xəstəliklərinin yayılması onların vurduğu ziyan
kifayət qədər öyrənilməmişdir.
Yarpaq ləkə xəstəliklərinin inkişafına rütübətli hava və optimal temperatur (17-
23C
0
) əlverişli şərait yaradir. Bubaxımdan Qobustan BTS-də arpa bitkisində yarpaq
xəstəlikləri geniş yayıldığını bu xəstəliklərin inkişafını və vurduğu ziyanın
öyrənilməsinin aktualılığını nəzərə alaraq parazitlik edən sarı pas, cirdan pas, unlu-
seh, helmintosporioz, rinxosporioz, septarioz v.s kimi xəstəliklərin öyrənilməsinə dair
tədqiqatlar aparılmışdır. Dənli bitkilərin əsas xəstəlikləri eyni mənşəyə malik
olduqları üçün çox oxşardılar. Qobustan bölgəsi ekolojı cəhətdən respublikanın digər
bölgələrindən fərqləndiyi kimi, arpa xəstəliklərinin yayılmasına və inkişaf
dinamikasına görədə müəyiyən fərqlilik müşahidə edilir. Təbii iqlim faktorları
burada, bu və ya digər xəstəliklərin inkişafı üçün əlverişli olur.
Sarı pas xəstəliyin törədicisi Puccinia striiformis (West) göbələyidir.
Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruya cixma
mərhələsində üzə cixir. Xəstəlik nəticəsində yarpaqların asmiliyasiya səti kiçilir,
tənəffüs prosesi güclənir, buxarlanma artir və yarpaqlar vaxtindan əvvəl quruyub
tökülməyə başlayır. Nəticədə dən cılızlaşır çəki aşağı düşür. Sarı pas xəstəliyi
müxtəlif saviyyədə(zəif,orta,güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr
göstərirki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olarak,
17-35% arasında dəyişir.
Unlu-sehxəstəliyinin törədicisi Erysiphe graminis f.Em.Markhal arpanin ən
geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Unlu seh xəstəliyi ən çox yarpaqlarda
əmələ gəlir, lakin bitkinin bütün yer üstü hissələri yoluxa bilir. Xəstəlik törədicilər
80-100% nisbi rütubətdə, 0-20
0
Ctemperaturda və sıx əkinlərdə yayılır.Tədqiqatlara
əsasən xəstəlik 15-35% arasında ziyan vura bilir.
Torvari helmintosporioz xəstəliyinin törədicisi Drechlera tenes İfo. Xəstəliyin
inkişafı aprel may aylarında temperaturun(20-28
0
C) və nisbi rütubətin (70-80%)
yüksəlməsi ilə eyni başlayır. Yarpaq üzərində əmələ gələn kiçik ölcülü bozumtul
ləkələr sonra bir biri ilə birləşib bitkinin yarpaq səthini tutur. Bitkinin tənəffüs prosesi
pozulur, fotosintezin intensivliyi zəifləyir və yarpaqlar quruyub tökülür.
Rinxosporioz xəstəliyinin törədicisi Rhunchosporium qraminicola Heinsen
qeyri-müəyyən göbələklərin Hyphomisetales sirasina aiddir. Xəstəlik rütübətli illərdə
xüsusi ilə geniş yayılır. Xəstəliyin vurduğu ziyan bitkilərin yarpaqlarınin tez quruyub
tökülməsi generativ və reproduktiv orqanların inkişafdan qalması, dən formalaşması
prosesinin pozulması nəticəsində yüngül çəkili dənlərin və boş sünbüllərin əmələ
gəlməsindən asılıdır.
Yuxarda qeyd olunan xəstəliklərin sirayətlənmə səviyyəsinin hesabatları
aşağıda qeyd edilən metodikalar üzrə aparılmışdır.
CIMMYT və ICARDA-nın beynəlxalq təlimatlarında tövsiyyə olunan Kobbun
modifikasiya olunmuş şkalaları üzrə aparılmışdır (Peterson et all, 1948; İnstructions
for the Management and Reporting the results for the Fawwon, 1995), Unlu-seh
xəstəliyinin davamlılığı Avropa ölkələrində geniş tətbiq olunan N.Smilakovicin
(1966) tərtib etdiyi 9 ballı şkala əsasında hazırlanmiş, Krivçenko V.İ. və başqaları